<<< geri

 

 

«MÜZZƏKKİÜN-NÜFÜS» RİSALƏSİ
(«QƏLBLƏRİ PAKLAŞDIRAN» RİSALƏ)

 

 

7-1. «MÜZƏKKİÜN-NÜFUS» RİSALƏSİ HAQQINDA

Bu əsərin tədvin edilməsi Əşrəfoğlu Abdullah Rumiyə mənsubdur. O, 870 (1465/66) – ci ildə vəfat etmişdir. Nəşr etdiyimiz mətn Konya kitabxanasında saxlanılan 5452 saylı əlyazmanın Faxir İz tərəfindən nəşr edilən bölümündən alınmışdır.
Bu əsər də başqa əsərlər kimi «Qara məcmuə»lərə daxil etmə üçün yazılmışdır.
Əsərə «Təriqət fərmanı» adı da verilir. Əsər taliblər və müridlər üçün Şeyx Səfiəddin Ərdəbilinin dilindən yazılmışdır.
Əsərin bir yerində Şeyx Səfinin Mövləvi Ruminin məsnəvəsinə yazdığı şərhdən söz gedir və həmin kitabdan bir hissə nəql olunur. Şeyx Səfinin türkcə yazdığı «Şərhül – Məsnəvi» kitabı hələ tapılmamışdır, burada zikr olunan hissə, bu baxımdan əhəmiyyət daşıyır.
Bir başqa yerdə «Təhqiqi-Şeyx Səfi» ünvanlı bir hissə gəlir. Bu hissə də zahirən bə’zi qaynaqlarda adı çəkilən Şeyx Səfinin «Təhqiqat» kitabından alınmışdır.
«Qara məcmuə»lərdə «Təhqiq» bölümləri yenə də vardır və bu məsələnin daha dərindən incələnməsinə ehtiyac duyulur.
Risalə belə başlayır «Ey əziz! Bu təriqət fərmanı Şeyx Səfi həz-rətləri – qüddəsə sirrəhu əzizin sözləridir. Bu təriqəti-ərus «Müzəkkiun-nufus» adlanır və onu oxu, bilgil Şeyx həzrətləri nə buyurmuşdur».

7-2. DÜNYA MƏHƏBBƏTİ

Ey əziz! Bu dünyaya hər kim könül verib cəm’ etməyə məşğul ol-dusa, axır peşiman olub peşimanlıq daşı ilə başını anca döydü. Və lakin sonrağı peşimanlıq fayda verməz. Bu gün bunda fürsət əldə var ikən, cəhd elə bu murdarı ayırtlaşı gör. Könlünü bundan götürü gör. Və ol dünya cəm’ edənləri və dünya yoluna ömür çürüdənləri gözətmə. Sən onları gözət kim, sonları nəyə vardı? Ol ər gibi yığdığları mal necə tarü mar olur! Dağılıb varislər üləşib kəndi varıb əzabın, hesabın çəkər.
Ey əziz! Şol sultanları gözət kim, dünyaya gəldilər və lakin heç e’tibar gözü ilə baxmadılar. Və ya dünyanın ardına düşüb cəm’ etməyə məşğul olmadılar. Axirət əməllərinə məşğul oldular. Çün gördülər bu dünya bir yol uğrağı imiş. «Axirət yolunun üzərində buna aldanmaq, könül verib məşğul olmaq nəyə gərəkdir», - dedilər. Yol yırağında öldülər, qafilədən ayrılmadılar.

7-3. DÜNYAYA BAĞLANMA

Bir gün yenə Rəsul həzrəti-səlləlahu əleyh və səlləm – Əbu Hü-rey-rəyə rəziyallahu ənhu-aydır kim: «Sənə dünyanın misalını göstərim», - deyir.
Əlindən yapışdı Əbu Hüreyrənin. İlətdi bir dərya kimi yerə. Ol dərya məzbələ idi. Ayıtdı: «Ya Əbu Hüreyrə! Bax, bu dərya!».
Əbu Hüreyrə baxdı, gördü kim, quru adam başları və sükükləri və əski buzlar və heyvan çifələri və sükükləri dökülmüş yatır biqiyas.
Şol aydır: «Ya Əbu Hüreyrə! İşbu başları kim, görürsən, bu başların kimi igid, kimi qoca, kimi övrət, kimi oğlan, kimi qul, kimi xəlayiq, kimi sultan, kimi vəzirdir. Kimi yoxsul, kimi baydır. Bunlar dəxi bizciləyin adam idi. Bunların daha hirssləri var idi. Uzaq-uzaq sunular sunurlardı Bunlar daha çərb yeyib nəfis donlar geyirlərdi. Atlar minib yorurlardı. Şimdi gör kim, quru süküklər olmuşlar, yatırlar. Ətləri, dəriləri çürümüş, topraq olmuş, nazik cərb yeyən ağızları çənələrindən ayrılmış, yatır.
Və bunların içində kişilər vardır kim, halal-haram deməyib düşürüb yığardı. Və qalın döşəklərdə yatırlardı. Və saraylarda otururlar, deyu. Şimdi gör kim, bu məzbələdə cifə olub necə yatırlardı. Necə topraq olub yatırlar. Gələn-keçən basar bunları. Və kimi bunlardan yanrınır, amma uslular bunlardan ibrət alır və bu yatan əskiləri kim görürsən, yellər dağıdıb savurur. Bunlardan kimi sufi və kimi kimxa və kimi bezdir. Bunlar bu yatanların donları idi. Bunları geyib bunlar sallanır və fəxrlənirlərdi. Şimdi gör çürümüş, yellər savurur.
Bu yatan davar ölülərin kim görürsən, bə’zi at, bə’zi qatır və bə’zi dəvə və bə’zi himardır. Bunların binətləri idi. Bunlar bunlara binib dilədikləri yerlərə varırlar, gəlirlərdi. Şimdi gör dökülüb necə yatırlar.
Uş dünyanın misalı kim görürsüz, budur. Aqibət dünyanın işi bu olusardır. Ya Əbu Hüreyrə! Sən daha, mən daha ibrət alalım. Axirət işimizin halı /nın/ şöylə olacağını anlayalım. Şol bizim əlimizdə, qoynumuzda, evimizdə olanlar həp bizim degildir. Bizdən öndən daha hər birinin usu vardı. Bizdən sonra daha usu vardır. Gəlisərdir. Sən onu sanırsan kim, ol sənindir.
Ya Əbu Hüreyrə! Var, indi ölməzdən ön, bu dünyadan könlünü götür. Dünya səni tərk etmədən, sən dünyanı tərk eyləyi gör. Əlində malın fəqirlərə ver gör. Yoxsa ötə, sən daha şöylə olursan», - dedi.
Bu dünyaya aldanma! Bunun rahətinə məğrur olma! Bu dünya kimə güldü, aqibət ol ağlamadı? Bu dünyada kim rahət oldu, aqibət ol möhnətə sataşmadı? Hər qancaru baxarsan, bu dünya bir qəm və qüssə görünürdü.

