<<< geri

 

 

SƏFVƏTÜS – SƏFA

 

İbn Bəzzaz Ərdəbili ləqəbi ilə tanınan Ərdəbilli Bəzzaz İsmayıl oğlu Təvəkkül Sultan Şeyx Səfi Ərdəbilinin oğlu Şeyx Sədrəddin Ərdəbilinin əmri ilə «Qara məcmuə» kitabından istifadə edərək fars dilində «Səfvətüs-səfa» adlı əsər yazır. O, bu əsərin tə’lifində «Qara məcmuə»dən əlavə, Şeyx Sədrəddin və başqa ariflərin dilindən nəql olan hekayələri gətirir. Həm də özünün cavanlığında Şeyx Səfini görmüş olduğu üçün, çalışır ki, aldığı şifahi qeydləri və türkçə rəvayətləri və habelə yazılı türkçə mətnləri diqqətlə fars dilinə çevirsin. O, kitabını hicri 760-ci ildə (miladı 1359) qurtarmışdır və tezliklə farsça oxuyanların istifadəsi üçün bir çox nüsxələr yazılmışdır.
İbn Bəzzaz Ərdəbilinin «Səfvətüs-səfa» əsəri farsça yazılan «Təzkirətül – övliya», «Əsrarüt-tövhid» və «Mənaqibül – arifin» kimi əsərlərə bənzəmir. «Səfvətüs-səfa»nın quruluşu, bablara bölünməsi və nəsr şivəsi tamamilə bunlardan fərqlidir. Onun da səbəbi aydındır: İbn Bəzzaz türkçə yazılan «Qara məcmüə» ni və şifahi rəvayət olunan türkçə xatirələri tərcümə edir. Əsəri tam türkçə «Fütüvvətnamə»lər və «Mənqəbə»lər əsasında qurmuşdur.
Dediyimiz kimi, İbn Bəzzaz Şeyx haqqındakı rəvayətləri və mənqəbələri bir çox yerdə Şeyx Sədrəddinin dilindən nəql edir. Şeyx Sədrəddin Musa Şeyx Səfinin böyük oğlu və onun məsnəd canişini idi. O, 704 hicri (miladi 1304) ilində dünyaya gəlmiş və 794-də (miladi 1392) vəfat etmişdir. Ərdəbildə yerləşən «Şeyx Səfi büq’əsi»nin əsas binasını o tikdirmişdir, özü də atasının məzarı yanında dəfn edilmişdir.
Şeyx Sədrəddin alim, müfəssir və şair idi. Onun da Şah İsmayıl Xətai kimi türkçə divanı vardır. Qızılbaşların ilk quruluşu da ona mənsubdur.
İbn Bəzzazın rəvayətinə görə, o, Əmir Teymur ilə görüşmüş və on-dan çox hörmət görmüşdür və ona yardım etmə üçün bütün mürid-lərinə əmr etmişdir.
Əmir Teymur Şeyx Sədrəddinin oğlu Xacə Əli Siyahpuşun hör-mə-tini də saxlayırdı və Ərdəbil şəhərinə girəndə onun ziyarətinə getmiş və qızılbaşlardan himayət görmüşdür (Bu mövzudakı sənədləri Ağayi-Baba Səfəri kitabının 73-cü səhifəsində zikr edir. Oraya baxın – H.D./.
Ədəbi qaynaqlarda Xacə Əli Siyahpuşun da türkçə divanından ad aparılır. Əmir Teymurun oğlu Mirzə Şahrux da öz atası kimi ona hör-mət edirmiş. Tarixi qaynaqlarda onun 823-ci ildə (miladi tarixi ilə 1420-ci il) Ərdəbil şəhərinə gəlməsindən belə yad edilir: «Be zi-ya-rəte Şeyxül – məşayix Səfiəddin – qüddəsə sirruhu rəft və be bərəkət-e söhbət-e Şeyx Əlaəddin Xace Əli – səlləməhullah este’ad yaft və…». / Tərcüməsi: «Şeyxlər Şeyxi Səfiəddini – qəbri nurla dol-sun! – ziyarət etməyə getdi və Şeyx Əlaəddin Xacə Əlinin – ona Allahın salamı olsun! – söhbətinin bərəkətindən doymaq bilmədi və …»/.
Xülasə, İbn Bəzzaz yazdığı «Səfvətüs-səfa» əsərinin rəvayətlərini Şeyx Sədrəddin dilindən nəql edir. Biz həmin əsərin bir türkçə çevirisindən «Qara məcmuə» kitabımızda nümunələr nəql edirik.
İbn Bəzzazın kitabının əhəmiyyəti oradan mə’lum olur ki, Sə-fəviyyə haqqında tarix yazanların hamısı öz mə’lumatlarını, Şeyx Səfi və Səfəviyyənin mənşə və başlanğıcı məsələsində bu əsərdən alıb toplamışlar.
Həmin kitabda Ərdəbil haqqında, bu şəhərin mədəniyyəti, dili, folkloru, alimləri, arifləri, əxilləri, pəhləvanları, xanəndələri, qəvvaları və adi kəsəbəsi mövzusunda çoxlu mə’lumat əldə edə bilirik. Misal üçün: Əxi Bala, Əxi Fərəc Zəncani, Əbdül Qəvval, Pəhləvan Hacı Xəlil və s.
Habelə Ərdəbil şəhərinin cəvahirsatanları, başmaqçıları, çörəkçiləri, aşçıları, dəmirçiləri, ipəkçiləri və başqa məişət işləri sahibləri və hətta şəhərin darvazaları haqqında bilgilər ala bilərik.
Nəşr etdiyimiz çeviri Tehranda, Məlik kitabxanasında saxlanılan 3608 saylı əlyazmadan alınmışdır.
«Səfvətüs-səfa»nın farsça mətni bir dəfə Mirzə Əhməd Təbrizi xətti ilə 1303-cü ildə nəşr edilmişdir. Yaxın illərdə Tehranda qarmaqarışıq və təhqiq edilməmiş naqis bir nəşr də buraxıldı. Bizim təqdim etdiyimiz türkçə mətnin yardımı ilə bu naqis farsça nəşrin səhvlərini düzəltmək olar («Səfvətüs-səfa». Be təshihe-Qulamrza Təbatəbai. Enteşarate – zəryab, Tehran, 1375).

BİSMİLLAHİR – RƏHMANİR – RƏHİM

MÜQƏDDİMƏ

Şükr və sipasi-bihədd şol padşahlar padşahına olsun ki, ənvai-kainatı xəlq etdi.
Və sənayi – biədd ol Ləmyəzələ olsun ki, əsnafi-məxluqatı aləmi-ədəmdən aləmi-vücuda gətirdi.
Və dəxi çox-çox şükürlər ol padşaha olsun ki, sairi-məxluqat ortasından zati-insanı təxsis etdi.
Və dəxi çox sələvati-zakiyat ol Seyyidi-kainata və xulaseyi-mövcudata olsun ki, Məhəmmədi-Mustafa-əleyhissalamdır, dəxi mə-b’us-dur şərayei-əhkami-islamı bəyan etmək üçün və əhkamı möhkəm qılmaq üçün.
Dəxi anın əhl və övladına olsun ki, təyyiblər və tahirlərdirlər.
Qalə-n-nəbiyyu səlləllahu əleyhi və alih: «Əl-imanu yənfəridu səb’ unə babən ədnaha əmazəhul-əl-əza əni-t-təriqi və ə’laha şəhadətun ən la ilahə illəlah» /Tərcüməsi: Peyğəbmbər-səlləllahu əleyh və səlləm – demişdir: «İman yetmiş baba (bölümə) ayrılır. Onların ən aşağısı yoldan əngəli yox etmək (götürmək), ən yuxarısı isə Allahdan başqa Tanrı yoxdur şəhadətini deməkdir».//
Yə’ni kəmtəri – iman dünyayı tərk eyləməkdir və ə’lası «La ilahə illəllah» deməkdir.

AMMA SONRA

Bu zəifi-nəhifi-fəqirdən bə’zi əshablar iltimas etdilər kim, sultanül-övliya və bürhanül-ətqiya Şeyx Səfiəddin-qüddəsə sirrəhunun mənaqibini.. türkiyə /yazım/.., ta ki fadəsi amm ola.
Bu bəndeyi-zəif dəxi anların hacətləri bitsin deyü, bu işə təvəccöh etdim ta kim, ol mənaqibi təshil edəm və bə”zi əbyat ki, anların ibarətlərini tövcih edəm və üləmayi-zahirin sözlərini münasibətlə nəql edəm, inşaallah-təala.
Amma ümidvaram ki, hər kim süləhadan və salikindən bu intihalı məcalisi-şəriflərində oxusalar, bu kəminə/ni/ duayi-xeyrdən unutmayalar.
BAB – 1
SULTAN ŞEYX SƏFİƏDDİN-QƏDDƏSƏ SİRRUHUNUN KƏLAMATINDAN VƏ TƏHQİQLƏRİNDƏNDİR. ŞEYX SƏDRƏDDİN RƏVAYƏTİ İLƏ OLAN SUAL – CAVABLAR

–1–

Şeyx buyurmuşdur, Sultan Şeyx Sədrəddin rəvayətilə – qəddəsəllah sirruhumaül-əziz-sual etdilər işbu ayətdən ki: «Əla innə əvliya – əllah ila xəvfun ələyhim və la hum yəhzənun». /Tərcüməsi: Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. «Yunus» surəsi, 62-ci ayə/.
Və bu hədisdən ki, həzrət Rəsul-səlləlahu əleyhi və alihi və səlləm – buyurmuşdur: «Əl muxlisinə əla xətərin əzim». /Tərcüməsi: Sadiq bəndələr böyük xətər üzərindəndirər./
Yə’ni bu ikisinin ortasında müxalifət vardır, birində qorxu yox deməklə və birində qorxu var deməklə.
Şeyx-qəddəsəllah sirruhu-cavab buyurdu ki: «Əl muxlisinə əla xətərin əzim» şunlar həqqindədir ki, nəfsin əlayiqin kəsmiş olalar və andan xilas bulmuş olalar, leykən xətərdə olalar nəfsin məkrlərindən və hiylələrindən, qorxuda olalar şundan ki, ömür vəfa etməyə ta ki, əsl mətlubə yetişələr.
Məsələn, şol kimsə gibi ki, həccə qəsd eylədi. Əgər ol kimsəni əhli-beyti və oğlanları mən’ etsələr, anların sözün eşitsə, ol kimsə məqsuduna irməz. Və əgər bu məvaneyə müqəyyəd olmasa, ol məqsuda yüz duta və Məkkə yoluna qədəm basa, bu əlayiqdən xilas bulur. Leykən yol kəsicilər və həramilərdən əmin olmaz və ya şundan ki, yolunda xəstə ola və ömür vəfa etməyə və ya şundan ki, zadi-rah ilə ta Məkkəyə varınca kifayət əmin olmaz xətərdədir, madam ki, yoldadır. Və çünki Kə’bəyə yetişdi, bu qorxular və xətələrdən əmin oldu, bu mübtədi halıdır.
Beyt:
Biyabani ke xunxar-o-xətərnak əst narəfte
Hərim-e Kə’be nadide, koca imən təvan budən?

Tərcüməsi:
Keçilməmiş qorxulu və təhlükəli /görünən/ biyabanda
Kə’bə evini görmədən necə rahat olmaq olar?!

Mə’nisi budur ki, yolda ki hərami ola, ol yolda bunca xövf və xətər var ola və ol mənzilə yetməyən kimsə bunca xövfdə olur.
Amma əhvali-batində çün sufi qeydi-nəfsdən və anın əlayiqindən xilas buldu və əlayiqi-nəfsani və şeytaniyi qət’ etdi və qədəmini sirati-müstəqim, yə’ni doğru yola qoydu və ayatə müvafiqət etdi ki: «Və innə haza siratən müstəqimən-fəttəbi-u’hu»dur. Və ol sufiyə sair yollarından ki şeytan yollarıdır: «Və la təttəbi’us-subulə fətəfərrəqə bikum ən-səbilihi», - buyurmuşdur xövf vardır. /Tərcüməsi: Bu, şübhəsiz ki, mənim doğru yolumdur. Onu tutub gedin. Sizi Allahın yolundan sapdıracaq yollara uymayın. «Əl-Ən’am» surəsi, 153-cü ayə./
Ən Əbdullah bin Məs’ud qalə: «Xətə ləna Rəsuləllah xətə qalə haza səbilullahi summə xəttə xütutən ən yəminihi və şimalihi və qalə haza səbuli əla kulli səbili minha şiytani yədu iləyhi və qərra və in haza siratun müstəqimə təttəbi’hu vəla təttəbiu’hu lissəbilu fətfəriqu bikum ən səbilihi».
Yə’ni bu hədisin mə’nisi budur ki, Abdullah bin Məs’ud aydır: «Bir gün həzrət Rəsul-səlləlahu əleyh və alihi və səlləm – yerdə bir doğru xətt çəkdi və ayıtdı: «Uşbu Allah yoludur». Və andan sonra ol xəttin iki yanında çox xətlər çəkdi və ayıtdı: «Uş bunlar dəxi yollardır və bu yolların hər birisində bir şeytan vardır ki, talibi ol yola qilavuzlar», - və oxudu: «İnnə haza siratən müstəqimən – fəttəbi – u’hu».
Yə’ni ol çəkdiyim doğru yoldur, ana mütabiət edin: «Və la təttəbi’ us-subulə fətəfərrəqə bikum ən-səbilihi». Yə’ni «Ol sonra çəkdiyim yollar şeytan yollarıdır, ana mütabi’ət etməyin».
Pəs Sultan Şeyx Səfi bu beyti buyurdu:

Əz rəhe dərzaveye La ta be dare molke şah,
Səd hezar-o həftsəd-o-həftad rah-o-rəhzən əst.

