<<< geri

 

 

4-1. ŞEYX SƏFİYƏ MƏNSUB OLAN FARSÇA ŞE’RLƏR

 

Şeyx Səfiəddin Ərdəbiliyə mənsub olan farsça şe’rlər bir çox «Səfi» divanlarında vardır. Bir neçə farsça qəzəl «Silsilətün-nəsəbi-Səfəviyyə» kitabında və üç rübai «Danişməndani – Azərbaycan» əsərində ona mə-nsub edilmişdir. Əlbəttə, bu rübailərdən birisini təzkirələr Səfi Şira-ziyə və başqasını da Səfi Raziyə mənsub edirlər.
Biz burada verdiyimiz farsça şe’rləri əlmizdə olan mətbu qay-naqlardan verdik və hər şe’rin altında aldığımız qayanğı zikr etmişik.
Biz «Şeyx Səfinin türkçə şe’rləri» bəhsində dediyimiz kimi, təzkirələrdə əlli nəfərə yaxın Səfəviyyə dövründə «Səfi» təxəllüsü ilə türkçə və farsça şe’r yazanlardan ad aparılır.
Əgər türkçə şe’rlərin Şeyx Səfiyə mənsub olmasına şəkk etməsək ki, etmirik, farsça şe’rlərin mütləq ondan olmasını isbat etmənin xas tədqiqata ehtiyacı vardır. Bununla belə, biz burada ələ gətirə bildiyimiz farsça şe’rləri də «Qara məcmuə» yə saldıq.

4-2. ŞEYX SƏFİYƏ MƏNSUB OLAN FARSÇA ŞE’RLƏR

Yüz xətanı bağışlayan kərəm sahibi
Ürəyini sıxma, Səfi, bizim günahımızı bağışlayar.
Kimin ürəyində zərrə qədər Əli məhəbbəti varsa,
Nə qədər günah etsə də, Allah onu bağışlayar.

Vay bu sönük zikrə, nə vaxta qədər bu uzun fikirdən
Yanıqlı ahlar çəkəcək və saralmış üzlə /gəzəcəksən/?!

Daim mey iç ki, meyin tayı-bərabəri yoxdur
Və dünyada heç bir şərbətin ona bənzəri yoxdur.
Səlsəbil suyu yalnız və’d olunduğu üçün
İndi nağd olan şərab Səlsəbildən əskik deyil.
Haqq onun tamını vəsf edərkən «Səlsəbil» dedisə də,
Şərabda elə sirlər var ki, heç zəncəfildə yoxdur.
Aqilsənsə, ağılla, kəmalla, xoş danışıqla (şərab iç),
Yox, qafilsənsə, içmə, çünki bu, yol üstündəki su deyil.
Əgər mey içəni (cəhənnəm) odu ilə qorxudurlarsa,
Bil ki, bu, Xəlilin odunun nişanəsindən başqa bir şey deyil.
Meyi tə’rifləyən «onda insanlara xeyir var» ayəsi mövcuddur,
Yaxşı oxu, çünki (doğrudan da) onun xeyri az deyil.
Cahanda Səfinin eybi yalnız mey içməkdir
Şükr olsun Allaha ki, alçaq və paxıl deyil
(«Silsilətün – nəsəb»)

Sənin üzün Qur’an təki səhvsiz və xətasızdır
Və təqdir qələmi onu yalnız müşk ilə yazıb.
Gözün və ağzın – vəqf işarəsi, qaşın – mədd (işarəsidir)
Kipriklərin – hərəkələr, xal və xəttin – nöqtəli hərflərdir1.

Heç vaxt heç kimin qəlbini incitmə, Səfi,
Əgər bacarsan, bir ürəyi ələ al, Səfi!
Öz işinin cilovunu əldə saxla, Səfi,
Amandır Səfi, min dəfə amandır, Səfi2!

O kəslər ki, surətdən bütün mə’nanı oxuyarlar,
Dünya dəftərinin əbsədindən axirət yazısını oxuyarlar.
Elm yolu ilə bəndənin üzünə yaxşı nəzər saldıqda,
Onun bütün vücudundan yalnız Aganı oxuyarlar.
Məhbubun üzünün əksi işıq salarsa,
Onun üzünün parıltısını təcəlla nuru adlandırarlar.
Səfi öz kitabxanasından Allahın sirrini oxudu,
Buna görə də sufilər onu aşkar oxuyurlar.

Ey Səfi, sufinin saflığı saf şərabdan olur,
Zahiri zahidlikdən və boş sözlərdən olmur.
Müxaliflərə saf və xalis vəhdət şərabını dadızdırma,
Çünki onlar dava edirlər, dava isə bildiyin kimi, yolverilməzdir.
Sən özündən «çıxmayınca» Allaha layiq ola bilərsənmi?!
Qılınc qınında olduğca kəsə bilməz!
Həccə gedən kəs kimi Kə’bəni təvaf edib nə diləyirsən?!
Axı «qorxma!» məqamında dilək və qorxu qeyb olur!
Səfaya çatdınsa, ey Səfi, Mərvəyə getmə,
Çünki hər şey ürək Kə’bəsinin ətrafına təvaf edər!


Ürəyim sənin üzünün surətini nəqş edəndən bəri
Qiyamət günündəki rəssam kimi od içində oturdu.
Bu sevdalı ürəyin dənəsi Siyavuş kimi
Özünü oda vurdu, lakin oddan qurtuldu.
Xəlilullah kimi o dodağı, üzü və xətti xatırlayıb,
Odda su, gül və reyhan içərisində oturdu.
Əgər Azər sənin çöhrənin Xəlilini yuxuda görsəydi,
İbrahim kimi bütlərin üzünün naxışını sındırardı.
Və əgər Kə’bədə sənin üzün kimi bir qiblə olsaydı, şübhəsiz,
Cahiliyyət dövründə heç kəs bütpərəst olmazdı.
Kim sənin şirin dodağının camından bir qətrə daddısa,
Sənin gözün kimi görüş şərabından daim məst oldu.
Saf şərab, sənin dodaqların və Səfinin camı arasında,
Ələst günündən üzü bəri ruhi əlaqə vardır.