7-4. FƏQR DÜNYASI

Bu fəqirlik dedikləri əgər sual olunarsa, bir gizli sultanlıqdır. Kimsə bilməz bunun ləzzətini. Yenə də füqəra bilir. Və bu fəqirlər uçmaqda daha sultan olsalar gərəkdir.
Rəsul həzrətləri /səlləlahu əleyh və səlləm/ aydır: «Me’rac gecəsi mənə cənnəti ərz etdilər, əksər xəlqini füqəra gördüm».
Deyir: «Cəhənnəmi ərz etdilər, əksər xəlqi xatunlar ilə qənilər gördüm».
Deyir: «Bu fəqirlərə sultanlar demək mə’na/sı/ budur kim, bunlar şeytan qulu olmaqdan qurtulmuşlar. Və bu qənilər şeytan qulu olubdurlar. Şeytan bunları dünyanın ol yeddi dürlü bəndinə bağlamışdır, qul etmişdir. Necə kim, Həqqi-təala-cəllə və ali - ol yeddi duzağı bəyan edər…
Pəs bu bəndlər ilə şeytan bunları əvvəldən tutdu. Könüllərini bu dün-yanın bu mətalarına mütəəlliq edib möhkəm bağladı. İraq, bunların bu duzağdan qurtulması asan degildir. Məgər ki, inayəti-Həqq yetişə. Əbu-bəkrə irişdiyi gibi, daha qalan əzizlərə irişdiyi gibi kim, cəmi’ dün-ya-larını Həqq yoluna derdilər. Daha kəndiləri bir loğma, bir xirqə ix-ti-yar etdilər, ibadət /və/ taət yolun tutdular, rəhmətullahi-əleyh oldular.
Və bu baylıq azmağa səbəbdir, dünyadan imansız getməyə. Görməzsən kim, heç bir fəqir tanrılıq də’vası etmiş yoxdur. Qanda bir bədbəxt varsa, həp qina ucundan təkəbbürlük edib aləmdə mənlikə yürüdü. Nə dənli tanrılıq də’vası etmiş bədbəxt varsa, həp qina ucundan təkəbbür /lük/ etdilər.
Və daha bu fəqirlik əgər yaramazsa, ya xorluq etmişsə, Seyyidi-kainat Məhəmmədi – Mustafa – səlləllahu əleyh və səlləmi Həqqi-təala fəqir eyləməzdi. Baylıq iyiymişsə kafirlərə yiyəcək, ətmək verməzdi. Pəs bundan əqlin var isə anla kim, fəqirlik ulu səadət imiş. Mə-həmmədi – Mustafa sifəti imiş.
Pəs onun üçün Tanrı dostları cəmi’ mallarını füqəraya ulaşdırdılar, fəqirlik ixtiyar etdilər. Onun üçün kim, bu fəqirlik ənbiyalara sifətdir. Və həm həqiqəti, yarın qiyamət günündə bu fəqir qullarını qığırıb üzr etsə gərəkdir. Xatirciklərini təsəlli etsə gərəkdir.
Ayıta gərək: «Ey mənim fəqir qullarım! Dünayda sizə dünya vermədigim, sizi fəqir etdigim sevmədigimdən degildir. Bilin, sevdigimdən idi kim, şol çox sevdigim Məhəmmədin /s/ sifətilə sizi sifətləndirdim», - deyir.
Və Həqqi-təala o fəqir qullarına ayıdsardır kim: «Ey mənim qullarım! Dünyada mən sizə çox dünya versəm, sizi daha qəni eyləsəm, bunun sizə hesabı qatı olsa gərəkdir. «Bu qiyamət gününün hesabını görməsinlər», - dedim. Görün axı şu qənilərə nə qatı hesab olunur. Daha qəni olsanız, sizə daha şöylə qatı hesab edilərdi. Gəlin indi, ey fəqirlərim! Əgər sizi dünyada fəqir eylədimsə, bu gün qəni-qəni eyləyim. Həp əksləri yetirəyim. İşdə sizə uçmaq, hangısında gərəksə, sakinlənin!», - deyə. «Ey biçarə! Kəndini dünyaya əsir etmiş məğbun, şu mərtəbə nəyə dəgməz! Bir kişinin min il ömrü olsa, min ilin daha aclıqla, susuzluqla, yalınçıqlıqla keçirsə, şu təsəlliyə hənuz azdır!»
Bu mərtəbələri bildikləri üçün sultanlıq və padşahlığı tərk etdilər, fəqirlik ixtiyar etdilər.