Tərcüməsi: «La darvazasından şahın mülkünün qapısına qədər,
Yüz min yeddi yüz yetmiş yol və yolkəsən vardır».

Bu beytin mə’nisini nəzəri-əql ilə təhqiq etmək mümkün degildir. Amma zahir mə’nisi bu ola ki: «Lanın dərvazəsindən ta şahın mülkü evinə dəgin yüz min, dəxi yeddi yüz yetmiş yol vardır və hər yolda bir hərami vardır».
Ol ki «La dərvazasından şahın mülki evinə dəgin»” dedigi şu ola ki, məsələn talib ki, kəlmeyi-tövhidi deməgə başladı ki, mürəkkəbdir nəfy ilə isbatdan.
«La dərvazası» dedigi nəfyi-masəvallah ola, «şah» dedigindən murad bari-təala ola, «şahın darülmülk»/ü/ dedigi isbat ola.
Mahəsəl bu ola ki, «nəfy»dən isbatə varınca yüz min dəxi yeddi yüz yetmiş yoldur və yolkəsici. Və hər yolda bir hərami vardır. Və nə qədər ki, salik yoldadır, xövfdə və xətərdədir, ta məqsudi – vüsalə yetişincə.
Amma ki, salik qədəmi hərəmi-vüsaldə qoydu ki «Və ənnə ilə rəbbikəl müntəha» («Həqiqətən axır dönüm sənin Rəbbinədir» - «Nəcm» surəsi, 42-ci ayə) əmin oldu cəmi xövfdən və xətərdən. «Və mən dəxələ kanə aminən», yə’ni hər kimsə ki, daxil oldu, girdi, əmin oldu. («Ali-İmran» surəsinin 97-ci ayəsinə işarə olunur).
Və ol yollar ki, anda şeytan olurdu, ol yollardan xilas buldu və «Əla innə əvliya – ’əllahi la xəvfun’ ələyhim və la hum yəhzənun» / «Yunus» surəsi, 62-ci ayə. Tərcüməsi: Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər/ onlar həqqindədir.
Amma xöfv və xətər anların könlündən gedər, dünyanın və dünyada nə var isə anın və axirətin xövfü və xətəridir.
Amma Həqqi-təalanın xövf və xəşyəti anın könlündə dəxi ziyadə olur və nə qədər ki, talibə mə’rifətullah ziyadə olur, Həqqi-təaladan xövf və xəşyət dəxi ziyadə olur.
Şöylə Rəsul həzrəti buyurmuşdur: «İnni la əlləmuhum billah və əşədduhum ləhum xəşyətəhu» Yə’ni: bedürüsti və rasti, əlbəttə, danatərəm Allah-təala mə’rifətinə sizdən. Və dəxi bu mə’nidən müqərrərdir ki, hər kimdə ki, mə’rifəti – xuda artıqdır. Allah taəti daha artıqdır.
Və bu hədisi Həzrəti-risalətpənahi - səlləllahu əleyh və alihi və səlləm-kəndündən qorxusun ziyadə edükən bildirir.
Əgər Həqqi-təaladan xövfü olmasa, ol kimsə ziyankar olar.
Nəüzübillah «Fəla yə’mənu məkrəl-lahi illəl-qəvmul – xasirun». /Tərcüməsi: Allahın onları dolaşdırmayınca özlərinə zərər eylə-yən-lərdən başqa heç kəs arxayın ola bilməz. («Əl-Ə’raf» surəsi, 99-cü ayə).
Yəni Allahın məkrindən əmin olmaz illa, illa zəlalət əhli. Yə’ni həqq yolundan azmışlar.

-2-

Sual etdilər Şeyx həzrətinə uşbu ayətdən ki: «Fəmən kanə yərcu liqa – ’ə rəbbihi fəl-yə’-məl ’əmələn salihən». / Tərcüməsi: Kim ki Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı iş görsün. «Əl-Kəhf» surəsi, 110-cü ayə./
Bu ayətin mə’nisi budur ki, hər kimsə ki Həqqi-təalanın didarın tələb edər, əməli-saleh işləsin. Ol əməli-saleh ki, bari-təalanın didarın görməgə səbəbdir.
«Ol necə əməldir?», - dedilər.
Şeyx qəddəsə sirruhu cavab buyurdu ki: «Əməli – saleh iki növdür; birisi zahiri-suridir, birisi batini-mə’nəvidir.
Əməli-salehi-zahiri oldur ki, fərzləri və sünnətləri və şəriətin ədəbini yerinə gətürə və Allahın qullarından kimsəni incitməyə və andan bir fe’l sadir olmaya ki, xəlayiqin nəfsinə və malına andan ziyan gələ və andan dininə ziyan edər fəsad gəlməyə.
Bu əməli-salehdir zahiri-suri.
Amma səlahiyyəti-batini-mə’nəvi oldur ki, qəlbin nəfsin fəsadından səlahə gətürə. Və şol hicab ki, saliki mətlubə vasil olmaqdan mən’ edər, ol nəfsdir. Çün salik hicabını ortadan götürə və könlü ayinəsin pak edə, lacərəm Həqqi-təalanın didarın müşahidə etməyə ümidvar ola.
Beyt:
Əgər əndər şəbestane vosalət can hecab ayəd,
Be canət kin hecabe can ze pişe xiş bərdarəm.

Tərcüməsi:
Əgər sənin vüsal gecəndə can hicaba (maneəyə) çevrilsə,
Canına and olsun ki, bu can hicabını qarşımdan götürərəm.

Bu beytin mə’nisi budur ki, «Əgər sənin vüsalın gecələrində can hicab olursa, sənin canın həqqi üçün ki, bu can hicabını ortadan götürrəm».
- 3 -

Sual etdilər Şeyx həzrətlərinə uşbu ayətdən ki: «Və in tubdu ma fi ənfusikum au tuxfihu yuhasibkum-bihillahu» /Tərcüməsi: Siz ürəyinizdə olanı zahirə çıxarsanız da, çıxarmasanız da, Allah ona müvafiq sizinlə haqq-hesab çəkər. «Əl-Bəqərə» surəsi, 284-cü ayə./
Və şol hədisdən ki, «Səhih»/də/ rəvayət olunubdur həzrət Rəsuldan səlləlahu – əleyh və alihi və səlləm: «İnnəllahə təcavəzə ən ümməti ma vəsvəsət suduruha ma ləm təəlləm bihi au bitəkəlləm».
Yə’ni ayətin mə’nası budur ki, nəfsdə bir nəsnə elə ola gərəksə aşkara və gərəksə gizlü olsun, Həqqi-təala ani hesab edər.
Və hədisdən mə’lum olan oldur ki, nəfsdə ola daxili əmələ gətürməsə və yaxud dilinə gətürməsə, yə’ni ixfa etsə, izhar etməsə, Həqqi-təala andan keçər.
«Pəs iki nəsnənin ortasında müxalifət bulundu», - dedilər.
Şeyx həzrəti cavab buyurdu ki: «Xəlayiq iki növdür: biri əbrar və biri müqərrəblərdir. Əgər əbrar könüllərindən keçürsələr, amma qövlə və fe’lə gətürməsələr, zahiri-şər’i riayət etsələr, Həqqi-təala anı anlardan hesab etməyə».
Hədis anların həqqində ola ki: «İnnəllahə təcəvəzə ən umməti».
Amma müqərrəblər Həqqi-təalanın mə’rifətin hasil etmişlərdir, könüllərinə masəva gətürsələr, əzabi – bə’d ilə müəzzəb olurlar.Yə’ni Həqqi-təaladan iraq olmaq əzab ilə müəzzəb olurlar. «Yuhasibkum bihi illah» anların həqqindədir.
Beyt:
Gətürsə könlünə qeyri müqərrəb,
Əzabı bə’d ilə olur müəzzəb.

- 4 –

Sual etdilər Şeyx həzrətlərinə uşbu ayətdən ki: «Ya əyyətu-hənnəfsul-mutmə-’innən. İrci – ’illa rəbbiki raziyətən – mərziyyən. Fədxuli fi ibadi, vədxuli cənnəti». /Tərcüməsi: Ey arxayın nəfs! Dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq! /Əməlisaleh/ bəndələrimin zümrəsinə daxil ol! /Onlarla birlikdə/ Cənnətimə varid ol!» Əl-Fəcr surəsi, 27-30-cü ayələr./
«Şol cənnət ki Həqqi-təalaya müzaf olmuşdur, nə cənnətdir?», - dedilər.
Şeyx qüddəsə sirruhu cavab buyurdu ki: «Nəfsi-mütmə’inənin iki sifatı vardır, birisinə «sifəti-raziyə» deyirlər və birisinə «sifəti-mərziyə» deyirlər. Və cənnət dəxi iki növdür: xasdır və ammdır.
Cənnəti-amm oldur ki, anda yemək-içmək və şəhvət var ola. Ol amm qullar üçündür ki, ona müstəhəqq oldular.
Amma cənnəti-xas oldur ki, Həqqi-təalanın zatına mənsubdur və «Udxuli cənnəti» dedigi oldur. Ol xas qullar üçündür. Ol liqadır, vüsaldır, müşahidədir. Anda yemək-içmək olmaz.
Beyt:
Nihayətu amali liqaukə cənnətən,
Həniən liərbab ənnəimi nəimuha.

Tərcüməsi:
Mənim son amalım səninlə cənnətdə görüşməkdir,
Onun ne’məti ne’mət sahiblərinə nuş olsun.

- 5 –

Sual etdilər Şeyx həzrətinə uşbu ayətdən ki: «Əllahu yətəvəffə-lənfusə hinə mövtiha vəlləti ləm təmut fi mənamiha fəyumsikul-ləti qəza ’əleyhəl-məvta və yursilul – uxra ilə əcəlim musəmma». /Tər-cüməsi: Allah /əcəli çatan kimsələrin/ canlarını onlar öldüyü zaman, ölməyənlərin /hələ əcəli çatmayanların/ canlarını isə yuxuda alar. Ölümünə hökm olunmuş kimsələrin canlarını /ruhlar aləmində/ saxlayar, digərlərini isə müəyyən bir vaxtadək /bədənlərinə/ göndərər». / «Əz-Zumər» surəsi, 42-ci ayə/.
Yə’ni ol nəfs ki, haləti-mövtdə olur, ol necə nəfsdir? Ol nəfs ki, haləti-mövtdə olmaz, ol necə nəfsdir? Və ol nəfs ki, haləti – mənamda olmaz, necə nəfsdir?», - derlər.
Şeyx – qüddəsə sirruhu-cavab buyurdu ki: «Ol ki haləti-mövtdə olur, ol cismdir və bədəndir. Və ol ki haləti-mövtdə olmaz, ol mütməinədir və ləvvamə’dir. Və sair xəlayiqin istilahınca, ruh olsaydı, səvab ilə ləzzət olmazdı.
Və ol ki, haləti-mənamda olmaz, ol dəxi həm cismdir ki, ol mənamda ruhi-heyvani bədəndən müfariqət edər, amma ruhi – insani müfariqət etməz bədəndən, həyatdadır, ölməz. Madam ki, anın mətlubi seyri-sülük olur. Ol seyrdən anın həzzi vardır yeməkdən və içməkdən və şəhvətdən və mülahizələrdən və haləti-yəqzədə, yə’ni oyaqlıx halində gedir və gəlür bədənə girir.
Amma ruhi – insani haləti – mövtdən və bədəndən müfariqət edər, gedər, gəlməz, illa həşr vəqtində.

Beyt
Morğe canharast pərvazi be kuye şövqe u,
Leyk hər yek ra məqam-o-aşiyani digər əst.

Tərcüməsi:
Can quşlarının hamısı onun şövqünün küçəsinə uçar,
Lakin hərəsinin öz məqamı və öz yuvası vardır.