HEKAYƏT

Şeyx Mənsur Əmmar deylər, bir şeyx, əziz kişi vardı, rəhmətullahi – əleyh. Bir gün Bəsrə şəhərinə gedirdi. Yol sultanın qapısı önünə uğradı. Gördü kim, bu böyük qapının önündə neçə itlər /və/ qullar tutmuş dururlar. Bu qapıdan içəriyə Şeyx nəzər etdi. Gördü kim, bu qapıdan içəri bir meydan, ol meydanda bir altun çadır qurulmuş və bu çadırın içində bir altun təxt. Bu altın təxtin üstündə bir sultan oturubdur. Dürlü-dürlü mürəssə donlar geymiş və çevrə yanına neçə bəglər oturmuşlar. Və neçə bəglər daha ayaq inan dururlar, şürb edirlər.
Şeyx Mənsür Əmmar dərhal içəri yürüdü. Vardı ol təxtin yanında əsasına dayandı, durdu. Bir azdan tamaşa eylədi. Şeyxin nuru bunların üzərinə qələbə eylədi. Söhbətlərini sutadı. Bunlar daha bu feyzdən usanı verdilər.
Padşah aydır: «Söhbəti dağıdın».
Bu bəglər həp dağıldılar, getdilər, sultan yalqız qaldı.
Sultan içəri çağırdı: «Hey Nəşvanə», - deyir. Bir azdan bir xatun içə-ridən çıxa gəldi. Başında altun tac, əgnində altun hərir geyir. Sağınca, solunca, ardınca, önüncə kəndi misli cariyələr.
Çün bu sultan bu xatunu gördü, tez təxtdən endi, bu xatuna hamı qarşı vardı. Əlinə yapışdı, təxtə çıxardı. Cariyələr səf bağladılar. Qarşı durdular. Şeyx baxdı bunları gördü. Kəndi /kəndinə/ aydır: «Hey, şimdi nəsihətin vaxtıdır».
Əsasını təxtin təqtasına çaxadı və bir kərrət çığırdı:
- Hey qafillər! Bu dünyanın yalançı bəgligciginə və yalançı xa-tun-luğuna aldanmış, məğrur olmuş, bəqayi fənayə dədişmiş və baqi padşahı unutmuş biçarələr, - dedi.
Baxdılar gördülər bir pir əsayə dayanmış durur.
Sultan aydır:
- Nə qocasan? Nərədən girdin? Şu dışarıda qapıçılar səni görmədilərmi?
Şeyx aydır:
- Mən qapıçı, bacaçı bilməzəm. Nərəyə xatirim dilərsə, girərəm. Mən bir təbib kişiyəm. Günah xəstələrini timar edici və mö’minləri gü-nah rəncindən qurtarıcıyam. Bu dünyanın yalançı zövqcığazına nə yo-luq aldanmışsız və bu rəiyyət bəgligciginə və xatuncığına nə yoluq məğ-rur olmuşsuz! Ertə bu bəgligi sizdən alırlar və sizi mülki-qədimi qa-tı-na aldırvılar. Və bu əlvanlıqdan sizə us olmaz. Saraylarınız issiz qa-lır və bu qələbələriniz həp dağılır. Ölüm gələr, həp bunları tarmar edər. Necə kim sizdən öndənləri ölüm gəldi, tarmar eylədi. Şimdi on-la-rın birinin əsəri, tozu bəlirməz. Və bu izz /və/ naz ilə bəslədiginiz na-zik tən-lərinizə ilanlar, çayanlar üşər. Və sükükləriniz yer altında çürü-yüb topraq oluyardır. Ol cəhənnəmin dürlü-dürlü əzabları sizə gəlir iriş-sər. Siz fəryad-zari edib çağırasız, illa dərman bulmayasız. Şimdi fürsət əl-də ikən bu fani bəgligi və fani xatunluğu əbədi bəgligə dəgişirün, - dedi.
Sultan şeyxin sözlərini dinlədi. Bir kərə ah eylədi. Gətirdi kəndini təxtdən yerə urdu. Əql başından getdi. Bir zaman yetdi, bir zamandan kəndi duru gəldi. Ayıtdı şeyxə:
- Necə edəlim sultanım! Yolu yanılmışız!, - deyir.
Şeyx aydır:
- Gəlin hələ bir şimdi tövbə edin. Bu şimdi ikən etdiginiz işlərizə peşiman olun! Ol günahlarınız getsin, - deyir.
Gəldilər. Ər daha, övrəti daha şeyxin əlin tutub tövbə etdilər. Şeyx daha «Sizi Allaha ismarladım», - dedi. Şu ayəti oxudu. Ayət kim: «Fə Allahu xeyrul hafizən və hüvə ərhəmərrahimin» (Tərcüməsi: «Allah ən yaxşı hifz edəndir və o, mərhəmətlilərin ən mərhəmətlisidir».«Yusif» surəsi, 64-cü ayə).
Çıxdı, yürüyürdü.
Nəşvanə xatun sultana aydır:
- Necə edəlim, yolu yanlmışız?
Sultan xatuna aydır:
- Səbr et, xatun, kim yol göründü, axşam olsun, - deyir.
Çün axşam oldu. Sultan duru gəldi. Əvvəl mürəssə donları çıxardı, vardı bir əski keçə buldu, köklüksüz. Şöylə gövdəsi üzərinə bu keçəyi bərkitdi, qaftan kimi eylədi. Gəldi Nəşvanə xatuna aydır:
- Ya Nəşvanə xatun! Sən daha mənimlə gedərmisən?
Xatun aydır:
- Ya, daha nə işim vardır bu fani yurdu bəkləyəsi? Sənin mövlan isə, mənim daha mövlamdır.
Duru gəldi. Nəşvanə xatun daha ol hərir libasları soyundu, tökdü. Ol daha ancılayın bir əski yabana buraxılmış keçə buldu. Ol nazik tənin üzərinə bərkitdi.
İkisi daha böylə saraydan çıxdılar, yürü yürüdülər. Bu xəzinələrdən və bu ne’mətlərdən və bu saraydan kəndilərinə bir öyün ətmək almadılar vəb ir içim su daha almadılar. Çıxdılar, yürüdülər.
Sabah bu sarayın xəlqi duru gəldilər. Gördülər kim, nə sultan var və nə xatunu var. Hər yeri gördülər, bulmadılar. Şəhərə qülqülə düşdü. Həp ulu-kiçik cəm oldular. Fəryad, dadlar eylədilər. Yaslar elədilər. Heç kimsə bilmədi kim, bunlar nə oldular. Axır ayıtdılar kim:
- Məgər bu sarayda bir canavar dururdu, bunları yedi çıplaq döşəkdə yatırkən, - dedilər.
Bəli, gerçək uduldular bunlar eşq nəhənginə. Pəs vardılar bunlar Beytullahda mücavir oldular. Riyazətə, ibadətə məşğul oldular. Bunların yerinə gəldi bir kişi daha sultan oldu. Ol xəzinələr, dolu mallar və yüklər və cariyələr və qullar və itlər, cəmi nə ki varsa, ol sultan olan kişi həp aldı. Amma bu saraya gəlib həp sakinləmədi. «Bunda adam udar canavar var», - deyə iraq kimsə daha gəlib sakinləmədi. Şöylə məzbələ oldu bu saray qaldı.
Ey əziz! Kişi dünyanı tərk edəcək, şöylə tərk /edər/ və eşq gəlincək kişi /yi/ xərab edər və kişi Allaha dönəcək, şöylə dönər..
Ey əziz! Bir kişiyə inayəti-ilahi yetişcək, şöylə olur. Cahan gözünə zərrəcə görükməz.
Çün bunların halları buraya yetişdi, bunca ildən sonra Şeyx yenə Məkkəyə gedər oldu. Yolu yenə Bəsrə şəhərinə uğradı. Şəhərdə bir arada dərvişlərə qonuldu. Dərvişlərə aydır:
- Şurda mən bir iş başardım gibi idi. Bir kişiyə nəsihət etdim, tövbə verdim idi. Görəyim mənim nəsihətim əsər eylədimi? Və könülləri üzünü iki cahanın dövlətindən çevirdim idi. Görəyim onun üzərinə durdularmı? - dedi.
Getdi o sarayın önünə gəldi kim, bunlara nəsihət ayıtdı idi. Gördü kim, ol saray xərab olmuş, itlər yatağı olmuş.
/Ey/ əziz! Bu eşq həm aşiqin məkanın xərab edər, həm surətin xərab edər.
Bir az vaxt bu sarayın önündə durdu. Bir kişi gəldi. Şeyx o kişiyə sorar, aydır:
- Şurda əvvəl bir saray var gibi idi və bir padşah bu sarayda oturardı, - deyir. Şimdi bu saray xərab olmuş olamı? - deyir.
Ol kişi aydır:
- Bəli, öndən bu saray şunun gibi saray idi kim, heç bir padşahın bunun gibi sarayı yox idi. Bunda bir padşah var idi kim, onun zamanında onun gibi padşah daha yox idi. İlla kim bu sarayda bir canavar var idi. Onu daha, övrətin daha yedi, getdi. Ol qorxudan bu sarayda iraq kimsə gəlib sakinlənmədi, - dedi.
Şeyx Mənsur Əmmar – rəhmatullahi-əleyh bildi kim, başardığı iş təhqiq oldu. Bəqayət fərəh olub: «Əlhəmdülillah kim, bizim daha sözümüz əsər eyləmiş ola. Şeytan və nəfs və dünya əlindən bir daha bir kimsə qurtarmış olavuz», - dedi.
Qalxdı bu şəhərdən getdi. Zaman ilə Məkkə şəhərinə vardı. Məkkəni təvaf edərkən Şeyx gördü kim, bir igid bənizi sararmış, saçı-saqqalı qarışmış, təni qayət incəlmiş, arıq olmuş, gözləri çuxura düşmüş, bir dəgənəkcik əlinə almış, Kə’bənin divarına yapışmış, Kə’bəni təvaf edər yap-yap, arxasına bir keçə parası geymiş, bitlərin biri girər, biri çıxar. Bağrını bitlər dəlik-dəlik eyləmiş.
Çünki baxdı, Şeyxi gördü. Gəldi Şeyxin ayağına düşdü. Ağladı, aydır:
- Əlhəmdülillah kim, arzum Şeyxin mübarək camalını görmək idi, gördüm, - deyir.
Şeyx aydır:
- Sən kimsən? - deyir.
İgid aydır:
- Mən ol Bəsrə şəhərinin sultanıyam kim, sənin İsa nəfəsin mə-nim -könlümü diriltdi, - deyir.
Şeyx aydır könlündə: «Hanı bunun ol sultanlığı, ululuğu, nəfis yeyib, nəfis yedikləri? Şimdi bir əski keçə içində bağrını bitlər dəlik-dəlik eyləmiş. Eşq bunu nərəyə buraxmış? - dedi, daha ağladı, dedi.
Aydır:
- Ya igid! Hanı sənin xatunun Nəşvanə? - deyir.
Ol igid aydır:
- Onun halı qayət zəif olmuşdur. Bir yerdə düşmüşdür, yatır. Məkkəni təvaf eyləməyə gəlməz. Amma arzu edər kim, sultanımın mübarək üzünü görə. Daha ölürsə, ondan /sonra/ ölə, - deyir.
Şeyx aydır:
- Yeri, varalım, onu daha görəlim, - deyir.
Vardılar, gördülər. Kəndi /sin/ dən getmiş yatır. Ol igid iləri vardı.
Aydır:
- Ya Nəşvanə! Ac gözünü, ol bizim şeyximiz, sultanımız gəldi, - deyir.
Nəşvanə xatun gözün açdı, şeyxi gördü, duru gəldi. Şeyxin ayağına düşdü. Şeyx gördü kim, Nəşvanə xatun nə bənzər ol igidə. Əski keçə bu daha geymiş. Bitlərin bunun keçəsinə daha mini girir, mini çıxır.
Şeyxin ayağında yatırkən Nəşvanə xatun bir kərrət hıçqırdı, can verdi. Bunu gördu ol igid, daha şeyxin ayağına düşdü, ol daha can verdi.
Şeyx bunları gördü, ayıtdı kim:
- Zehi aşiqi-sadiqlər kim can verməyincə durmadılar, - dedi.
Gör indi gerçək tövbə etmək necə olur. Həm yoldaşların tərk etdilər və həm donların dəgişdirdilər və həm yeməklərin.
Çün Şeyx bunların halını gördü, şeyx daha ağladı. Şol qədər ağladı kim, bixud oldu. Kəndudən getdi.
Bir azdan kənduyə gəldi, bazara vardı, kəfən aldı. Gətirdi kim, bunların qeydin götürüb həqqinə qoya. Gördü kim, yuyunmuş, kəfənlənmiş, ikisi daha bir-birinin yanında yatırlar. Şeyx təəccübə vardı. Şeyxin sərinə bir nida yetişdi kim:
- Ya Şeyx! Sən bunların namazın qıl, daha bunları bizə ismarla, çün bizim üçün can tərk etdilrsə, biz daha bunlara didarımızı qanbaha verdik və bunlar bizim üçün bu fani dünyanın fani bəgligçigin tərk etdilərsə, fani saraylarını qavdılarsa, biz daha səkkiz uçmağımızı onlara mülk eylədik, - dedilər.
Şeyx bunların namazını dərvişlər ilə qıldılar, daha bunları dəfn eylədilər, Allaha ismarladılar.

7-5. QƏNAƏT VƏ TƏVƏKKÜL

.. Ola kim, «mən dünyayı sevməzəm» deyirsən. İndi, ey biçarə! Ya nə üçün qeyri nəsnəyə talib olmazsan? Və ya qeyri nəsnənin tələbində olmazsan? Və gecə-gündüz onun əndişəsində olmazsan?
Pəs mə’lumdur kim, sevərsən. Ya sevliməyən istənilirmi? Saxlanılırmı? Ya kasalara qoyulurmu? Möhürlənirmi? Fəqir gəlib Allah üçün istəyəcək, «nəsnəm yoxdur!»- deyilirmi? Yalan söylənilirmi?
Tut ki, sən burada sevməzsən deyəsən, höccət gətirəsən. Həqq xud qullarının könlünə nəzər eylər, surətinə, höccətinə nəzər etməz. Necə kim buyurar: «İnəllahu ləyunziru ilə surətikum və la ilə əmalikum bəl yunzirunə fi qulubikum və niyyətikum» /Tərcüməsi: Həqiqətən Allah-təala sizin üzünüzə baxmaz, nə də sizin əməllərinizə baxmaz, əksinə, sizin qəlb və niyyətlərinizə baxar./.
Amma bizim məqsudimiz höccət degil, bəlkə aşiqlərə bir nəsihət edib hal nitəligin bildirməkdir.
Pəs sən daha bu nəsihətləri və bu ayətləri eşidib, inanıb, Allahdan qor-xub və Rəsulundan utanıb insaf edərsən, Allaha dönərsən, uzun ağ olar.
Aydırsan kim: «Mənə dünya gərəkdir, dost var, düşmən var, gələcəgi-gedəcəgi var. Oğul-qız var, övrət var. Və bunların hər birinin bir dürlü məqsudları var. Ruziləri vardır, yerinə gətirmək gərəkdir. Mən əlimdə dünyacıgım tərk edib, fəqir olub möhtac olumazın. Bu günü xoş keçirəyim. Ertə necə olursa, ola» deyirsən. Yeri var, sənə dünya qutlu olsun. Başdan-ayağa mübarək olsun! Onun ləzzətləri sənə dadlı olsun! Və lakin bezə səndən Allah-təala, qaça səndən cəmi peyğəmbərlər, qava səni dünlü övliyalar, duta səni zəbanilər!
Görəsən qatı əzab, çəkəsən bəla və zəhmətlər, görəsən cəfa və möhnətlər. Və bu murdar dünyayı daha burada qoyasan, gedəsən. Əcəb! Orada varacaq nə edəsən? Şol dünyada diləmədigin kişilər gələ, ol qəhr ilə qazandığın dünyanı oluşələr, yeyələr, yedirələr, dökələr, sən qara gün dar yerdə yatıb, hesabın verəsən, əzabın görəsən».
Və illa aydırsan kim: «Mənə dünya gərəkməz, mən dünyadan bi-za-ram, Allaha təvəkkül edirəm, Allahın və’dəsinə inanıram, əlimdə /ki/ var/ın/ cəm’ini füqəraya Allah yolunda verirəm. Əlimdə fürsət var ikən yarağım görürəm», - deyirsən, Allah sənin yardımçın və Rəsul sənin şəfaətçin və məşayixlər sənin mürşidin və mö’minlər sənin duaçın və səkkiz uçmaq sənə ərz oluna. Hansından dilərsən, sakinlənəsən.
İndi, ey əziz qardaş! Çünki bildin bu nəfsi-əmmarə yeddi başlı bir əjdəha imiş. Və bu əjdəhanın qayət böyük bir başı kim qalan başları ona tabedir, dünya sevmək imiş. Və ol böyük başı kəsilcək, qalan başları daha ona tabedir, həp qurar gedər imiş.
Və iki cahanın şərri daha dünya sevməkdən imiş. Və ol nəfsi-əmmarənin böyük başın kəsmək dünyadan yigrənmək imiş.
Və iki cahanın səadəti daha dünyadan yigrənməkdə imiş. Və bu dünyanı tərk edib dünyadan yigrənmək, daha şol yuxarı dedigim gibi, ölümün etməgi ilə olurmuş.
Pəs bunları bildikdən sonra bunu bilgil kim, dünya sevməkligin səbəbi nədir? Onu daha sənə deyə verəyim. Və dünya sevməgin səbəbinə səbəb nədir? Bunu daha deyəyim, eşit!
Və bu kitabda müşkil qalmasın. Zira bu kitab asan türk dilincə, Şeyx Səfi həzrətləri dilincə onun üçün söyləndi kim, mübtədiyə yol asan ola, dedim bir qaç yerdə.
Pəs bu dünya sevməklik səbəbin deyəyim və ayətlə, hədislə isbat edəyim. Və məşayixi-kibar və əshabi-Rəsul sözlərini daha dəlil gətirəyim. Hətta sən daha inanasan. Könlün əmin ola. Əmələ məşğul olasan. Bilgil indi, ey əziz qardaş və din yolunda müvafiq yoldaş! Bu dünyayı sevməyin səbəbi ölümün unutmaqdır. Və ölümün unutmağın səbəbi uzaq əndişələr etməkdir. Yə’ni uzaq sunular sunmaqdır.
Bir kişi şunu şöylə edəyim və bunu böylə edəyim deyib yirsə, ölümün unudur. Ölümün unutmaq dünyayı sevdirər. Nəfsi – əmmarə bir sunular sunucu, bir uzaq əndişələr edici kimsədir. Bir sunular kim, yüz ildə hasil olmaz. Ertəyə çıxacağın bilməz. Bağlar, bağçalar ediniz, duvarlar, arzular, yerlər, sular ediniz. Və oğullar və qızlar urar.
Pəs buna dünya gərək. Və dünyanın xud dərdinə düşüb sevdasında olmayınca hasil olmaz.
İndi şunu təhqiq şöylə bilgil kim, bu Adəm oğlanlarını aldayıb məğrur edib uzaq əndişələr etdirən üç nəsnədir: biri ümniyədir, biri dünyadır, biri daha şeytandır.
Pəs bu üç nəsnə ediginə adamı aldayın üç ayət dəlildir:
Şeytan əleyhül-lə’nət aydır kim:
- İşlə, nə dilərsən? Allah kərimdir, əzab eyləməz, üqubət et-mək-də iyiməz, - deyir.
Və lakin aqil olan kişilər şeytanın bu iğvasına aldanmaz. Həqqi-təalanın daim bu sözünü qulağından gedərməz. Buyurdu: «İnnə şeytanə ləkum ədüvvün fə əttəxizuhu ədüvvən». /Tərcüməsi: Şeytan sizin düşməninizdir, siz də onu düşmən bilin». «Fatir» sürəsi, 6-ci ayə).
Və bir ayətdə daha buyurur kim: «İnnəhu ləkum ədüvvün mübin» /Tərcüməsi: «Həqiqətən, o (şeytan) sizin açıq-aşkar düşməninizdir». «Bəqərə» surəsi, 168-ci ayə).
Çünki bildin şeytan düşmandır, qədimi ata-dədə düşmanıdır. Hərgiz xeyir sunmaz. Ondan xeyir uman daha xeyrə uğramaz. Eşitmədinmi Adəm atamız – əleyhissəlamə və Həvvaya nə eylədi? Və zürriyyətinə daha edir? Neçələri dünyadan imansız gedirtdi. İman hörmətini kibr oduna yandırdı. Uzaq sunular ilə ölümdən qafil eylədi. Axır ölüm gəldi, qafil bulundular. Qəflət ilə imanını şeytana aldırdılar, imansız, üzü qara Həqq həzrətinə vardılar.