- 6 -

Sual etdilər Şeyx həzrətlərinə uşbu ayətdən ki: «Və qul rəbbi zidni ilmən». /Tərcüməsi: Pərvərdigara! Mənim elmimi artır! «Taha» surəsi, 114-cü ayə/.
Yə’ni Həqqi-təala kəlamında buyurur ki: «Və la rətbin və la yabisin illa fi-kitabin-mubin». /Tərcüməsi: Elə bir yaş və quru şey yoxdur ki, aydın Kitabda (Qur’anda) olmasın». «Əl-Ən’am» surəsi, 59-cü ayə/.
Çünki cəmi rətb və yabis ki, elmi Qur’ani-mübindədir, pəs ol elm ki, Həqqi-təalanın ziyada olmasın həzrət Rəsul-səlləllahu əleyh və səlləm – bildirmişdir, ol nə elmdir?», - dedilər.
Şeyx-qüddəsə sirruhu – cavab buyurdu ki: «Ol elmi-rətb və yabis ki Qur’andadır, ol elmi məknunatdır, yə’ni elmi-məxluqatdır, ya təfsil təriqilə və ya icmal təriqilə. Və hər nəsnə ki əzəldən ta əbədə dəgin vardır, budur ki, Qur’anda bəyan olmuşdur.
Amma ol elm ki «Rəbbi zidni ilmən»” də məzkurdur, ol elmi-üluhiyyətdir. Elmi-xaliqidir, yə’ni tanrı-təalanın zatına və sifatına elmdir ki, anın heç nəhayəti yoxdur. Və ol elm ki, elmi-məknunatdır, bu elmin qatında şol bir qətrə gibidir bəhri – mühitə nisbət.
Beyt:
Zehi qəvvase dəryayi ke dər hər qətreyi əz vey,
Hezaran bəhre bipayan besane qətreyi qərq əst.

Tərcüməsi:
Əhsən o dəryanın üzgücüsünə ki, onun hər damlasında,
Minlərlə sonsuz dəniz bir qətrə kimi gizlənmişdir.

Mən’isi budur ki, zehi dənizin qəvvası ki hər qətrəsində min-min dənizlər qərq olur. Səyaqi – kəlamında /n/ mə’lumdur ki, ol nə dəniz /dir/. Burada ziyadə təfsilə hacət yoxdur.

- 7 -

Sual etdilər Şeyx həzrətlərinə uşbu ayətdən ki: «Liyağfirə ləkəllahu ma təğəddəmə min-zənbikə və ma təəxxərə.» /Tərcüməsi: Allah /bununla/ sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq. «Əl-Fəth» surəsi, 2-ci ayə/.
Çünki Həqqi-təala Rəsul həzrətinin keçmiş günahın və gələcək günahın əfv etdi, pəs hər gün yetmiş kərə istiğfar neçün edərdi? Şöylə ki «Səhihi-Buxari» də vardır: «Ən iləəzz əl-müzəni innə Rəsulləllahi qalə ləyuğanu əla qəlbi və inni lə əstəğfirullahə və ətəbu ileyhi əksərən mən səbəinə».
Hədisin mə’nası budur ki, Rəsul həzrəti buyurur ki: «Mənüm qəlbimə bir pərdə gəlür, mən Allah dərgahına istiğfar edərəm yetmiş kərə və yaxud dəxi ziyadə».
«Pəs o istiğfarına nə gərək idi?», - dedilər.
Şeyx – qüddəsə sirruhu cavab buyurdu ki: «Rəsul – səlləllahu əleyh və alihi və səlləm – istiğfarı günahdan ötrü etməzdi. Bəlkə anın qəlbinə bir varidatdan feyzi – ilahi yetişürdi. Bir vəch ilə ki, ol gün yetişən feyz sonrağı yetişənə hicab olurdu. Çün mübarək nəzər ilə nəzər edərdi, görərdi, istiğfar edərdi. Həzrət Rəsulun gün-gündən qürbi tərəqqidə idi və vüsalda.

Beyt:
Yucəddudli şövqən ileykə vuluhu
Bəvarriq min tilkən nəvahi uşəmihə.
Və yəzdadu qəlbi savtuhu və sabatuhu
İza həmət min tilkəd diyari nəsimihə.

Tərcüməsi: O mənim sənə ola şövqümün yanğısını təzələyir,
Onun qızartıları mənim duyduğum tərəflərdən gəlir.
Qəlbimin narahatlığı və təşvişi artar,
O diyardan onun nəsimi gələn vaxt.

Və niz həzrət buyurdu ki: Həzrət Rəsul – səlləllahu əleyh və alihi müşrikini – Məkkə yanında qamu kimsədən günahkartər idi. Anın üçün ki, müşrikin bəndəlik eyliyələrdi üç yüz altmış bütə Allahdan özgə və çün həzrət Rəsul-səlləllahu əleyh və alihi-peyğəmbər oldu və onları kəlmeyi-tövhidə də’vət etdi, onlara çox bu iş müşkil və əzim gəlib dedilər: «Əcə ələl-alihətə ilahən vahidən. İnnə həza əşşəy – un ucab. Vəntələqəl mələ- u minhum ənimşu vəsbiru əla alihətikum. İnnə haza əşşəy-un yurad». /Tərcüməsi: Əcəba, o /Allahdan başqa heç bir tanrı yoxdur, deməklə / tanrıların hamısıni bir tanrımı edir? Bu doğrudan da, çox təəcübblü bir şeydir». Onların ə’yanları /toplandıqları məclisdən/ çıxıb gedərək /bir-birinə/ belə dedilər: «Gedin tanrılarınıza /ibadətdə/ möhkəm olun. Bu, /Məhəmmədin bizi də’vət etdiyi tövhid dini/, şübhəsiz ki, /bizə böyüklük etməsi məqsədi ilə onun özü tərəfindən/ istənilən bir şeydir. «Sad» surəsi, 5-6-cı ayələr/.
Pəs fəthi-Məkkədən sonra Allah-təala buyurdu ki: «Ya Mə-həm-məd! İnna fətəhna ləkə fəthən – mubina. Liyəğfirə ləkəllahu ma tə-ğəd-dəmə min-zənbikə və ma tə – əxxərə və yutimmə ni mətəhu əleykə və yəhdiyəkə siratən-müstəqima». /Tərcüməsi: Ya Məhəmməd həqiqətən biz sənə açıq-aşkar bir zəfər bəxş etdik. Allah /bununla/ sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq, sənə olan ne’mətini tamamlayacaq və səni düz yola yönəldəcəkdir. «Əl-Fəth» surəsi, 1-2-ci ayələr./
Yə’ni günahdan ki, kafirlər yanındasan anın istədin bu cəhətdən ki, anların ilahəsin mübəddəl və münhəsir edərdin Allah-təalaya və bəs, yə’ni be məzhəbi-batili-müşrikin.
– 8 –

Sual etdilər Şeyx həzrətinə uşbu ayətdən ki: «.. İnnəs-səlatə tənha ənil-fəhşa – i val-münkəri və li-zikrullahi əkbəru». /Tərcüməsi: Hə-qi-qə-tən, namaz /insanı/ çirkin və bəyənilməyən əməllərdən çəkindirir. Al-lahı zikr etmək isə /ondan/ daha böyükdür. «Əl-Ənkəbut» surəsi, 45-ci ayə/.
Çünki namaz ə’zəmi-ərkani-islamdır, ittifaq ilə və zahir dəlillərin bə’zisinin sərihi ilə və ol cümlədən birisi oldur ki, çünki vəqti-vəqfə dar oldu Ərəfatda, ol həccin fərz namazın qılmaq gərək. Əgər fərzi-namaza məşğul olursa, Ərəfədə vüquf fövt olur. Anın namazın təqdim etmək, gərək həcci təqdim etmək degil.
Pəs «Çün namaz ə’zəmi-ərkani-islamdır, zikrullah, yə’ni Allahı zikr necə əkbərdir?», - dedilər.
Şeyx - qüddəsə sirruhu – cavab buyurdu ki: «Allahı zikr etmək anın üçün əkbər olur ki, namazdan ki, namaz kişi/ni/ fəhşayi-zahirdən və münkəri-zahirdən mən’ eylər, şol dəlil ilə ki, bir kimsə namaza məşğul olsa, ol kimsədən fəhşa və münkəri-zahiri gəlməz. Zahir nəzzarəgahi-xəlqdir.
Leykən namaz fəhşa və münkəri-batindən kişi/ni/ mən’ etməz, şundan ki, bir kimsə namazda ola, könlü fəhşa və münkəri-batinə məşğul ola və batin nəzərgahi – Həqdir.
Amma zikr etmək batini saf qılur, fəhşa və münkəri-batinindən və nəzərgahi-həqqi fəhşayi-münkərlən pak eylər.
Pəs zikrullah namazdan anın üçün əkbər olub. «Və li zikrullahi əkbəru»
Beyt
Zəkərtukə la ənni sənikə ləmnhətən,
Bə əvhənu ma fil gəlbi zukrə lisəni.
Fəhimtu bila vəhyətin ileykə səbabətən,
Bə həmmun ileykəl-gəlbi ya buteyrani.

Tərcüməsi: Bir anda sənin ülvlüyünü xatırladım,
Qəlbdə ən asan olanı dilim zikr etdi.
Sənə ilhamsız bir məhəbbəti fəhm etdim,
Səni dəlicsinə sevən isə qəlbdir, ey mənim xudbinim.

-9-

Sual etdilər Şeyx həzrətlərinə uşbu ayətdən ki: «La tudrikuhul əbsaru». /Tərcüməsi: Gözlər onu dərk etməz. «Əl-Ən’am» surəsi, 103-cü ayə./
Və şol ayətdən ki: «Və ma qədərul-lahə həqqə qədirihi». /Tər-cü-məsi: Onlar Allahı layiqincə qiymətləndirmədilir. «Əl-Ən’am» surəsi, 91-ci ayə/.
Sual etdilər ki, bu saliklər ki, vüsuldan və röyətdən və mə’rifətdən dəm ururlar, bu ayətlərə müxalifdir anların ol də’visi, - dedilər.
Şeyx-qəddəsə sirruhu cavab buyurdu ki: «Bizim üçün bəsər vardır. Bəsər ilə Həqqi-təala /nı/ idrak etmək mümkün degildir. Dünyada ana e’tiqad etmək küfrdür. Amma bəsirət ilə idrak olunur. Ol Həqqi-təalanın məvahibindəndir ki, qula bağışlar. Dəlil hədisi-qüdsi ilə səhih rəvayətdə: «İnnəhu qalə Rəsulullahi səlləllahu əleyh və alihi və səlləm. İnnəllahə təala qalə mən adəileyhə və ləna əleyhi və ma yəzalu əbdi yətəqərzabu ileyə binnəvafili hətta ühubbəhu fə izə əcubduhu kuntu səminuhu əlləzi yəsməhu bihi və bəsəruhu əlləzi yəbsiru bihi və yəduhu əlləti yəbtişu biha və ricluhu əlləti təmşiu biha və lə’in saləni lə’əteytuhu və ləin istəazəni lə uəyyidənəhu». Tərcüməsi: Pəs həqqi-təala bəsirət gözünü bir kimsəyə versə, anınla görə bilür.
Beyt: Əğulu qadd qarra talati veyna
Mufadzu yəstğfirnə cəhədərrikəb
Ləhunnə kuntu ənni bil əyən müğuba
Fəma əntə an eyni ba ğalbi bilgayb
İzə iştaqət əl’əyan minkə binazarihi
Təcəlləytə li fil-qalb min kulli hayıb

Tərcüməsi: Deyirəm, vay bizə, təlati artıq gəncləşdi,
Fikir budur ki, süvarinin cəhdi bağışlama diləməkdir.
Onlar üçün sən aydın görünərək məndən qeyb oldun,
Ancaq sən gözümdən və qəlbimdən uzaq deyilsən.
Əgər o səni gözü ilə görməyə darıxdırsa,
Mənimçün qəlbimdə bütün varlığınla təcəlla etdin.
«Və ma qədərul-lahə həqqə qədirihi» ayətində Şeyx qüddəsə sirruhu buyurdur ki: «Ma ərəfətullah həqqə mə’rifətuh» dur («Allahı layiqincə tanımadılar»). Murad, yə’ni Həqqi-təalayi mə’rifətlə kimsənə bilməz, bəlkə hər kimsənə kəndu miqdarında bir mə’rifət hasil eylər. «Sübhanəkə ma ərəfnakə həqqə mə’rifətikə» (Uçasan /ey Allah/, səni layiqincə tanıya bilmədik).

-10-

Sual etdilər Şeyx həzrətinə bu ayətdən ki: «… Fəs – əlu əhləz zikri inkuntum la tə–ləmun». /Tərcüməsi: ... Əgər bilmirziniszə zikr əhlindən soruşun! «Əl-Nəhl» surəsi, 43-cü ayə/.
Yə’ni: «Əhli-zikr kimdir?», - dedilər.
Şeyx qüddəsə sirruhu buyurdu ki: «Əhli-zikr əhli – «La ilahə illəlah»dır. Amma mücərrəd deməklə degildir. Bəlkə «La ilahə illəllah» bilmək gərək nə demək olur? Yə’ni bu sifətlə mövsufdur. Yə’ni mə’nasın bilir ol kimsələr Allah-təalanın əsrar xəzinəsinə əli yetmiş olur. Çünki onlar əhl oldular, anlardan sual edələr. Əgər bilməzlər isə, Həqqi-təaladan ögrənlər və bunlara cavab verələr.
Beyt: Məxzəne gənce romuze qods çün dəst avərəd,
Tərcumane dəftəre əsrare hər mə’ni şəvəd.

Tərcüməsi:
Müqəddəslik (aləminin) sirlər xəzinəsini ələ keçirən zaman,
Hər bir mə’nanın sirlər dəftərinin tərcümanı olar.