7-6. ÜZLƏTİN FAYDALARI

Bilgil indi, ey əziz qardaş! Kişi bu xəlqdən üzlət edib kəsliməyincə dilini, dinini, qarnını, gözünü və bu yeddi ə’zasını saxlayamaz. Zira bu cəmi ə’zaları şərrə ilətməgə səbəb bu xəlqdir. Haçan bir kişi bü xəlqə qarışsa, əlbəttə, bu xəlqə uymaq lazım gələr. Əgər uymayıb müxalif edərsən, sənə düşman olurlar. Sənə rahət göstərməzlər. Səni incidərlər. Elə olsa, bunlardan üzlət gərəkdir.
Və həm neçə dürlü afətlər bu xəlqə qarışmaqdan gələr. Bə’zi ariflər demişlərdir kim, bu xəlqə müsahib olmaq, haman od ilə müsahib olmaq gibidir. Pəs bu oddan kişi mənfəətlənmək gərəkdir. Amma ki, həzər etmək gərəkdir kim, bu od kənduyi yandırmaya.
Qardaş! Qeybət ixtilatdır, riya ixtilatdır. Yə’ni xəlqə qarışmaqdır. Yalançılıq ixtilatdır. Təkəbbür, həsəd, nifaq ixtilatdır. Daha nə dənli yaramaz fe’l var isə həp ixtilatdadır.
Pəs üzlət salamatlıqdır. Kişi xəlvətdə otursa, neçə mövla ilə müamiləyə yol bulmaz. Xüsusən kim, bu şimdiki zamanda, bu şimdiki zamanın qövmündən üzlət etmək, əlbəttə, gərəkdir.
Şol hədis ilə kim, Rəsul həzrətləri – əleyhissəllam buyurmuşdur: «Axır bir zaman gələ kim, zəif üzrə ola islam, iman. Vaizlər çox ola, dünya üçün və’z edələr, bulduqların söyliyələr, Tanrıya və Rəsuluna böhtan edələr. Yə’ni Tanrıya və Rəsuluna böhtan edib, isnad edib sözlər söyləyələr. Ol zamanın alimləri az ola ol zalimləri dəf’ etməyə. Kəndi/ləri/ minbərə çıxıb əklərikləri üçün onlar daha dinməyələr. Dilənçuları çox ola, vericiləri az ola. Elə olsa, ol zaman kim irişsə, zinhar, onlara qarışmanız, onlardan üzlət ediniz».
Ey əziz! Təhqiq şunu biliriz kim, ol bizim seyyidimiz və peyğəmbərimiz, axir zaman peyğəmbəri Məhəmmədi-Mustafa kim, məhbubi-həzrətdir və şəfi’yi – ümmətdir, bizə atamızdan və anamızdan şəfqətlidir. Elə olucaq bizə gəli gəlsin, yenə bizdən ol yey bilər. Çün ol bizə buyurdu, biz daha onun sözünə uymaq gərək. Xəlqdən kəsilmək gərəkdir.
Döndülər, Rəsul həzrətlərinə sordular, ayıtdılar kim:
- Ol nə vaxt olur, ya Rəsulallah?
Ol sultanül – ənbiya aydır:
- Ol vaxt olur kim, elmə yiltinalar nəfs həvası üçün, yə’ni dünya ululuğu üçün, izzət üçün və mənsəb üçün, ya qazı olub qəzaya uğramağ üçün və yaxud müdərris olub tənə’üm etmək üçün, sədrə keçmək üçün.
Və daha oxuyalar elmi, nəfslərinə ilətələr. Elmi Allah qapısına varmağa səbəb etməyələr. Bəlkə dünya bəgləri qapısına varmağa səbəb edələr. Ol zamanın bəgləri daha əhli-elmi xor görələr. Ol zamanın alimlərinin qayət dini vardır. Dinlərini dünyaya satalar, füqərayə şəfqətləri olmaya. Məscidlər yolu və məscidlər xəlvət ola. Və meyxanələr yolu və meyxanələr qələbə ola, - deyə buyurdu.
Rəsul /əleyhissəlam/ ol pər üsul /?/, pəs ol zamanın qövmünü bəyan eylədi. Və bu şimdiki zaman haman ol zamandır. Və qövmü daha ol qövmdür. Biz gözümüz ilə görə dururuz kim, bu qövmün gündən-günə şərləri arta durur və xeyirləri əksili durur.
Çün hal böylədir, sən onlara nə üçün qarışasan və yolundan şaşasan? Varasan, oda düşəsən?
Eşitdin ola kim, məşayixdən neçələri ittifaq etdilər, bu xəlq arasından çıxdılar, vardılar kimi dağlar başındakı mağaralarda oturdular, ibadətə, taətə məşğul oldular. Kəndulər/inə/ mürid /və/ mühibb olanlara daha vəsiyyət eylədilər kim, xəlqdən qaçalar, şol arslandan qaçarım gibi.
Və ol məşayixlərdən birisi Süleyman Daranidir ki, rəhəmtullah-əleyh müridlərinə vəsiyyət edib ayıtdı kim:
- Qaçın xəlqdən, daha şol arslandan qaçar gibi.
Yə’ni necə kim, arslandan qaçırsız, xəlqdən daha qaçın.
Daha ayıtdı kim:
- Qarışın bu xəlqə bir qaç yerdə: bir cümə namazında, namaz qılınca. Və bir /də/ bayram namazında, namaz qılınca. Ancaq şu qaç yerdən qeyri vaxtda bu xəlqin arasına girməgə dəstur yoxdur. Taliblərə cəmi məşayixlərin ittifaqı bunun üzərinədir. Əgər qarışırsa, həqdən məhrum qalır, mərayi olur. Mərayi xud müşrikdir. Zira Rəsul həzrəti – əleyhissəlam elə buyurdur: «Pəs elə olsa, xəlqdən qaçmaq gərək».
Şeyx Süfyan Sövri rəhmətullahi-əleyh /aydır/:
- Vallah, şimdiki zamanda üzlət etmək halaldır. Bu xəlqə qa-rış-maq haramdır. Zira bu şimdiki qövm zəlaləti artırdılar. İçlərində haram nəsnə şol bir halal kimi iste’mal olur oldur.
İmam /Məhəmməd/ Qəzzali aydır-rəziyallahu ənhu.
- Bu şimdiki zamanda üzlət etmək fərzdir, - deyir. Və «Ə’tə-zi-lu-kum və ma tabudun» ayətini höccət gətirdi. /Tərcüməsi: «Mən sizdən və sitayiş etdiklərinizdən uzaqlaşıram». «Məryəm» surəsi, 48-ci ayə).
İmam bu sözü deyəli beş yüz ildən ziyadədir. Bu, şimdiki bizim zamanımızda xud daha fərzdir.
Bilgil indi, ey qardaş! Bu xəlqdən sənə heç bir fayda yoxdur. Bu xəlqə qarışcaq müxalifəti ortadan götürmək gərəksən, bunların xud işləri, qövlləri, fe’lləri görünür durur. Əgər bunlara müvafiqət edərsən, Allaha asi olarsan və Rəsuluna uymamış olarsan, əgər müxalifət edərsən, sənə nüktə edərlər. Və səni incidərlərdi. Sənin ol dənli ka-ma-lın yoxdur kim, bunların zəhmətinə təhəmmül edə biləsən. Azmayasan, yoxsa bu gen dünyayı sənə dar edərlər, səfan gedərərlər. Köklü, köksüz kənduləri /ni/ sənə düşmən edərlər.
Sən daha nagah səbr edəməyib bu xəlqə nəfsin üçün qağıyasan, bəd dua edəsən. Sənə rizq verən və səni yoxdan var edən Sultanın qapısına varasan. Hər qapılardan avara olasan və bu xəlqdən kəsiləsən. İxlas ilə Onun qapısını ixtiyar edəsən. Madam ki, Onun qapısında mücavir olasan, hər günlərin bayram və hər gecələrin qədr ola, iki cahanda səlamət olasan.

7-7. ŞEYX İLƏ MÜRİD

Bilgil indi, məşayixin ədəblərindən birisi daha budur kim, şeyx ilə mürid bir süfrəyə sunmaya və bir xalıcaya oturmaya və şeyxin oturduğu yerə daha oturmaya və şeyx ilə bir bardaqdan su içməyə və şeyxi dünyadan nəql edərsə və ya boşarsa, övrətini almaya kim, adabi-təriqətdə yoxdur.
Şeyxin kisvətini, yə’ni xirqəsini dəstursuz geyməyə və şeyxi ziyarət etmək istəyəcək, yə’ni şeyxin əlin-ayağın öpmək istəyəcək abdəstsiz etməyə kim, bir qaç nəsnəyə abdəstsiz yapışmaq biədəblikdir.
Bir müshəfə və bir peyğəmbərə və qəbirlərinə daha ziyarət etmək haman kəndiləri həyatında ziyarət etmək gibidir. Və bir daha Kə’bəyə və bir daha övliyalara abdəstsiz varıb yapışmaq ədəb degildir.
Və bu övliyaların könlü daha Kə’bədir və zahir Kə’bəyə «Kə’beyi-Xəlili» derlər və bu könül Kə’bəsinə «Kə’beyi-Cəlili» derlər. Və ol za-hir Kə’bə /ni/ daş ilə, topraq ilə Xəlil peyğəmbər yapdı – əleyhis-sə-lam. Və bu könül Kə’bəsi ki, övliyanın könlüdür, onu Cəlili-cəbbar yapdı.
Və ol zahir Kə’bə /ni/ ziyarət edənin təni oddan qurtular və bu batin Kə’bə /ni/ ziyarət edənin həm təni və canı oddan qurtular.
Və vüsali-dust daha könül Kə’bəsindədir. Necə kim, Mövlana Cəladəddin həzrəti buyurmuşdur:

Ey qövme be Həcc rəfte, kocayid, kocayid?
Mə’şuq həmin cast, biyayid, biyayid!

Tərcüməsi: Ey Həccə gedən tayfa, hardasınız, hardasınız?
Məşuq buradadır, gəlin, gəlin!

Və Şeyx Səfi/əddin Ərdəbili/ - qəddəsallah sirrəhu bu beytin mə’nasında buyurur kim: «Beytullah ikidir. Yə’ni Kə’bə ikidir yer üzündə. Biri beytullahdır kim, xəlayiq onu kəndilər/inə/ fərz olduğca təvaf edərlər və biri daha könül Kə’bəsidir kim, beytdə keçən xitab əvvəlki Kə’bənin taliblərinədir.Yə’ni dəmin olur kim, əkərci ədayi-rükni-islam ol zahir Kə’bə ilə hasil olur, amma mə’rifətullah könül Kə’bəsində hasil olur».
Pəs şöylə olur bu beytin mə’nası kim: «Ey mə’rifət tələb edənlər və Həqq istəyənlər! Könül Kə’bəsinə gəlin və onu Kə’bədə tələb edin. Və həqq tələb edənlər etmək qəti-məsafəti surət ilə olmaz ki: «Və izə səələkə ibədi fə ənni garibun və nahnu əqrabu ileyhi min həblil vurid»
(Tərcüməsi: «Bəndələrim məni səndən soruşduqda /de ki/ Mən onlara yaxınam… Biz ona boynunun damarından da yaxınıq» («Bəqərə» surəsi, 186-ci ayə və «Qaf» surəsi, 16-ci ayə).
Pəs Şeyx /Səfiəddin Ərdəbili/ buyurdu ki: «Mərd ərənlər oturarkən Həqq tələbin səfərin edərlər, bularlar. Və namərdlər Həqq tələb edib yazılarda sərgərdan gəzərlər, bulmazlar.. Çünki Həqqi-təala qula quldan yaxındır. Yazılarda sərgəştə kəzməklə vüsal hasil olmaz. Pəs sənin hicabın örtən haman sənsən. Kənd /i/ hicabını ortadan götür, daha vüsal ələ gətir».
Pəs övliyayi – Allahı abdəstsiz ziyarət etmək biədəblikdir. Pəs bu sözlərdən murad qülubi-övliyadır ki, ol qəlbi-həqiqidir.
Və haçan şeyx ilə yerimək, yola getmək vaqe olsa, şeyxin yanınca getmək ədəb degildir. Şeyxin ardınca yab-yab getmək yaxşıdır. Əgər şeyx aydırsa kim: «Gəl önümcə yeri!», - yerimək gərəkdir. Onda hikmət vardır, onu əhlinə derlər.
Və bir ədəbi daha müridliyin budur ki, şeyxə qayət hörmət edə və şeyxə hörmət etdigi gibi oğluna, qızına, quluna, xəlayiqinə, hətta atına, quşuna, cəmi heyvancıqlarına belə hörmət edə kim, hörmətsizlik daha ədəbsizlikdir, məhrumluğa səbəbdir. Zira Həqqi-təala əzəmət ilə bu salehlərə hörmət edər, onlara hörmət etdikdən onların heyvancıqlarına daha belə hörmət edər. Görməzmisən Əshabi-kəhfin itini və Saleh peyğəmbərin dəvəsini və İbrahim peyğəmbərin boz ağısını və İsmayıl peyğəmbərini qoçunu və Musa peyğəmbərin sağırını və Yunus pey-ğəmbərin balığını və Üzeyrin eşşəgini və Süleymanın qarıncıasını və Bilqeyisin hüdhüdünü və Məhəmmədi-Mustafanın – salavatullahu və səlləm – dəvəsini?
«Məqatil» rəvayətində böylədir. Bu heyvancıqlar salehlərə xidmət edib belə yoldaşlıq etdikləri üçün Həqqi-təala bunları cənnətə qoyar və bunlara hörmət-izzət edib və qalan heyvanlar içindən bunları üründülər, hörmətini bilməyəsən və onların təvabeinə izzət etməyəsən. Ələlxüsus müridlik də’vasıni daha edəsən!
Ey biar adəmi! Heç qeyrətin yoxdu ki, it cənnətə girə, salehlərə xidmət edib və salehləri sevdigi üçün, sən cəhənnəmə girəsən salehləri sevməyib və salehlərə e’tiqadın-hörmətin olmadığı üçün?
Amma sənin süləhayi sevmədiginə bir səbəb vardır. Səbəb oldur kim, nəfsi – əmmarə kafirsifətdir, süləhayi sevməz. Pəs sən daha nəf-si-əmmarəyə tabe olub durursan nə salehlərə xidmət eylədin və nə kö-nül-lərinə girdin kim, bunların dərunlarından sənin daha könlünə bir yumşaqlıq hasil olaydı.
Pəs gerçək müridlər şeyxdən nəsib və himmət istəyə, doğru taliblər gərəkdir kim, şeyxə və şeyxin cəmaətinə və xidmətkarlarına və heyvancıqlarına məhəbbət edib hörmət eyləyə. Ta kim ol daha hörmət və himmət bula.
Amma adabi-təriqət budur kim, mürid şeyxdən hörmət ummaya və «şeyx müridə hörmət etmək» yoxdur. Vəqtha bir kərrət xatircığın tə-səlli edib riayət edərsə, dürüstdür. Və mürid olub, talib olub məşayix eşigində olan kişilər şeyx yeməgindən artıq yemək ədəb degildir. Ba-zara varmaq hacət olmadan və bazar yeməgin yemək və dükan yeməgin və ölü üçün pişən yeməgi yemək və vəqf ətməgin yemək və əvanlar ətməgin yemək, müridə cəmi’ bunları yemək qayət ədə-b-siz-likdir və könlü daha qarardar.
Mürid/in/ bunun gibi loğmaları yeməgi kəndi-kəndinə təqsirlik edib hörmətini kəndinin əli ilə oda vurmaq gibidir. Və mürid olan kişi /dən/ ədəbsizlik etmək olmaz. Pəs ədəb budur kim, hərgah kim bir iş işlər, şeyx məşvərətilə işləyə. Və hər nə kim edər, şeyxinə danışmayınca, iş-ləməyə.
Ya səfərə getməli olsa və ya nəsnə satmalı və ya nəsnə almalı olsa və ya oğul everməli olsa, və ya qız çıxarmalı olsa, şeyxinə danışmaq gərəkdir. Danışmadan mürid başlı-başına bir iş işləmək kütsaxlıq, ədəb-sizlikdir. Və işi rast daha gəlməz və həm təriqətə müxalifdir.
Necə kim əshab Rəsul zamanında – səlləllahu əleyh və səlləm – hər işlərini Rəsul həzrətinə danışmayınca işləməzlərdi. Hətta: «Bu gecə evə varalımmı?», - derlərdi və «Xatunlarımıza yaxın olalımmı?», - der-lərdi.
Pəs təriqətdə mürid hər işi şeyxə danışmaq gərək və şeyxin sözünü tutmaq gərək. Və mürid bir işində mütəhəyyir olsa, varıb şeyxinə «Şu/nu/ mən necə edəyim? Şu işimdə aciz qaldım», - demək gərəkdir. Şeyx necə məsləhət görərsə, necə buyurarsa, elə etmək gərəkdir. Və əgər danışmazsa, qatı yaramazlıq edər.

HEKAYƏT

Şeyx Zunnun Misrinin – rəhmətullahi əleyhi – bir müridi işində aciz qaldı və mütəhəyyir oldu. Fəqirlik qələbə etdi, necə edəsini bilmədi. Oğlancıqları daha var idi. Gəldi şeyxə aydır:
- Sultanım! Şu/nu/ mən necə edəyim? Halım nə olasardır? Cəmaətim aclıqdan büküldülər və yalıncıqlıqdan xeyli zəhmət çəkirlər. İşim-gücüm keçməz, mənə nə buyurursunuz? - dedi.
Şeyx ona qağıyaraq aydır:
- Var ox-yay al, bir dərbəndə otur, həramilik eylə! - der.
Dərhal dərviş duru gəldi, evinə gəldi. Evində bulduğu əskicələrdən satdı, bir qaç axca eylədi, vardı oxa-yaya verdi.
Vardı bir dərbəndə oturdu, yola baxır kim, hal nə ola. Nagah bir bölük həramilər çıxa gəldilər, onu bu arada gördülər, ayıtdılar:
- Nə kişisən?
Dərviş aydır:
- Həramiyəm, uş yol urət kim mənə bir adam əlimə girə, soyam.
Pəs dərvişlikdə yalan söyləmək yoxdur, rast söylədi. Bu həramilərin ululuarı aydır:
- Uş. Biz daha bir neçə həramiləriz. Bir bölük bazərganlar gəlir, cüstələdik.
Uş gəldilər, dərbəndə girdilər.
- Bir tərəfə sən daha dur, nə dənli hünərin varsa işlə, həm bizə olsun, həm sənə olsun, - dedilər.
Onu daha bir tərəfə qavdılar. Bir azdan bir bölük bazərganlar gəldilər. Bu həramilər daha bunları gördülər. Dörd yandan səyirtdilər, ox urdular, cənk etdilər, bazərganları tutdular, əllərini bağladılar, həp qumaşlarını aldılar, bir araya cəm eylədilər.
Hər birisini bu bazərganların bu həramilər aldılar, bir bucağa öldürməgə getdilər. Bu həramilərin uluları qumaş qatında bu dərviş ilə qaldı.
Bu hərami bu dərvişə aydır:
- Dərviş! Sən daha /dur/ma! Bunların birini öldür mənim qa-tım-da, mən dəxi görəyim sənin hünərini, - dedi.
Əlini bağladı, dərvişin önünə çəkirdi bu bazərganların birisini. Və bir qılınc əlinə verdi. «Çal başını tez!», - dedi. Kəndi bir heybə əlinə aldı, baş aşağı dəprətməgə məşğul oldu.
Bu dərviş bu bazərganə baxdı, döndü bu həramilərbaşına baxdı. Gördü kim, həramibaşı kəndi-kəndinə heybə dəprədir. Tez tövbə etdi şeyxdən yana. Şeyxin sirrindən istimdad etdi. Dərhal dərvişə bir avaz yetişdi kim: «Nə durursan, ol məzlumu qav, bu zalimin boynunu çal əlindəki qılınc ilə, dəplə bu məl’unu”», - deyə.
Çün dərviş bu avazı eşitdi, Həqqə dərunundan niyaz eylədi. Bu məzlumu qavdı, ol zalımı çaldı ənsəsindən, başı üzüldü, yuvalandı. Şunda getdi tez ol kişinin əlin çizdi. İkisi bəla əvn eylədilər, çağırışdılar. Bu həramilər əlli əlindəkiləri buraxdılar, qavdılar, qumaşlara səyirtdilər. Gəldilər gördülər kim, ol uluları dəplənmiş yatır. İki kişi əllərində yalın qılınc, elə sandılar kim, üstlərinə mübaliğə adam yetişdi. Başların qurtarmaq ardınca oldular. Hər biri bir dərəyə uçdular, qaçdılar, dağıldılar, getdilər.
Bunlar səyirtdilər, vardılar ol bazarganları buldular, əllərin çizdilər, salı verdilər. Həp bazarganlar bir araya dəplədilər, dərvişə ayıtdılar:
- Dərviş! Sən Xızırmısan? Nə hallı kişisən kim, bu həramilərdən bi-zi qurtardın, - dedilər.
Ol dərviş aydır:
- Nə Xızır və nə İlyasam, bir fəqir miskin dərvişəm. Oğlancıqlarım vardır, şeyxim vardır. Çün bu fəqirlikdən halım mükəddər oldu, vardım şeyximə danışdım. «Mənim oğlancıqlarım bunaldılar, mən necə edəyim?», - dedim. Şeyx daha mənə qağıyaraq: «Var həramilərə qoşul!», - dedi. Mən daha gəldim, uş bu həramilərə irişdim. Qəziyyə nə oldusa, deyu verdi. «Mən daha Allaha sığındım, şeyxə təvəccöh etdim, dərhal şeyxin sirrindən bir nida eşitdim ki: «Qav ol məzlumu, çal ol məl’unu», - deyildi. Oldu ki, çaldım ol mə’lunun başını, önünə düşdü. Bu kişinin daha əlini çizdim, bu daha əlinə qılınc aldı, çağırdıq. Sizi Allah qurtardı», - dedi.
Vardılar bu bazərganlar axçadan, füloridən, qumaşdan buldular, bu dərvişə verdilər. Hər biri hal və halınca dərvişi qəni eylədilər. Yenə evinə göndərdilər və kənduləri daha dərvişə və şeyxinə dua edə-edə yolların getdilər.
İndi qardaş! Mürid şöylə, şeyx daha şöylə olur, müridini şöylə gözədər. Gör ol sadiq mürid şeyxin sözünü sıdımı? «Bu sənin dediklərin şər’ə müxalifdir, məni öldürərlər, oğlancıqlarım ənsəsiz qalar», - dedimi? Dərhal şeyxin nəfəsin yerinə gətirmək ardınca oldu. Həqqi-təala daha onun muradını hasil edirdi. Halaldan neçə mal verdi.
Şeyx olan kimsələrin önlərində əzəl-əbəd dairəsi bir el iyəsi gibidir. Pəs gözədərlər müridlərini. Çünki kəndiləri /nin/ dəsturu ilə işlədirlər bir işi. Ona şər’ə müxalif iş etdirməzlər. Zira bu şeyxlər mədədlərini, əllərini müridlərinin başından götrüməzlər ta əbədə dəgin. Bəlkə müridlər şeyxlərə ismarlanmışdır əzəldə. Bunlar daha əzəldən əbədə müridlərini gözədərlər.
Pəs mürid oldur kim, hər cünbişi şeyx dəsturu ilə edə. Şeyx dəsturunsuz bir addım atmaya və bir içim su udmaya və günəşdən qalxıb kölgəliyə varmaya, ta ki şeyxlər ona müridi-sadiq deyələr.