-11-


Sual etdilər Şeyx həzrətinə uşbu ayətdən ki: «Yəvmə yəfirrul – mər – u’min əxih. Və ummihi və əbih. Və sahibətihi və bənih». /Tərcüməsi: O gün insan qacacaq öz qardaşından; Anasından, atasından; Zövcə-sindən və oğullarından! «Əbəsə» surəsi, 34-36-cı ayələr/.
Yə’ni: «Xəlayiq həşr günündə bir-birisindən qaçarlar. Nə üçün qaçarlar?», - dedilər.
Şeyx-qəddəsə sirruhu – cavab buyurdu ki: «İldəri ki ümmətdə yüzü ardına dönmək var idi, bir günah səbəbilə. Ümməti-Məhəmməd – əleyhissalamdan Həqqi-təala anı götürdü. Amma məsxi-batini vardır ki, hər kimsə batinində yırtıcı canavar surətində müttəsif olsa, kibr və qəzəb kimi dəxi ol sifəti dünyada qət’ edüb gedərməsə, kəndündən qiyamət günündə və ərsəgahi – «Yəvmə tubləs – səra–ir”»də ol surətlə qopa. /Tərcüməsi: Bütün sirlərin aşkar olacağı gün. «Ət-Tariq» surəsi, 9-cü ayə/. Şöylə ki, kimsə incidən muzilər və zalimlər kəlb surətində qopalar və xəlayiqə məkr və hiylə edənlər, vəkilə riayət etməyənlər ayı və meymun surətində qopalar, mal cəm edənlər siçan surətində qopalar və anbardarlar qarınca surətində və mütəkəbbirlər uşacıq qarınca surətində qopalar və riya edən sufilər cütük surətində qopalar. «Əl-iyazu billahi min çəmin zəlikə» («Bütün bunlardan (qorunmaq üçün) Allaha pənah apar!»).
Və bunun üzərinə hər kimsə təbəqəyi – günahkarlardan ki, yırtıcı canəvərin xansilə müttəsif oldusa dünayada, hər biri dari-axirətdə ol canəvər surətilə qopar.
Və bə’zi əhadis ki, mərviyyədir, bu sözə müvafiqdir. Şöylə ki, Şeyx Qəzzali «Ehyayi – ülum»da dedi ki, xəlayiq dünyada bir-birini adəm surətində görmüşlərdir, qiyamətdə canəvər surətində görücək, naçar qaçarlar.
-12-

Sual etdilər Şeyx həzrətinə uş bu ayətin mə’nasından ki: «İnəllah əş-təra minəl-mumininə ənfusahum və əmvələhum-bi-ənnə ləhumul – cənnətə». /Tərcuməsi: Həqiqətən, Allah mö’minlərdən canlarını və mallarını aldı ki, cənnət onlarınkı olsun. «Tövbə» surəsi, 111-ci ayə/.
Ayıtdılar: «Səbəb nədir kim, Həqqi-təala mö’minlərə cənnət verib dəxi malını və nəfslərini satın alıb könüllərin almadığına?» - dedilər.
Şeyx – qüddəsə sirruhu – cavab buyurdu ki: «Könül xud Həqqi-təalanın xassəsidir və qəbzeyi-qudrətindədir. Leykən nəfsdə sərkeşlik və ənaniyyət var idi. Həqqi-təala dilədi ki, nəfsi dəxi müqəyyəd edə və kənduyə muti’ edə ta, ki ol nəfsin boynu qulluq ipi ilə bağlı ola.

Beyt:
Bər nasiyeyi ke dağ şahi benəhəd,
Əz rebqeye reqqe nəfs azad şəvəd.

Tərcuməsi: Bir alına şah damğa vurarsa,
O, nəfs kəndirinin halqasından azad olar.

-13-

Sual etdilər Şeyx həzrətinə uşbu ayətdən ki: «İnna ərəznəl – əmanətə ələs səmavati vəl-ərzi vəl-cibali fə-əbəynə ənyəhmilnəha və əşfəqnə minha və həmələhəl – insanu innəhu kanə zəlumən –cəhulən». (Tərcüməsi: Biz bu əmanəti göylərə, yerə və dağlara təklif etdik, onlar onu öhdələrinə almaqdan boyun qaçırdılar və ondan qorxdular. O əmanəti insan çiyninə aldı, gerçəkdən o zalım və cahil idi. «Əhzab» surəsi, 72-ci ayə/
Ayıtdılar ki: «İnsan zəif ikən ki, «.. Və xuliqəl-insanu zəif’ən» /Tərcüməsi: Çünki, insan zəif yaradılmışdır. «Nisa» surəsi, 28-ci ayə/ buyurdu Həqqi-təala, Qur’anda yerlər və göylər və dağlar/ın/ götürmədigi nəsnə /yi/ insan necə götürdü? Və çün götürdü, Həqqi-təala bunlara nə üçün «zəlumən-cəhulən» dedi?
Şeyx həzrəti cavab buyurdu ki: «Mövcudatın, yə’ni yaradılanın öründürülmüşü insandır. Və insanın öründürülmüşü könüldür. Və ol əmanət /ki/, Həqqi-təala anı yerlər və göylərə və dağlara ərz etdi, şərif nəsnədir. Pəs ol şərif nəsnəi götürməgə bir şərif nəsnə gərək. Ol könüldür. Və göylər və yerlər və dağlar ki, anı götürməkdən iba və işfaq etdilər, yə’ni xövf etdilər. Zira ki, insanda olan həqiqət onlarda yox idi və bilmədilər, lacərəm, əmanəti götürməgə qüdrəti yetmədi. Və çün insanda könül ki, məhzəri-Həqdir, anın taqəti oldu götürməgə, götürdü. Şöylə ki, hədisi-qüdsi ilə sabit olmuşdur: «Ma vəs’əni ərzi və la səmai və lakin vəs’əni qəlbul – mu’min» (Mən yerimə və göyümə sığmaram, lakin mö’minin qəlbinə sığaram).
Amma Həqqi-təala insanı «zəlumən-cəhulən» dedügi anın üçündür ki, ərvahi-bəşər ol aləmdə əmanətə alim və hazır idilər. Çün Həqqi-təala anı əcsamə mütəlliq qıldı, yə’ni əlayiqi–bədəniyyə ilə münəğğəs, yə’ni dərhəm qıldı və küdurati - təbiiyyə ilə mükəddər etdi, pəs anlara qəflət və nisyan tari oldu. Bir vəch ilə ki, əmanəti unutdular, lacərəm «cəhul» denildilər.
Əgər ol cəhuli-müstəmər olsalar, kənduləri də əmanətə mə’rifət hasil edib idrak etməsələr ol əmanəti, pəs nəfslərinə zülm etmiş olurlar, «zəlum» olurlar. Və Həqqi-təalaya cavab verməzlər və anın dərgahında rüsvay olurlar ol əmanəti riayət etməmək səbəbi ilə. Pəs çün mə’rifət hasil etmədi, həm cahil və həm zalim olur.
Beyt:
Dəz əzəl dər holqe del touqe əmanət bəsteim,
Ta əbəd bər gərdəne can bare eşqət mikəşim.
Xak-e ma ta çor’ei əz came eşqe dust yaft,
Ta be bəzme vəsl əz soudaye an mey sərxəşim.

Tərcüməsi:
Əzəl günündə ürəyin boğazına əmanət boyunbağını bağlamışıq,
Əbədiyyətə qədər canın çiynində eşqinin yükünü çəkəcəyik
Bizim torpağımız Yarın eşqinin camından bir qətrə daddığından
Vüsal məclisinə qədər o şərabın sevdası ilə sərxoşuq.

Şeyx həzrətinin – qəddəsə sirruhun bu məhəldə təhqiqi budur. Amma əhli-zahir bu ayətdə bir neçə e’tiraz etdilər. Əvvəl bu ki: «İnna ərəznəl əmanətə ələs – səmavati vəl-ərzi» dedigində caiz olmaq Həqqi-təalanın təklifi malayotaq anlayır, yə’ni taqəti olmaya. Zira ərzi-əmanət səmavat və ərzə qeyri-zəviülüquldan ikən, təklifi beqeyrülvüs’dür pəs təklifi beqədrülvüs’dür dedügi ayətə müxalif olur.
İkincisi budur ki: «.. Fə-əbəynə ənyəhmilnəha və əşfəqnə minha»nın mə’nası budur ki, göylər və yerlər və dağlar Tanrı-təalanın ərz etdigi əmanəti götürməkdən iba və işfaq etdilər. Çünki bu səmavat, ərz, cibal zəviülüquldan degildir, necə iba və işfaq etdilər ki, iba və işfaq xud mümkün degildir sadiq olmaq illa zəviülüquldan. Necə kim sahibi–Kəşşaf «Kəşşaf»da bu e’tirazı cavab ilə gətürmüşdür. Cavablarını bu məhəldə ziyadə təfsil edib deməgə ehtiyac yoxdur.

-14-

Sual etdilər Şeyx həzrətlərinə uşbu ayətdən ki: «Summə ənşə – nahu xəlqən axərə». /Tərcüməsi: Daha sonra onu başqa bir məxluq olaraq yaratdıq. «Mö’minun» surəsi, 14-cü ayə/.
«Xəlqi-axər» dən murad nə nəsnədir? Əgər cism isə, pəs ətvari – xəlqi-insanı etdigindən bu əvvəl gərək idi. Yə’ni Həqqi-təala bu ayətdən dedügində ki: «Və ləqəd xələqnəl-insanə min-sulalətin min tin. Summə cə’ əlnahu nutfətən – fi qərarin – məkin. Summə xələqnən-nutfətə ələqətənfə-xələqnəl – ələqətə müzgətən-fə-xələqnəl-müzğətə izamən-fə-kəsəvnəl izamə ləhmən. Summə ənşə’ nahu xəlqən axərə». /Tərcuməsi: Biz həqiqətən, insanı tərtəmiz palçıqdan yaratdıq. Sonra onu nütfə halında möhkəm bir yerdə /ana bətnində/ yerləşdirdik. Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu başqa bir məxluq olaraq yaratdıq. «Mö’minun» surəsi, 12-14-cü ayələr/.
Pəs ətvari-xilqət tamam olduqundan sonra buyurdu ki: «.. Summə ənşə – nahu xəlqən axərə».
Pəs mə’lum oldu ki, «xəlqi-axərdən» murad cism degilmiş və ruh xud degil. Zira ki, hədis ilə sabitdir ki, Allah-təala ərvahı əcsaddan dörd min il öndən yaratdı. Və hədis budur ki: «İnnəllah xələq-allahül-ərvahə qəbləl-əcsadi bi-ərbə’əti alafi sənətin» (Tərcüməsi: «Həqiqətən Allah ruhları bədənlərdən dörd min il əvvəl yaratdı»).
Bu hədisdən mə’lum olur ki, «xəlqi-axər» dən murad ruh degilmiş.
Pəs «xəlqi – axər» nədir? - dedilər.
Şeyx qüddəsə sirruhu cavab buyurdu ki: «Xəlqi-axər»dən murad məşayix istilahınca sifətdir. Sair xəlayiqin istilahınca «ruhi-heyvani» dir ki, ruh ilə cismin izdivacından mütəvəllid olmuşdur. Nə məhzən ləh-mdir və nə məhzən üstüxandır. Ruh ilə bədənin ortasında mütə-vəssitdir və tərcumandır, şundan ötrü ki, ruh aləmindən cahildir. Zira ki, ikisi bir-birinin cinsindən degildir.
Pəs ikisinin ortasında labüd oldu bir vasitədən ki, bunların cinsindən ola. Dəxi bunların elmin bilə. Ol vasitə bu arada ruhi-heyvanidir ki, həm bədən elmindən, yə’ni bədən halına vaqifdir və həm ruh halına. Və bunların elminin kəsrəti vasitəsilə qəsəm olur ki: «Və la uqsimu bin-nəfsil-ləvvaməti». /Tərcüməsi: And içirəm /günah etdiyi üçün, yaxud yaxşı əməlim azdır deyə/ özünü qınayan nəfsə! «Qiyamət» surəsi, 2-ci ayə/.
Beyt:
Pərtove hosne to dər ayine çun peyda şod,
Əkse ayine həme cane cahanara şod.

Tərcüməsi: Sənin hüsnünün işığı güzgüyə düşən kimi,
Güzgüdəki əks bütün dünyanı bəzəyən can oldu.

Mə’nası budur ki, sənin hüsnün pərtovi çünki ayinədə zahir oldu, ol ayinənin əksi cəmi əravaha cahanara oldu. Yə’ni cahan bəzəyici oldu. Çünki könüldə məhbubun surətinin pərtovi zahir ola, anın əksindən əhvali – müğəyyəbati-mələkut hasil olur ki, «cahanara» dedügi oldur.
Və genə bu məhəldə Şeyx həzrətlərinə sual etdilər ki: «Nəfs üçdür: birisi qayət ülvidədir və birisi qayət dənaətdədir və birisi bu ikisinin ortasında tərcuman və mütəvəssitdir.
Səbəb nədir ol nəfs ki, qayət ülvidə idi və ol nəfs ki, qayət süflidə idi müqsəm-bih olan anlar olmadılar və mütəvəssit olan nəfs oldu müqsəm-bih», - dedilər.
Şeyx-qəddəsə sirruhu cavab buyurdu ki: «Nəfsi-mütəvəssit müqsəm-bih oldu ki, elmin şərəfi vardır, zira ki, ol iki nəfsin elminə, bu alimdir. Amma ol ikidən hər birisi ancaq kəndü elmin bilürlər idi. Qeyrisinin bilməz idi. Ol cəhətdən müqsəm-bih olan mütəvəssit oldu, nəfsi – ali və nəfsi – dani olmadı».
Və bu məhəldə Şeyx qüddəsə sirruhu bir məsəl buyurdu, İskəndəri-Zülqərneyn hekayəsin misal gətürüb iştihar etdi. Buyurdu ki: «İsgəndər səyahət edirkən bir gün Məşriq tərəfindən bir dəniz kənarına gəldi və İskəndərlə mübaliğə ləşkər var idi. Dörd yüz həkim belə yanında idi. Dəblədi ki, dənizin ol tərəfindən xəbər bilə.
Bir gəmi rast tədbir və tərtib etdilər və ol gəminin içinə adam qoydular və dəniz yüzünə göndərdilər, ta ol tərəfdən xəbər bilələr və ol dənizin miqdarın bilələr.
Bir neçə müddət keçəndən sonra gördülər gəlir. Bunlar dəxi ol gəminin yanına vardılar və xəbər sordular və bir-birinin dillərini anlamadılar və ol gəmini alıb İskəndər qatına götürdülər.
İskəndər çün ol qövmü gördü, xəbər sordu. Hec vəchlə nə anlar bunların və nə bunlar anların dillərini anladılar. Və ol dörd yüz həkim ki, İskəndərlə müsahiblər idilər, cəmi ləfzi və lüğəti bilürlər idi. Amma anların lüğətin fəhəm edəmədilər. Axır ittifaq şöylə etdilər ki, anların birisinə bir övrət verələr. Bunlardan ta ki ol övrətdən oğlan doğa, dəxi atasının və anasının dillərin ögrənə və bunlara ol gəmi xəlqinin əhval/ını/ deyə. Yə’ni bunlar və onlar ortasında mütəvəssit və tərcuman ola.
Pəs onların birisinə bir övrət verdilər və andan bir oğlan doğdu. Ol oğlan atasının və anasının dillərini ögrəndi və bunların xəbərin verdi. Anların əhvalın deməkdə mütəvəssit olub təqrir etdi ki, ol dəniz tərəfində bir məmləkət var imiş qayət böyük və geniş.
Və anın bir padşahı var imiş, cəmi dünyada nə qədər məmləkət var isə zəbt etmək istəmiş və bu gəmini göndərmiş ki: «Varın ol dəniz tərəfində görün nə aləm vardır? Dəxi iqlim varmıdır dünyada ki, mən anı dəxi dutmamışam? Və əgər dəxi məmləkət var isə, gəlin mənə xəbər verin, ta ki varıb anı dəxi zəbt edim».
Və bu vəch ilə təqrir etdi və bunlar dəxi keyfiyyəti bildilər ki, nə imiş və hal budur ki, İskəndərin anda varduğundan qərəz bu idi ki, cəmi afaqı xud dutum. Bu dəniz tərəfində dəxi məmləkət var isə dutaram deyü varmışdı.
Çün İskəndər bu xəbəri eşitdi, inani-əzimət geri çəkdi və ləşkərinə buyurdu, ol yerdən müraciət etdi, yə’ni gerü döndü.
İskəndər insafa gəldi, qəsd etdi ki, kəndü əlindəki məmləkət ilə qənaət edə».
Şeyx Səfi qüddəsə sirruhunun bu hekayəti gətürdüginə murad bu idi ki, çünki ruh aləmi-ülvidən idi ki, surət səbəbi ilə mütəcəlli idi və cism aləmi-süflidən idi ki, asari-şəvağil ol aləmi-qeybdən anda çox olmuşdu. Yə’ni dari-dünyada sifati-zəmiməyi-nəfsani ilə müttəsif olmuşdu və bunların ortasında heç vəchlə münasibət yoxdu, bəlkə təbyuni-külli var idi. Zira ki, ruh qayəti-səfadə idi və cism qayəti-kədərdə idi. Pəs Həqqi-sübhanə və təala ruh ilə cismin ortasında izdivac və imtizac qoydu, ta ki izdivacdan nəfsi-heyvani hasil ola və ruhun aləminə nisbəti vardır ki, aləmi-ülvidir. Və bədən aləminə nisbəti vardır ki, aləmi-süflidir və ikisinin elminə vaqifdir. Pəs bu iki tərəfə mütəəliq olan elmin şərəfi vasitəsi ilə məhəlli-qəsəm və müqsəm – bih oldu, ta ki yuxarıda zikr olundu.

-15-

Sual etdilər Şeyx həzrətinə – qəddəsə sirruhu – uşbu ayətdən ki: «Əlləzinə yəzkurunəllahə qiyamətən qu’ udən və əla cunubihim və yətəfəkkərünə fi xəlqis-səmavati vəl-ərzi». /Tərcüməsi: O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerlərin yaradılması haqqında düşünərlər. «Ali-İmran» surəsi, 191-ci ayə/.
Yə’ni zikr fəziltərdir, ya fikr?
Şeyx Səfi – qəddəsə sirruhu – cavab buyurdu ki: «Zikr etmək əfzəldir be hər hal fikrdən ki, görünməyə, yə’ni savaba əqrəb olan şol fikrdir ki, könül bəsirəti ilə ola və təfəkkür edə. Əşyayi-qayibəni könül gözü ilə gö-rə. Və görmək zikri-mövqufdur. Və fikri dəxi xaliqi olmaz, məx-lu-qata olur. Zira ki Həqqi-təalanın zati-müqəddəsi /nə/ fikr etmək mən-hi-dir.
Zahiri-hədisdə vardır: «Təfəkkəru va xəlqil-lah və la təfəkkəruva fi zatil – lah əy sifatil – lah» /Tərcüməsi: «Allahın xilqəti barədə düşünün və Allahın zatı barədə fikirləşməyin ki, Allahın sifətləri necədir. Çünki zikr iştiğal-billah ola və fikr iştiğal-biğeyrullah ola/. Pəs zikr əfzəldir fikrdən.
-16-

Əfzəlül-füzəla mövlana Ətaullah Ərdəbili aydır: «Bir gün Sultan Şeyx Səfi – qəddəsə sirruhu – hüzurunda bir ulu cə’miyyət oldu. Və üləma hazır oldular. Şeyx Səfi həzrəti – qəddəsə sirruhu-fəvaid buyurdu və anın əsnasında sual etdilər bu ayətdən ki: «Yə-əyyuhər-rəsulu bəlliğ ma unzilə ileykə min-rəbbikə. Və inləm təf’ al fəma bəlləğtə risalətuhu». /Tərcüməsi: Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil olanı /Qur’anı/ təbliğ et. Əgər /bunu/ etməsən, Allahın risalətini /sənə həvalə etdiyi elçilik, peyğəmbərlik vəzifəsini/ yerinə yetirmiş olmazsan. «Maidə» surəsi, 67-ci ayə/.
Və buyurdu ki, bu ayətin mə’nası budur:
Mövlana şəhid qazi Cəmaləddin Ərdəbili ayətin zahiri mə’nasını müfəssirlər təfsir etdigi kimi buyurdu ki: Sultan Şeyx Səfi – qəddəsə sirruhu – buyurdu ki, bu dəxi iyüdür, amma bir bundan dəxi yaxşı vardır.
Üləmayi-məclis ayıtdılar ki: «Anı Şeyx həzrəti buyur», - dedilər.
Şeyx Səfi – qəddəsə sirruhu – cavab buyurdu ki: «Ayətin mə’nası budur ki, şol nəsnə ki anı Həqqi-təala sənə göndərər, sən anı xəlayiqə oluşdurasan. Dəxi anın müqtəzası ilə əməl elə. Və əgər anın müqtəzası ilə əməl etməzsən, irişdirməyəsiz. «Və inləm təf’ əl fəma bəlləğtə risalətəhu».
Məclisdə hazır olan istihsan etdilər ki, sözü qayəti-vüzuhda söy-ləmək lətafətdir, - dedilər.
Beyt:
Va in nətaqat ca’ət be kulli məlahətin
Va in səkətət ca’ət be kulli cəmilin

Tərcüməsi:
Əgər o danışmağa başlasa, bütün məlahəti ilə göürünür
Sükut etdisə, susdusa, bütün gözəlliyi ilə görünür.

BAB – 2

Bu bab anın bəyanındadır ki, Sultan Şeyx Səfiəddin mütləqa ayati-kəlamullah üzərinə fəvaid buyurmuşdur, Sultan Şeyx Sədrəddin rəvayət ilə qəddəsə sirruhumul-əziz.

FAİDƏ – 1

Buyurdu uşbu ayətdən ki: «.. Məsələn – kəlimətən – təyyibətin – keşəcərətin – təyyibətən əsluha sabitun və fər’ uha fis-səma». /Tərcüməsi: Xoş bir söz kökü yerdə möhkəm olub budaqları səmaya ucalan gözəl bir ağac kimidir. «İbarhim» surəsi, 24-cü ayə/.
Kəlmə «La ilahə ilallah» dır. Çünki kəlmeyi-tövhidin davamı ola, anın davamı ilə könül yeri yumşaq olur və qabil olur və andan bir kök bir nəfsin kökünü qazır gedərir. Şöylə kim bir xəstə nafe’ şərbət içsə, anın dərdini maddəsi ilə və kökü ilə qazır gedərir, ol şərbət müfid olur.
Şöylə ki təfsirdə məzkurdur: «İnnə şeytanə vaziğu xurtumuhu əla qəlbi ibni Adəmə fəizə zəkərəllahi xəmsə. Və izə nəsiəllahi iltəsim qəlbuhu». Və bir təfsirdə dəxi məzkurdur ki «Əz şeytan casimum əla qəlbil insanə və iza zəkərrəlahi təəxxərə və vəliyu və in rəcəcə ğəfərlə vəsvəsə iləyhi». Və bir rəvayətdə dəxi gəlmişdir: «Və izə zəkərrəllahi xənəsə və izə qəfələ vəsvəsə və qaləl xənnasu ləhuxurtumun kəxurtumun kitabi fi sudurin nasi fi izə zəkərrəllahi xəmsə».
Tərcüməsi: Amma «Və fər’ uha fis-səma»nın mə’nası budur ki, çün yerində kəl-meyi-təyyibənin kökü möhkəm ola, lacərəm talib əflakə çıxır. Yə’ni süud və tərəqqi edər, məqamına və müstəqərinə yetişür. Şöylə ki, ana hər---giz hicab olmaz. «İləyhi yəs’ədul –kəlimut-təyyibu» ondan ibarətdir (Tərcüməsi: Xoş söz ona (Allaha) tərəf yüksələr «Fatir» surəsi, 10-cü ayə).
Beyt:
Nəhale bağe dağe ma ço bər gərdün sər əfrazəd,
Be bərqi səd çəmənqahe do aləm saye əndazəd.
Tərcüməsi:
Bizim (sinəmizdəki) dağın bağının pöhrəsi səmaya ucalarsa,
Bir yarpağı ilə iki aləmin yüz çəmənliyinə kölgə salar.
Mə’nası budur ki, mənim dağımın bağı dalları çünki göyə yetişə, anın bir budağı iki aləmin çəməngahına sayə, yə’ni kölgə bırağur.
Bu beytdən məqsəd budur ki, mənim könlümdə çünki kəlmeyi-tövhidin kökü möhkəm ola, dəxi əməli-saleh əsl məqamına və müstəqərinə ulaşa, iki aləmin rahət yeri andan tüfeyl olur.
«Vəl-əməlis-salih yurfə’hu» nun mə’ası oldur ki; kəlmeyi – təyyibə ki, tövhiddir, əməli-salehi rəf’ edir, həzrətə ulaşdırır və ol kəlmənin zakirini də həzrətə vasil edir, ol əməl məqbul olur. Şöylə ki, şair demişdir:
Beyt:
Morğe del hər gəh ke beqoşayəd be kuye dust bal,
Aşiyane xod nəsazəd çoz ke bər şaxe vosal.

Tərcüməsi: Könül quşu yarın küçəsinə qanad açdığı zaman,
Vüsal budağından başqa bir yerdə yuva qurmaz.

Mə’nası budur ki, «Bir könül quşu hərgah ki, dost kuyunda qanadın aça, anın yeri və yuvası olmaz, illa vüsal dalının üzərində olur».

FAİDƏ – 2

Həzrət Şeyx Səfi – qəddəsə sirruhu – buyurdu ki, bu ayətdə: «Və limən xafə məqamə rəbbihi cənnətan». /Tərcüməsi: Və Rəbbinin mə-qa-mından qorxanları iki cənnət gözləyir. «Ər-Rəhman» surəsi, 46-cı ayə/.
Yə’ni şol kimsə ki, Həqqi-təaladan qorxur, ona iki cənnət olur, biri oldur ki, zahirdə qorxusunun əvəzidir ki, ol cənnəti-zahiridir ki, anda yemək, içmək və şəhvət olur və biri batin qorxusunun əvəzidir ki, ol cənnəti-batinidir, ol ləzzəti-müşahidə və vüsal/dır/.
Beyt
Mavəraye rouzeye ferdous mara cənnətist,
K-əndəran cənnət borun əz ma-vo-mən xoş eşrətist.