HEKAYƏT

Bir gün Sultan Şeyx Əbdülqadir Gilaninin müridi – sadiqlərindən birisi şeyxə aydır:
- Ya Şeyx! Mürid ilə, mühibb ilə şeyx arasında həqqi-hüquq nədir? Murid necə olur və şeyx necə olur? Bizə lütf edib bəyan edin! - der.
Sultan Şeyx Əbdülqadir Gilani daha – qəddəsallah sirrəhu – aydır:
- Dərviş! Var indi məndən padşaha salam ilət, ayıt kim: «Şeyx siz-lərə salam və dua etdi», - de, daha iraq bundan ziyadə kələci söyləmə. Şeyxi daha, müridi daha, mühibbi daha biləsən», - dedi.
Dərvişi padşaha göndərdi. Dərviş daha bir neçə rüzgar səfər etdi. Vardı ol məmləkətin padşahına yetişdi. Padşahla buluşdu, ayıtdı:
- Padşahım! Şeyx həzrətləri sizlərə salam-dua etdilər, - dedi.
Padşah daha tez təxtindən endi, iki əlin köksündə qoydu, iki büküldü, qapu qaldı, şeyxin salamını aldı. Bu dərvişə salam gətirdigi şükranəsi beş yüz fülori verdi və şeyxə min fülori hədiyyə bu dərvişlə göndərdi.
Dərviş daha min fülori şeyxin və beş yüz fülori kəndinin, götürdü yola girdi.
Məgər dərvişin yolu üzərində bir şəhərdə məşhurə xatun var idi. Çəngi idi. Adı «Dilarami-çəngi» derlər idi. Bəqayət cəmilə xatun idi. Qırx cariyəsi var idi. Biri-birindən cəmilələr idi. Xub avaz ilə çənglərin uydurub avazlarına urulduqları vaxtdan Zöhrəyi mat edərlər idi. Hər kim bunların avazın eşitsə, üzlərin görsə, dərhal bunların duzağına tutulub əqli bihuş olub kəndindən gedərdi. Hər nəyi kim varsa, bunların yolunda fəda edərdi.
Şeyxin və kəndinin fülorisini alıb şeyxə gəlirkən yol gəldi nagah bunların evləri önünə uğradı. Dilaram daha qırx çəngi cariyələr ilə oturub söhbət edirlərdi. Dərvişin qulağına bunların ünü toxundu. Dərviş bir ləhzə dinlədi bunların çənglərini və avazlarını, dərhal aşiq oldu. Dilədi kim, Dilaram ilə bir gecə söhbət eyləyə. İləri vardı, onların xadimlərindən birisini buldu, ayıtdı:
- Dilərəm kim, bu gecə sizinlə söhbət eləyim, Dilaramı bu gecə təfərrüc eyləyim.
Ayıtdılar:
- Onun bir gecə söhbəti beş yüz füloriyadır.
Dərviş ayıtdı:
- Xoş ola, uşdə mənim beş yüz fülorim vardır.
- Gətir, - dedilər.
Dərhal dərviş beş yüz füloricığını saydı, verdi. Aldılar. Ona: «Gecə gələrsən», - dedilər.
Məgər kim Dilaramın adəti bu idi kim, bir gecə söhbət üçün beş yüz fülori alırdı. Amma iki yüzünü yenə ol gecə xərc edərdi. Əvvəli bir söhbət adı verərdi. O gecə söhbətin görən beş yüz fülori varsa, daha verərdi, «Bir daha söhbət edəyim», - deyə.
Çün dərvişin beş yüz füloriyasını aldılar, iki yüz fülori dərhal xərc etdilər, dərviş üçün söhbət yarağın gördülər. Dərvişə: «Gecə gələrsən», - dedilər.
Çün gecə oldu, xoş yeməklər, ne’mətlər hazır oldu. Dilaram daha kəndüzünü dürlü-dürlü bəzəklər ilə bəzəmiş çıxa gəldi. Sanasan kim bir bədr ay bulud içindən çıxa. Dərvişin dizin basa oturdu. Dərviş dilədi kim, Dilaramın boynuna qolunu sala. Çün dərviş Dilarama qolun uzatdı, divar yarıldı, bir əl çıxdı, dərvişə bir şillə vurdu. Dərviş təpəsi üzərinə yıxıldı. Dərvişin ağzını köpük bağladı. Bir az tələbidi, yatdı, kəndindən getdi. Bir azdan dərviş yenə kəndinə gəldi. Dilaram qayət qorxuya düşdü, aydır:
- Dərviş, nə oldun?
Dərviş aydır:
- Sənə əlim sındığım saət divar yarıldı, şeyximin əli zahir oldu, mənə bir şillə vurdu. Bir az daha olsa, canım verərdim, - dedi. Ol füloricigim sənə halal olsun, mənə yol verim gedim, - dedi. Duru gəldi.
Yol göstərdilər, beş yüz fülorisini yenə əlinə verdilər. Ol xatun daha qayət qorxdu. «Bu cəmi cariyələrim həp azad olsun», - dedi. «Cəmi malım həp şeyxin olsun», - dedi. «Tövbə olsun bir daha bunun gibi şər’ə müxalif iş etməm», - dedi.
Dərviş getdi. Ol xatun daha nəyə malik idisə, həp satdı. Füloriya verdi, aldı şeyxə gətirdi. Şeyxin əlin tutdu, tövbə eylədi.
Dərviş daha ol padşah verdigi beş yüz fülori və şeyxə verilən min füloriyanı gətirdi şeyxin hüzurunda qoydu.
Şeyx ayıtdı:
- Dərviş, gördünmü mühibb necədir və necə olurmuş? Salamın almağa beş yüz fülori şükrana verdi və şeyxə daha salam göndərdigi üçün min fülori göndərdi. Və şeyx daha necə olurmuş, gördünmü? Müridinə şər’ə müxalif iş işlətmədi. Bir aylıq yoldan şilləsin irişdirdi. Mürid daha sənsən kim, şeyxin şilləsin yedin. Ol yaramaz işdən qorxdun, şənk gibi cəmilə xatundan keçdin. Və sənin qorxun və şeyxin gerçəkligi və mühibb padşahın sidqi yetişdi şənk gibi müfsid xatunu tövbəyə gətirdi, fisqindən usandırdı. İndi sən daha gerçək müridsən. Zinhar hər işini şeyxə danış və şeyx nə buyursa, elə et. Gör kim dünya, axirət səadəti sənə necə qarşı gəlir.