Tərcüməsi:
Behişt bağının arxasında bizim elə bir cənnətimiz var ki,
O cənnətdə «bizdən» və «məndən» kənar xoş bir işrət var.
Mə’nası budur ki, «Rövzeyi-rizvandan iləri mənə bir cənnət dəxi vardır ki, mənim anda xoş işrətim vardır. Ol cənnəti-vüsaldır və dostun didarını müşahidə etməkdir.

FAİDƏ – 3

Şeyx Səfi – qəddəsə sirruhu – «Sə-nurihum ayatina fil-afaqi və fi-ənfusihum» /Tərcüməsi: Biz öz nişanələrimizi onlara həm xarici aləmdə, həm də onların öz daxilində mütləq göstərəcəyik. «Fussilət» surəsi, 53-cü ayə/ ayətində buyurur ki: «Hər nəsnə ki, Həqqi-təala afaqda yaratmışdır və aləmi-ülvidə və aləmi-süflidə anı izhar etmişdir, anın mislini nəfsi-insanda bənd etmişdir, leykən hicabı ortadadır.
Vəqti ki, bu hicabi-nəfs ortada, ol nəsnələr görünməz hər xaçan ki, nəfs hicabı ortadan götürülə, hər əlamət ki, afaqdə vardır, ol əlamətlər nəfsdə peyda olur və mə’rifəti-əşya hasil olur, pəs həqqin həqiqəti ana zahir olur».
Beyt:
Sərnameye nosxeye həqiqət dani,
K-an dərs ze louh-e xiştən bər xani.
Çün sobh ze afaq-o-ze ənfos bedəmid,
Həqiqəte Həqq ço ruze rousən dani.

Tərcüməsi: Həqiqət kitabının balşanğıcını biləcəksən,
O dərsi öz lövhəndən oxuyacaqsan.
Aləmdə və könüllərdə sübh açıldığı zaman,
Haqqın həqiqətini işıqlı gün kimi görəcəksən.

Mə’nası budur ki, «həqiqət nüsxəsinin sərnaməsisən, şündan ötrü kim ol dərsi kəndu könül lövhündə oxursan və çünki afaqdan və ənfüsdən sübh doğa, yə’ni bir əlamət pərtovi zahir ola, ol Həqqin həqlığını şol rövşən gün kimi görəsən».

FAİDƏ – 4

Şeyx həzrəti-qəddəsə sirruhu-«Əllahu nurus –səmavati vəl-ərzi. Məsəlu nurihi kə-mişkatin-fiha misbahu». /Tərcüməsi: Allah göylərin və yerin nurudur. Onun nuru, içində çıraq olan bir taxçaya bənzər. «Nur» surəsi, 35-ci ayə/ ayətində buyurdu ki, yə’ni ol mişkatda bir çıraq vardır, ol çıraq anın sirridir. Pəs çünki bədəni-insanda çıraq oldu, ol çıraqa bir neçə nəsnədən labüddür ana yağ qoyular. Yə’ni yağdan gərəkdir və ikinci, yağ gərəkdir ki, ta çıraq rövşən ola. Pəs «zücacə» ki, ayətdə məzkurdur, könül tərəfi olur çırağa və ol yağ ki, məzkurdur, ol zeytndur ki, şəcəreyi-mübarəkədəndir. Şərgi degil və Qərbi degil və ol şəcərənin əsli ruhi-peyğəmbərdir səlləllahu əleyh və alihi. Və fər’i sair ərvahi – insandır.
Pəs könül pərtovi rövşən olması ol çırağdandır zeytun vasitəsilə. Yə’ni hər vəqt ki, çırağ «zücacə» də ola, yə’ni sirçədə ola; ol sirçə münəvvər olur. Əlbəttə, ol sirçənin münəvvər olması vasitəsi ilə, yə’ni dəxi bədən münəvvər olur.
Beyt:
Fəl cismu məşkəvatin vafiyə zicacətun,
Qad uliqqat bi səlasili ilminhac.
Mutavaqqad bin nuri mən zəytunətun,
Faqatu bibəhcətinə likullə sirac

Tərcüməsi: Cism bir taxça, onda isə bir şüşə var,
Təriqət zənciri ilə alışmışdır.
Zeytun nuru ilə şö’lələnir,
Öz gəzəllyiyi ilə hər bir çıraqdan üstündür.

Mə’nası budur ki, cism mişkatdadır və anda zücacə vardır. Təhqiqən fə’ləq oldu səlasili-minhaclə və yançıdır nur ilə zeytundan faiq oldu cəmi’ çıraqların üzərinə behcət ilə və rövşənlığ ilə. Pəs hər vəqt ki, ruh könüldə qərar edə, könül zində olur. Və çünki zeytun yağı axır ola, nuri-misbah dəxi axır olur. Və hər vəqt ki, ruh müfariqət edə, aləmi-ərvahə yetişə, sirri dəxi müfariqət edir, aləmi-əsrarə yetişür.

Beyt:
Hər ke u zin danməh çün bənde suri beşkənəd,
Dər fəzaye aləme mə’ni be əsle xod rəsəd

Tərcüməsi: Kim bu tələdəki surət zəncirini qırarsa,
Mə’na aləminin fəzasında öz əslinə yetişər.

Mə’na budur ki, hər kimsə ki bəndi-surətdən, yə’ni tən qeydini bu bədən qəfəsindən uşada gedərə, yəni zulmati-vücuddan xilas bula, mə’na aləminin yarısında əslə yetişur. «... Yəkədu zəytuha yuzi’ u və ləv ləm təmsəshu narin nurun əla nurin. Yəhdillahu li-nurihi mənyaşa’ u». /Tərcüməsi: Onun /zeytun ağacının/ yağına /heç bir/ od to-xun-madığı halda, o, işıq saçır. O, nur üstündə nurdur. Allah dilədiyini öz nuruna qovuşdurar. «Nur» surəsi, 35-ci ayə/.
Ol fitil nurdur, od degildir. Od toxunmadan şö’lə verər. Həqqi-təala bəni-adəmdə bir nur qoymuşdur ki, ol çıraqdır. Bir nur dəxi kəndü zati-paki-qəllas nurundan irişür, iki nur bir-birinə qaruşursa, hər nəsnə görünür.
Məsələn, göz nuru ilə günəş nuru kimi, ikisi bir yerdə olsa, hər nəsnə görünür. Və ol misbah nurdur, nar degil.
Pəs çünki Həqqi-təala zati-insanda bir nur tərbiyə etdi ki, ol nur misbahdır və bir nur feyzdən verdi və bu iki nurun ittisalı vase’ oldu ta ki, əşya idrak oluna. Və «Nurun ə’la nuria» bu mə’nadan ibarətdir. Çünki zülmani hicabı ortadan götürülə, nüri-mütləq baqi qala ki, ol misbahdır. Amma Həqqi-təalanın zati-müqəddəsi nuru bura ki, nuri-misbahdır müttəsil olsa, bu iki nurun ittisalından idraki-mə’rifətullah hasil olur. Və «Yəhdillahu li-nurihi mənyaşa’»u bu mə’nadan ibarətdir. Ol hidayətdir, elmi-mə’rifətullahdır.

Beyt:
Aftabe hosne çün saye bər can əfkənəd,
Məşreqe del-ra bər ayəd səd hezaran aftab.
Pərdeye zolmət dəridonur şod dər nur ğərq,
Ta dəre «nurun ə’la nurin» qoşad əz comle bab.

Tərcüməsi: Onun hüsnünün günəşi cana kölgə salarsa,
Könül məşriqindən yüz minlərlə günəş çıxar.
Elə ki, o hər yandan «nur üstündə nur» qapısını açdı,
Zülmət pərdəsi cırıldı və nur nura qarışdı.

Mə’nası budur ki, mə’şuqun hüsni günəşi çünki can üzərinə sayə buraxdı, könül məşriqinə yüz min günəş gəldi və zülmət pərdəsin yırtdı. Nur nur içində qərq oldu, ta hər qüyuddan «nurun ə’la nurun» qapısı açıldı.
FAİDƏ – 5

Sultan Şeyx Səfi-qüddəsə sirruhu – «Əlləzinə yəstəmi’ unəl – qəvlə və yəttəbi ’unə əhsənəhu». /Tərcüməsi: O kəslər ki sözü dinləyib onun ən gözəlinin ardınca gedərlər… «Zumər» surəsi, 18-ci ayə/ ayətində buyurdu ki: «Hər vəqt könül qulağı eşidici ola «Və iyəha uzunun va’ iyəhtun». /Tərcüməsi: Və açıq qulaq bunu eşidə bilə… «Haqqə» surəsi, 12-ci ayə/ və Qur’anı Həqqi-təala istima’ilə eşidə və əhsəninə mütabiət edə, şöylə ki, Həqqi-təalanın ümuruna rəğbət eliyə və ixlas ilə tələqqi göstərə, əgər könül ilə eşidə, səma’da ola və əgər nəfs ilə istima edər, xətadə olur.
Vəqti ki salik könül qulağı ilə eşidə və mütabiəti-həsən edə, anın misalı şöylə ki, məsələn, bir şahbazın başından tomağın alıb seydin göstərsələr, şöylə ki ol quşun gözündən hicab getə, ol seydin ardınca pərvaz edər və iztirabə düşər, ta ol seydi bulub almayınca sükun və qərar eyləməz.
Və əhli-vəcdin halı ana bənzər ki, məsələn, əhli-vəcd qəvvaldən bir qövli eşitsə ki, ol kəndünün məqamı və mənzili olsa, iztirabə düşər, şöylə ki, mətlubuna və məqsuduna irişməyincə, aram və qərar etməz.
Beyt:
Caye aram coz əz saede soltan nəkonənd,
Aşeqani ke dər in ouce tələb şəhbazənd.

Tərcüməsi: Bu axtarış zirvəsində qızılquş olan aşiqlər,
Yalnız Sultanın qolunda rahatlıq taparlar.

Mə’nası budur ki, Sultan biləgindən qeyri aram və qərar edəcək yerləridir və şol aşiqlərnin ki, tələb övcündə şahbazdırlar. Məqsud budur ki, şol aşiqlər ki, anlarda cəhəti—ruhaniyyət qalib olmuşdur, anların Həqqi-təalanın yədi-qüdrətindən qeyri yerləri yoxdur. Yə’ni mətlubə vasil olmaqdan kifayətdir.
Amma şunlar ki, qəvvaldan sözü nəfs ilə eşidələr və ortaya girib rəqsi-nəfsani və şəhvani edələr, anlara ol səma’ haramdır.
Beyt:
Onse del yafteqane hərəme xəlvəte dust
Ba çenin məzbəleyi cife koca bərdarənd?

Tərcüməsi: Yarın xəlvət hərəminə /yol/ tapanların ürəyi,
Bu murdar zibilliyə necə ünsiyyət bağlaya bilər?!

Mə’nası budur ki, dustun xəlvəti hərəm ilə könül ülfət dutmuş kimisinin bunun kimi murdar məbzələdə xaçan qərar edər. Yə’ni bu bədən kudurətindən və vücud zülmatından xaçan sükun ola.
Və ondan sonra Şeyx Səfi qüddəsə sirruhu bu təfsili bəyan edib buyurdu ki: «Səma» üç qismdir: biri təvacüd, biri vəcd və biri halətdir.
Məqami-təvacüd oldur ki, məsələn, sözü eşitcək ol kimsə xəstə kimi qalib olur. Amma ixtiyarı vardır və əqli getməz. Və ol kimsə əgərçi könül ilə eşidir, leykən təmami-səhhət bulmamışdır.
Amma səma’i-əhli-vəcd ixtiyari degildir. Şol dəgirman çərxi kimi anın hərəkəti və dövranı kəndü ixtiyarı ilə degildir. Nə qədrə kim, ol çərxin suyu ziyadə ola, anın hərəkəti dəxi ziyadə olur.
Və ol birisi kim halətdir, ol dəxi Şeyx Səfi – qüddəsə sirruhu – istilahınca səma’i-əhli-vücuddur ki, kəndü haləti kənduyə qalib olmuşdur. Dilərsə kəndu vəqtində və halətində olur, səma’ edir. Və dilərsə, etməz.
Və ol ki kəndu vəqtinə varır, məslubül-ixtiyar degildir, yə’ni sahibi – ixtiyardır. Dilərsə hərəkət edər və dilərsə etməz.
Beyt:
Çün del əndər məsnəde təmkin neşəst,
Şəh-sefət şod exteyarəş zirdəst.

Tərcüməsi: Elə ki, ürək qüdrət taxtına oturdu,
Şaha bənzədi, ixtiyar isə ona tabe oldu.

Mə’nası budur ki: «Çünki könül qüdrət məsnədində oturdu, şah kimi ixtiyarı təhti-bədəndə oldu».

FAİDƏ – 6

Sultan Şeyx Səfi – qəddəsə sirruhu – «Ya-əyyuhəlləzinə amənuttə-qullahə vəb-təğu iləyhil-vəsilətə və cahidu fi səbilihi la – ’əlləkum tuflihun! /Tərcüməsi: Ey iman gtirənlər! Allahdan qorxun. Ona doğru yol axtarın. Allah yolunda cihad edin ki, bəlkə, nicat tapasınız. «Maidə» surəsi, 35-ci ayə/ ayətində buyurdu ki, «Mərtəbeyi – əvami –mö’minin zikr olunmuşdur ki: «Ya-əyyuhəlləzinə amənuttəqullahə». Yə’ni imandan sonra təqva ilə əmr olmaq əvami-möminin həqqindədir.
Və həm bu ayətdə mərtəbeyi-xəvas dəxi məzkurdur ki: «Və cahidu fi səbilihi». Yə’ni cəhd etmək Həqq təriqini yerinə gətürməkdir ki, həzrət Rəsul – səlləllahu əleyh və alihə bir vəch ilə mütabiət etmək ki, qıl miqdarı əvamiri-nəvahidən fövt olmaya və beqədrul-vüs’ nəfsin müxalifinə sə’y edə.
Və dəxi bu ayətdə mərtəbeyi-əxəssül-xas məzkurdur: «Vəb-təğu iləyhil-vasilətə». Vəsilə Həzrəti-izzətə yüz suyudur. Yəni salik çünki Həzrətə təqərrüb bulmuş ola və mə’rifət hasil olmuş ola, yüz suyu ilə götürmüş olur».
Beyt:
Əndəran həzrət kəsi-ra abrust
Ku be çeşme rouşəne xod ab cust

Tərcüməsi: O hüzurda o kəsin üzünün suyu (abırı) olur ki,
O, öz işıqlı gözü ilə su axtarır.

Mə’nası budur ki, ol həzrətdə şol kimsə yüz suyun hasil edər, rövşən yüz ilə, yə’ni eyni-bəsirətlə yüz suyu istiyə. Və nə qədər ki, salikə mə’rifət ziyadə ola, təqərrüb dəxi ziyadə olur. Və nə qədər ki, təqərrüb ziyadə olur, yüz suyu dəxi ziyadə olur.
Şol dəlil ilə ki, dua və təzərrö vəqtində Həzrəti-izzətdə anların yüz suyu şəfi olur mücrimlərə. Zira ki, Həzrətdə anların ziyadə təqərrübü vardır.
FAİDƏ – 7

Sultan Şeyz Səfi-qüddəsə sirruhu-«İnnəma yəxşəllahə min ibadihil-uləma’ u» /Tərcüməsi: Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxar. «Fatir» surəsi, 28-ci ayə/ ayətində buyurdu ki: «Həqqi-təaladan qorxmaq, anın əmrini yerinə gətürməkdən də dəxi ziyadə olur. Və ol qoxmaqdan əmrini yerinə gətrümək olmaz. İlla alim-billah olur, yə’ni bilənə olur».
Pəs mə’lum oldu ki, üləmdan murad olan şol cəbrə və qəhrə alimlər imiş ki, nəfsi-əmmarəyə cəbr və qəhri vəzifəsin və tanrıdan qorxmaq vəzifəsin və əmrin yerinə gətrümək vəzifəsin riayət edənlər imiş.
Və dəxi bilgil kim, Allahdan qorxan ol üləmayi-cəbəriyə degildir kim, nəfyi-qüdrəti-ixtiyar edirlər, dəxi hərəkəti-əbdü hərəkəti – cəmadat qılırlar.
Və şol alimlər degillər ki, rəyasəti-dünyaviyyəyə məşğul olub kiriftar olub qalmışlardır. Netə kim zəmanəmiz üləmasını müşahidə edərin, görürləriz şol fərasət üzərinə kim ləfzullah mərfu’ oxurlar, dəxi üləmayi-mənsub oxurlar. Yə’ni, «İnnəma yəxşəllahə min ibadəhil-üləma’-u» deyələr. Mə’na ol vəqt böylə olur ki, Həzrəti-izzətdən xofları ziyadə olur, təqərrüb hasil etmiş olalar və yüz suyu ələ gətürmüş olarlar. Ol vəqt Həqqi-təalanın xəşyəti adətində şol mə’naya olur ki, Həqqi-təalanın rizası ol alimlərlə olur, cəmi’i-vücuh ilə anlara müvafiq olur.
Şeyx Səfi həzrəti bu beyti inşa etdi:
Beyt:
Çün be fərman nisti zan nist fərmanət rəva,
Gər to fərmanbər şəvi fərmane həqq fərmane tost.

Tərcüməsi: Sən (Allahın) buyuruğunu yerinə yetirmədiyin üçün
buyuruğun keçmir,
Əgər (Allahın) buyuruğuna əməl etsən, Həqqin buyuruğu – sənin buyuruğundur.

Gər muti olmazsan ana, hacət rəva olamaz,
Leyk əmrinə müti olsan, bulursan e’tibar.
Xoş bovəd eşq ke mə’şuq be ferman başəd,
Xoş bovəd can ke be həmsaziye canan başəd.

Tərcüməsi: Xoşdur o eşq ki, mə’şuq sözə baxır,
Xoşdur o can ki, canan ilə həmahəngdir.

FAİDƏ – 8

Sultan Şeyx Səfi – qəddəsə sirruhu: «Va mən yəxruc min beytəti mühacirən iləllahi va rəsulihi summə yədrukul-movti fəqad vaqqa əcruhu ələllah» /Tərcüməsi: «Kim evindən çıxıb Allaha və onun peyğəmbərinə doğru hicrət etsə, sonra isə (mənzil başına çatmadan) ölüm onu haqlasa, həmin şəxsin mükafatını Allah özü verər» - «Ən-Nisa» surəsi, 100-cü ayə/ ayətində buyurur ki: «Salik çünki qədəmi-tələbi yolda qoydu, ol salik hacı olur. Və həm arı olur və həm şəhid olur.
Əvvələn, hacı olur anın üçün ki, qədəmini Allahın yoluna qoydu. Kə’bəyi-həqiqi tələbində, ol didari – müşahidədir».
Beyt:
Xoş əst in halo delbazi dər in rah,
Ke ru ba qebleye ruye to başəd.

Tərcüməsi: Bu yolda bu hal və vurğunluq xoşdur,
Təki üzüm sənin üzünün qibləsinə olsun.
Mə’nası budur ki, xoşdur mənim bu yolda baş oynadığım ki, yüzüm sənin Kə’bə yüzünə ola, yə’ni sənin vüsalın ələ girə.
Saniyən, qazi olur ki, kəndü nəfsinə qəza edir. Həqqi-təala yolunda ana müxalifət edib ol nəfslə müharibə etməklə məşğul olur.
Salisən, şəhid olur ki, dustun liqası arzusunda olur. Və hər kim dust eşqində ölə, şəhid olmuş olur.
«Mən matə min əl – eşq fəqəd matə şəhidən». /Tərcüməsi: Kim eşqdən ölürsə, o, şəhid kimi ölür/.
Beyt:
Həyate taze yabəd ba şəhadət,
Ke qorban bər səre küye to başəd.
Tərcüməsi: Sənin kuyində qurban olan kəs,
Şəhid olması ilə yeni həyat qazanır.

Mə’nası budur ki, dust məclisində hər kimsə qurban ola, anın arzusunda şəhid olub yeni can bulur. Və hər salik ki, bu yolda sülük edə, mətlubuna və məqsuduna yetişmiş ola. Həqqi-təala ol saliki nəhayəti-amalına yetişdirə. Əgər qədəmini savub təriqeyi-təriqindən münhərif qılmasa, yə’ni döndərməsə «Fəqəd vəqə’ə əğruhu əlal-lah» / «Onun mükafatını Allah özü verər»/.

FAİDƏ – 9

Sultan Şeyx Səfi – qəddəsə sirruhu: «Fənzur ilə əsari rəhmətillah keyfə yuhyil ərzə bədə motivə» /Tərcüməsi: «Sən Allahın mərhəmətinin əlamətlərinə bax ki, torpağı öldüklən sonra necə dirildir! – «Rum» surəsi, 50-ci ayə/ ayətində buyurdu ki: «Şöylə ki, bu yer zahirdə ölmüşdür və donmuşdur, yaz yağmuru suyu ilə həyat bulur və ənvai-rəyahin və ənhar və nəbatat və əşcar yer yüzündə zahir olur. Və könül dəxi elədir, yə’ni nəfsi-əmmarənin qış havası ilə ölmüşdür və donmuşdur. Çün talib zikrə məşğul ola, ol zikrdən talibə asari-ünsi-məhəbbəti-İlahi hasil olur. Ol nəfsani zəmhərirlər batində dəf’ olur və könül yeri yumşaq olur və qabili-imarət olur. «Summə təlinu culuduhum və qulubuhum ila zikrillahi». /Tərcüməsi: Allahın zikrindən sonra ürəkləri yerinə gəlib qorxuları gedər. «Zumər» surəsi, 23-cü ayə/.
Və andan sonra talibin könlü yerinə xəvasi-kəlmeyi-tövhiddən rəhmət yağmurunun havası asarından könül yeri həyat bulur. Yə’ni artıb ziyad olmaq ta ki, ənvai-rəyahin və mə’rifəti – dust könül yerində bistər ucalır.
Və bə’zi kütübdə məsturdur, Həqqi-təala buyurdur ki: «Əbdi cənnəti bustanukə və qəlbukə bustani». /Tərcüməsi: Ey mənim bəndəm, mənim cənnətim sənin bağçandır, sənin qəlbin isə mənim bağçamdır/.
FAİDƏ – 10

Şeyx Səfi – qəddəsə sirruhu – «Əfəmən – şərəhəllahu sədrəhu lil-islam» /Tərcüməsi: Məgər Allahın köksünü /qəlbini/ İslam dini üçün açdığı kəs… «Zumər» surəsi, 22-ci ayə/ ayətində buyurdu ki: Murad «sədr»dən könüldür. Hər vəqt ki, qəlbin inşirahı hasil ola və təsfiyəsi ola, Allah-təalanın nuru enir, ol könüldə qərar edir, inşirah miqdarınca könül məhəlli-nurullah və mə’rifətulah olur. Və inşirahı ziyadə olduğca, mə’rifət dəxi ziyadə olur.

FAİDƏ – 11

Sultan Şeyx Səfi – qəddəsə sirruhu – «Fələm-ma cənnə ’əleyhil-ləylu rə – ’a kəvkəbən. Qala haza rəbbi» /Tərcüməsi: Gecə qaranlığı /İbrahimi/ bürüdükdə o, bir ulduz gördü. «Bu mənim Rəbbimdir», - dedi. «Ən’am» surəsi, 76-cı ayə/ ayətində buyurdu ki: «Həqqi-təala İbrahim peyğəmbər-əleyhissalama ol mələkutu, səmavatı, ərzi göstərdi və İbrahim gördü, yəqin buldu və mö’qinindən oldu ki: «Və kəzalikə nuri İbrahimə mələkutəs-səmavati vəl-ərzi və liyəkunə minəl-muqinin» /Tərcüməsi: Beləcə, İbrahimə göylərin və yerin mülkünü göstərdik ki, tam yəqinliklə inananlardan olsun! «Ən’am» surəsi, 75-ci ayə./ Və kəvakibi-nəyyirini və əcrami-ülviyi və əcrami-süfliyi-zahirini və məcmu’unu gördü və sahibi-yəqin oldu. Pəs ol ulduz və Ay və Günəş batində ki İbrahim həzrətinə münkəşif oldu, şöylə ki, Həqqi-təala buyurdu: «Fələm-ma cənnə əleyhil-leylu rə’-a kəvkəbən».
Çün əvvələn İbrahim kövkəbi gördü aləmi – batində və ayıtdı: «Bu, mənim Rəbbimdir». Çün ol ulduz dolandı, nəfyi-üluhiyyət etdi ol kövkəbdən ayıtdı ki: «La uhibbul – əfilin» /Tərcüməsi: «Mən batanları sevmirəm» - «Ən’am» surəsi, 76-ci ayə/.
Və İbrahim halından tərəqqi buldu. Ayı gördu, ayıtdı: «Budur mənim Rəbbim!» Vəqti ki ol dəxi dolandı, andan dəxi nəfyi-üluhiyyət etdi və ayıtdı: «Ləm yəhdini rəbbi ləəkunənnə minəl-qəvmiz-zallin» /Tərcüməsi: «Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəlt-mə-səydi, mən zəlalətə düşənlərdən olardım» «Ən’ am» surəsi, 77-ci ayə/.
Çün ol haldan dəxi tərəqqi etdi, Günəşi gördü. Ol günəş safi və nurlu idi. [Ayıtdı:] «Budur mənim rəbbim ki, bu, əkbərdir». Çün ol dəxi dolandı, andan dəxi nəfyi-üluhiyyət etdi və e’razi-külli göstərdi. Ol vəqt təmam təvəccöhün Həzrəti-izzətə qıldı və ayıtdı:
Beyt:
Aftabe mə’rafət əz borce del çun sər zənəd,
Səd hezaran aftəbəş həmcu zərre pər zənəd.
Məş’əle gərdun besuzəd gər təcəlliye cəlal,
Məş’əli bəz nəyyirine ə’zəm-o-əsğər zənəd.