TƏHQİQİ – ŞEYX SƏFİ HƏZRƏTLƏRİ

Şöylə bilgil kim, bu şeyxlər hər iş kim işlərlər, həqq dəsturunsuz işləməzlər.
Ey əziz! Neçə nəsnələr vardır kim, talib onu xeyir sanır, amma şərdir. Və necə nəsnələr vardır kim, talib onu şər sanır, amma xeyirdir.
Pəs kişi hər işini bir işarət əhlinə məşvərət etmək xeyirlidir.
Bunu bildikdən sonra bunu daha bilgil kim, müridligin bir ədəbi daha şeyx sevdigini sevib və şeyx sevəmdigini sevməməkdir. Əgər ol şeyx diləmədigi kişi müridin atası, anası, oğlu, qızı daha olarsa. Çün şeyx rədd etdi, mürid daha rədd etmək gərəkdir.
Pəs şeyxin qəbulu muridin qəbulu gərək. Və şeyxin rəddi müridin daha rəddi gərəkdir.
İndi ey əziz! Bunca ayat və əxbar və dəlayil birlə təriqi-təriqət bildinsə, yə’ni iradəti-kamili bildinsə, yə’ni muridligin şərtlərini, ədəblərini bildinsə, cəhd elə şeyxi-aləm xidmətinə, hörmət və tə’zim dilə, mülazim ol. Ol şeyxin könlünü ələ gətirmək ardınca ol. Hərgiz qilü-qal eyləmə. Gərəkməz nəsnələri şeyxə sormağıl. Həzrət Musaya «Fəla təsəlni an şeyin» («Elə isə məndən heç bir şey haqqında soruşma», «Kəhf» surəsi, 70-ci ayə) dedigi ədəbi saxlağıl, ta ki ustadın və şeyxin xatiri sənə məlul olmaya. Nəsibsiz, məhrum, növmid qalmayasan.
Uşda müridligin qayət gərəklisi degildir. Haçan bu şərtlər ilə və bu ədəblər ilə bir şeyxə mürid olasan, kim ol şeyx daha gerçək şeyx olsa, şol yuxarı dedigim gibi, pəs onun gibi şeyx sənin həqqin zaye’ eyləməz, səni tərbiyət edər. Səndən nəsnə olmaz. Və əgər bu ədəblərdən və bu şərtlərdən fariq olub mücərrəd bir şeyxdən tövbə edib daha qolayına üz vursan, vəqtha yer-göy durduqca şeyxin söhbətinə gəlib, yenə varıb kəndi işində – gücündə olub ölürsən, müridi-kazibsən, kəndi muradına mürid olub yerirsən. Şeytan gibi əgər yer ilə göy arası dopdolu mürşidi-kamil olursa, səni bir adam yer /inə/ almayalar.
Pəs iradəti – kamil gərək, ta ki şeyxdən fayda tuta biləsən.

LÜĞƏT

Cəm’ – yığmaq, toplamaq; var-dövlət
Anca – o qədər
Sonrağı – sonrakı
Ayırtlaş – ayırlmış, ayrı
Gözətmək – fikir vermək
Üləşmək – bölmək, bölüşdürmək
Uğrağ – səyahət, gəzinti yeri
İlətdi – gətirdi, yaxınlaşdırdı
Məzbələ – zibillik, zibilxana
Sükük – sümük
Biqiyas – ölçüsüz, çox, həddindən artıq
Xəlayiq – xalq, camaat
Bizciləyin – bizim kimi, bizə bənzər
Hirs – tamah, acgözlük
Sunular – hədiyyələr
Çərb – buğda çörəyi
Yarınır – yolunu azır
Uslular – ağıllılar
Sufi – ipək və yundan düzəldilmiş parça
Kimxa – boz, dəyərsiz parça
Himar – uzunqulaq, eşşək
Binət – minik
Uçmaq – ölmək, dünyadan keçmək
Duzəx – cəhənnəm
Mütəlliq – bağlı, asılı, aid
Qina – sərvət, var-dövlət; zənginlik
Xirqə – bez və ya qumaş parçadan hazırlanmış üst geyim
Taət – itaət, boyun əymə
Məğbun – aldanmış
Məiyyət – böyük bir şəxsi müşaiyət edən adamlar
Şürb – araq və çaxır içmək
Sutadı – kəsildi, sustaldı, süst oldu
Hərir – ipək parça
Bəqa – daimi, əbədi
Qancaru – tərəf, səmt
Ətmək – çörək, ərzaq
Qığırmaq – səsləmək, də’vət etmək
Qatı – çox, ağır
Yalınçıqlıq – paltarsızlıq, lütlük
Çaxamaq – vurmaq, çırpmaq
Kəndi duru gəldi – ayıldı, özünə gəldi
İssiz – sahibsiz, yiyəsiz
Aldayıb – aldadıb, azdırıb
Ümniyə – arzu, istək, dilək
İyiməz – fayda, xeyir görməz
Yıltınalar – yaxınlaşar
Arta durur – artur, çoxalır
Yazı – çöl, düz, səhra
Əvan – pis adamlar
Everməli – evləndirməli
Cüstələmək – araşdırmaq, təhqiq etmək
Dəpləmək – hücum etmək
Yuvalanmaq – diyirlənmək, yuvarlanmaq
Salı vermək – boşlamaq, ötürmək
Sıdmaq – sındırmaq, qırmaq
İyə – sahib, yiyə
Ziyadə kələci cöyləmə – artıq söz demə, söyləmə
Tələbimək - çırpınmaq
Fəna – müvəqqəti
Timar – baxma; qulluq etmə, qayğısına qalma
Rənc – əzab, əziyyət
Us – ağıl
Mövla – sahib, yiyə, havadar
Ancılayan – onun kimi
Qülqülə – təşviş, narahatlıq; basabas, izdiham
Beytullah – Allahın evi
Riyazət – zahidlik, nəfsini öldürmək
İnayət – qayğı, kömək, hüsn-rəğbət
Təvaf – ziyarət vaxtı müqəddəs yerin ətrafına dolanmaq
Bir kərət – bir dəfə
Zəhi - çox, artıq; əhsən, afərin
Bixud – ixtiyarsız, özündə olmadan
Kəndi – özü
Təvəccöh – həsn-rəğbət, meyl; diqqət
Səkkiz uçmaq – cənnətin səkkiz bağı
Talib – tələb edən; təhsillə məşğul olan, tələbə
Höccət – dəlil, sübut
Qutlu – xoşbəxt
Məşayixi-kubra – böyük şeyxlər
Üqubət – cəza, əzab-əziyyət
Üzlət – güşənişinlik, təklik
İxtilat – yaxın əlaqə, qaynayıb-qarışma
İste’mal – işlətmə, istifadə
Rizq – azuqə, ruzi
Adab – qayda-qanun
Müshəf – Qur’an
Hicab – örtük, pərdə
Qülubi-övliya – övliyanın ürəyi, qəlbləri
Də’va – tələb, iddia
Məşrut – şərt edilmiş, şərtə görə tələb olunan
Gustax – arsız, sırtıq, utanmaz
Mütəhəyyir – heyrətə düşmüş, çaşmış
Dərbənd – dar keçid, boğaz; çığır, dağ yolu
Hərami – quldur
Dəprətmək – tərpətmək, yırğalamaq
İstimdad – imdad, yardım, kömək istəmək
Ənsə – baş
Cünbiş – hərəkət;zövq, əyləncə
Çəngi – oxuyan, oynayan, eyş-işrətlə məşğul olan
Təffərüc – qəm-qüssəni dağıtmaq; gəzinti,seyr
Şənk – gözəl, göyçək; oğru, quldur; mübaliğə etmək
Cəmilə – gözəl, yaraşıqlı
Müfsid – aravuran, fəsad törədən
Mülazim – lazımi, gərəkli; tərəfdar; bir şəxsi müşaiyət edən
Fariq – fərqləndirən, təvafüt qoyan, ayıran
Kəzzab – yalançı, yalan danışan