Tərcüməsi: Könül bürcündən mərifət günəşi ucalarsa,
Yüz minlərlə günəş zərrə kimi ona doğru qanad çalar.
Əgər cəlalın təcəllası fələyin məşə’lini yandirarsa,
Böyük və kiçik ulduzlara od vurub yandırar.

FAİDƏ – 12

Sultan Şeyx Səfi – qəddəsə sirruhu: «Əfrəeytu mənittəxəzə iləhu məzahu» /Tərcüməsi: «Nəfsini özünə tanrı edən kəsi gördünmü? – «Casiyə» surəsi, 23-cü ayə/ ayətində buyurdu ki: «Könül təxtinin üzərinə nəfs və anın havası keçə, xatəmi div əlinə vermiş olur və divi padşah etməgə qəbul etmiş olur və divpərəst olur kim, ol div nəfsdir.
Amma xatəmi divin əlindən alsa, könül təxtini nəfsdən və nəfsin havasından pak eylir və təxti div təsərrüfündən qurtarılır və xudapərəst olur».
Beyt
Mosəlləm angəhi gərdəd to-ra molke Soleymani
Ke xətəm-ra ze dəste dive nəfse xiş bestani.

Tərcüməsi: Sənə Süleyman mülkü o zaman qismət olar ki,
Öz nəfs divinin əlindən üzüyü alasan.

Mə’nası budur ki, mülki-Süleyman sənə şol vəqt müsəlləm olur ki, xatəmi divin əlindən alasan. Məsələn, şunun kimi ki, bir xatun kişiyə əqdi-nikah olsa, bir kimsəyə dəxi nikah mümkün degildir, madam ki, əvvəlki əqd müqəyyəddir. Çün nikahi-əvvəldən xilas bulsa və iddəti münqəzi olsa, ol vəqt ol xatun kişini hər qeyri kimsəyə dəxi nikah ilə vermək olur.
Pəs könül dəxi nəfsin havası qeydilə müqəyyəd ola, ol könüldə Həqqin təsərrüfü olmaz, madam ki, nəfs və həvayi-nəfs qalibdir. Amma şol vəqt ki, qeydi-həvayi-nəfsdən xilas bula və könül təxliyə bula və təxliyədən genə təxliyə bula, yə’ni təsfiyə bula ki, ol təsfiyə iddəti məsabesindədir Həqqi-təala ol könüldə təsərrüf etməkdə. Ol könül ləyaqəti ola, pəs ol könül xülasəsi ola. Ol könül ki: «Beynə isbəyni min əsabi ərrəhman»
Yə’ni Həqqi-təalanın yədi-qüdrəti barmaqlarının iki barmağı arasındadır.
Beyt:
Xoşa an del ke nəqşəş rəmze canəst,
Ke mohre əsbə’e Rəhman bər an əst.

Tərcüməsi: O könül xoşdur ki, naxışı canın rəmzidir,
Və Rəhmanın (Allahın) barmağının möhürü onun üzərindədir.

Mə’nası budur ki, xoşdur ol könül ki, anın nəqşi rəmzi – can ola,
dəxi Həqqi-təalanın qüdrəti, barmağının möhri anın üzərində ola.

FAİDƏ – 13

Sultan Şeyx Səfi-qüddəsə sirruhu: «Və axərunə’ – tərəfu bizunubihim xələtu ’əmə-lən-salihən və axərə səyyi-’ən» /Tərcüməsi: /Münafiqlərin/ bir qismi də günahlarını e’tiraf etdi. Onlar /əvvəl etdikləri/ yaxşı bir əməllə /sonradan etdikləri/ pis əməli bir-birinə qatışdırmışdılar. «Tövbə» surəsi, 102-ci ayə/ ayətində buyurdu ki: «Şol süt ki, heyvan əmcəkindən gəlür, pak və tahirdir. Əgər sütün məmərrində, yə’ni ağaran yerdə maddə olsa, ol süt qan ilə və irin gələ çıxsa, ol süt pak olmaz.
Pəs anın tədbiri oldur ki, ol maddə /ni/ ondan gedərələr. Şöylə ki, ol sütün məmərrində şaibeyi-tələvvüs qalmıya, andan sonra gələn süt pak /və/ saf gələ: «Ləbənən xalisən-sa-iğəlliş-şaribin» /Tərcüməsi: Təmiz südü sizə içirdik. «Nəhl» surəsi, 66-ci ayə/ ola. Və könül dəxi həmçinan məhəlli-varidi-ilhami-fücur və təqvadır. «Fə-əlhəməhə fücuruha və təqvaha» /Tərcüməsi: Sonra da ona xeyir və şəri öyrətdi. «Şəms» surəsi, 8-ci ayə/. Pəs əməl dəxi müxtəlit olur ki: «Xələtu əmə-lən-salihən və axərə səyyi – ’ən!».
Çünki ilhami –fücur qapısı məsdud ola, yə’ni bağlu ola, şeytani və nəfsani təşvişlər və iğvalardan münqəti olur. Və andan sonra ol əməl ixlas ilə olur və pak olur. «Əla lillahid – dinul – xalisu» /Tərcüməsi: Bil ki, xalis din ancaq Allaha məxsusdur. «Zumər» surəsi, 3-cü ayə/
Beyt:
An came səfa ke rahe ruh-əst dəru,
Bi şayebeye ğobar-o-xaşak xoş-əst.

Tərcüməsi: Ruha rahatlıq verən o saflıq şərabi,
Tozdan və çör-çöpdən təmiz olduqda xoşdur!

Mə’nası budur ki, ol səfa şərabı kim anda canın rahət olmasıdır, şaibəyi-qübar və xaşaksız xoş olur.
Yə’ni şərabi-safii xalis xoşdur. Şol ləbəni – xalis xoş olduğu kimi ki, anda şaibeyi-tələvvüs yoxdur.

LÜĞƏT

Səfvət – saflıq, xalislik, təmizlik
Səfa – saflıq; rahatlıq; əyləncə; saf, duru; tamaşa,seyr
Sipas – şükür, həmd
Nöh kainat – doqquz aləm
Ləmyəzəl – həmişəlik, daimi, ölməz, əbədi
Əsnaf – siniflər
Aləmi-ədəm – yoxluq aləmi
Təxsis – həsr etmə, ayırma, birinə məxsus olma
Zakiyat – saf, təmiz, müqəddəslər
Məb’us – göndərilmiş, elçi
Təyyib – yaxşı, gözəl, xoşa gələn
Tahir – təmiz, pak
Kəmtər – lap az, azacıq; e’tibarsız
Nəhif – arıq, zəif
Bürhan – dəlil, isbat, çübut
Təqiyyə – məslək və e’tiqadın başqalarından gizlədilməsi;
haramdan çəkinmək
Təvəccöh – rəğbət, meyl; bir şeyə tərəf dönmə
Mənaqib – mədh, tə’rif
Süləha – əmin, salamat olanlar; salehlər, yaxşı əməl sahibləri
Salik – bir təriqətə mənsub olan; bir yolu təqib edən
İntihal – sona çatdırılmış, bitmiş, tamamlanmış
Kəminə – aciz; həqir; kiçik
Mən’ – qadağan etmə, qabağını saxlama
Məvane’ – maneələr
Müqəyyəd – maraqlanan; sərbəst olmayan; bağlı
Mübtədi – başlayan, ilk
Mə’ni – məzmun, mövzu, məsələ, səbəb
Mütabiət – tabeçilik, ardıcıllıq
Masəvaullah – Allahdan başqa, Allahdan savayı
Xəşiyət – qorxu
Danatər – daha bilikli, çox bilən
Müqərrər – iqrar olunmuş, qərar verilmiş
Suri – zahiri, formal
Fe’l – iş, əməl
Hicab – örtük, pərdə
İxfa – gizlətmə
Əbrar – nəcib, müqəddəs adamlar
Müqərrəb – yaxınlaşmış, yaxın adam
Müzaf – qatılmış, əlavə edilmiş
Mətmə’ – arzu olunan, meyl olunan
Sifati-raziyə – razılıq doğuran sifətlər
Sifati – mərziyə – bəyənilmiş sifətlər
Amm – kütlə, qara camaat
Xass –xüsusi, seçilmiş şəxslər
Mənam – yuxu, röya
Ləvame’ – parlayan şeylər
Müfariqət – ayrılma, bir-birindən uzaqlaşma
Rətb və yabis – mövcüd olan hər şey; yaş və quru
Mükəvvən – yaradılmış, xəlq olmuş
İstiğfar – bağışlanmasını istəmə; üzr istəmək
Əzim – böyük, ağır
Mübəddəl – dəyişdirilmiş, başqa formaya salınmış
Münhəsir – məhdud, yalnız bir şeyə və ya adama həsr edilmə
Ürfə – yaxşılıq, xeyir; adət, dəb
Föhş – söyüş, nalayiq söz
Münkər – inkar olunmuş, qəbul edilməyən
Də’vi – iddia, tələb; də’vət etmək
Məsx – şəklini dəyişib çirkin və pis hala salma
Mütəəsif– təəssüf edən
Mürəvviyyə – şəffaf, duru, saf
İba – razı olmama, rədd etmə
Mütəvəssit – orta halda olan; vasitəçi
Ülvi – yüksək, uca
Ərvah – ruhlar
Müqtəza – lazım olan, vacib
İstehsan – xoşlama, bəyənmə
Vüzuh – aydınlıq, aşkarlıq

BAB – 2
Bab – fəsil, hissə, mövzu
Bəyan – anlatma, söyləmə
Kəlamullah – Allahın sözü, Quran
Fəvaid – faydalar
Kəlmeyi – tövhid – Allahın birliyinə inam kəlmələri
Nafe’ – faydalı, xeyirli, mənfəətli
Müfid – faydalı; ibrətli; ibrətamiz
Müzəkkər – kişi kimi; kişi cinsi; erkək
Kəlmeyi-təyyibə – yaxşı, gözəl kəlmələr
Lacərəm – şübhəsiz; nəhayət; lazımdır
Əflak – fələklər, fələklərin cəmi
Müstəqər – məqam, qərar tutulan yer
Dal – budaq
Rövzeyi-rizvan – cənnət, behişt bağı
Aləmi-ülvi – yüksək, uca aləmlər
Aləmi-süfli – aşağı, alçaq aləmlər
Ənfüs – canlar, insanlar
Afaq – aləm, dünya; üfuqlar
Pərtov – işıq, nur
Mişkat – çıraq qoyulan yer; taxça
Bəhcət – şadlıq, sevinc gözəllik
Fələq – şəfəq, dan; alaqaranlıq sübh
Səlasil – silsilələr, zəncirlər
Misbah – çıraq, lampa, fənər
Müfariqət – uzaqlaşma; bir yeri tərk edib getmə
Aləmi-ərvah – ruhlar aləmi
Aləmi-əsrar – sirlər aləmi
Qəllaş – ədəbsiz, hiyləgər, dərbədər
İttisal – möhkəm olma, yaxınlıq; birləşmə
Müttəsil – daimi, əbədi; arası kəsilmədən
İstima’ – dinləmə, eşitmə
Mütabiət – tabe olma; ardıcıllıq
Tələqqi – qəbul etmə, münasibət bildirmə; hesab etmə; görüşmə
Ümur – işlər, əmrlər
Qəvvas – dalğıc, üzgüçü; oxatanla silahlanmış döyüşçü
Yədi-qüdrət – qüdrət əli
Səma’ –eşitmə; sufilərin musiqi və rəqs məclisi
Məzbələ – zibillik, zibilxana
Məslubül-ixtiyar – ixtiyarı əlindən alınmış
Məsnəd – mənsəb, taxt; dayaq
Təqva – mö’minlik
Əhdül-xass – seçilmişlərin iqrarı, əhdi, sözü, vədi
Təqərrüb – yaxınlıq, yaxın münasibət; yanaşma
Təzərrö’ – itaətkarlıq; yalvarıb- yaxarma
Məcruh –yaralı
Mə’ruf – mə’lum olan, məşhur
Xəşyət – qorxu
Saniyən – ikinci, ikinci olaraq
Salisən – üçüncü, üçüncü olaraq
Münhərif – bir tərəfə əyilən; dəyişmiş; əyri; sağlam olmayan
Ənva – növlər
Ənhar – çaylar, arxlar
Əşcar – ağaçlar
İşraq – parlatma, işıqlandırma
Təsfiyə – saflaşdırma, durulaşdırma
Kəvakib – ulduzlar
Nəyyir – nurlu, parlaq
Əcram – səyyarələr, göy cismləri
Üluhiyyət – allahlıq
Xatəm – üzük; möhür; son
Təsərrüf – yiyələnmək, ələ keçirmək
Əqd – bağlama, tərtib etmə; kəbin
Müqəyyəd – bağlı, asılı; maraqlanan
Qeyd – bənd etmə; bağlama; qayğı
Təxliyə – boşaltma, boşaldılma
Tahir – təmiz, pak
Məmərr – keçiləcək yol, yer
Şaibə – ləkə, qüsur; bəla, müsibət; şəkk, şübh
Tələvvüs – bulaşma, çirkaba batma
İğva – azdırma, yolundan çıxarma
Münqəte’ – kəsilmiş, üzülmüş
Xaşak – çör-çöp, zir-zibil