<<< geri

 

 

3-1. ŞEYX SƏFİYƏ MƏNSUB GİLƏKCƏ ŞE’RLƏR

 

 

Ön sözdə qeyd etdiyimiz kimi Şeyx Səfiəddin İshaq Şeyx Zahid Gilaninin qızı Bibi Fatimə ilə evlənmiş və iyirmi ildən ziyadə, Şeyx Zahidin ölümünə qədər giləklər arasında yaşamışdır. Odur ki, Şeyx Səfi gilək dilini də yaxşı öyrənə bilmişdir.
«Silsilətün-nəsəbi-Səfəviyyə» kitabında Şeyx Zahid Gilaninin nəvəsi Şeyx Hüseyn bir neçə qoşabeyt və bə’zi farsça şe’rləri Şeyx Səfiyə mənsub edir. Əlbəttə, bu şe’rlərin Şeyx Səfidən olmasında şəkk də vardır .
Biz bu şe’rlərin Şeyx Səfiyə mənsub olmasında şəkk etmirik. O, hər bir türk alimi və düşüncə sahibi kimi ətrafında olan bir çox dilləri və yarıdilləri öyrənmişdir. Giləkçə, talışca, tatca yarıdilləri, farsça və ərəbcə dilləri yaxşı bilirdi və bu dillərdə və yarıdillərdə bə’zən danışması və ya bə’zi şe’r və qısa sözlər yazması də şəkkə şayan bir hadisə deyildir. Mərhum Əli Əkbər Dehxuda farsça qaynaqlara əsaslanaraq yazır: «U əbyati həm be zəbane gilaniyi farsi sorude əst » (Tərcüməsi: O gilək dilində də bir sıra beytlər yazmışdır).
İlk öncə ona mənsub türkçə olmayan beytlərə «Silsilətün-nəsəbi-Səfəviyyə» kitabının müəllifi farsça şərhlər də yazmışdır. Şe’rləri həmin farsça şərhlərə bərabər nəşr edirik. Şe’rlər fars dillərinin folklorik şe’r qəlibləri olan «Fəhəviyyat» adlandırdıqları on bir sillablı (hecalı – İ.Q.) misralarda yazılmışdır. Bu qəliblərdə Baba Tahir Üryan, Faiz Dəştistani, Şater Abbas Səbuhinin yazdıqları qoşa beytlər ən tanınmış şe’rlər sayılır.


3-2. GİLƏKÇƏ QOŞA BEYTLƏR VƏ ŞƏRHLƏRİ

İddiasızlıq və təvazökarlıq barədə buyurur:

Şərh – Yə’ni saf ürəkli Səfiyəm və taliblərə Haqqın sirr xəzinələrinin yolunu göstərirəm. Bununla belə dərdli və biçarəyəm, çünki heç kəs iddia və təkəbbürlə vəhdət aləminə yetişməyib. Ona görə də mən acizlik və təvazökarlığımdan dərvişlərin ayağının tozuyam.


Şərh – Hədsiz məhəbbət və fədakarlığın ucbatından dərdlilərin könlünü almaq barədə buyurur ki, qoy bütün dərdlilərin dərdi mənim kədərli canıma gəlsin, mən onların ayaqlarının tozu olum, həyatım və ölümüm dərdlilər arasında olsun, çünki onlar vəhdət aləminin həqiqətlərini dərk etmək yolunda mənim yoldaşlarımdır.

Ürək genişliyi barədə buyurur:

Şərh – Deməyin ki, mən bir an belə vəhdət aləmindən uzağam. Belə ki, mən qudrətimi, gücümü və arxayınlığımı vəhdət aləminin seçilmişlərindən alıram. Mən çiynimi ərş və kürsünün altına qoymuşam, yə’ni onları saxlayanlara kömək üçün çiynimi vermişəm. Bu şərəfə nail olmağımın səbəbi isə odur ki, mən Sultan Şeyx Zahidin çövganının quyuyam, yəni kamil ustaddan tərbiyə almışam, ona müti və itaətkaram.

Şərh – Mən vəhdət aləminin şahbazıyam, çünki taliblərin vücudunda alcaq sifətlərin ilanlarını məhv edib öldürmüşəm. Mən vəfalıyam, çünki vəfasızların adətlərini tərk etmişəm. Mən ilahi qüdrətin möhkəm ipiyəm ki, kamil ustada müti və itayətkar olumşam. Yə’ni mənə hakim kəsilən böyüklük sifəti yandırıcı atəş xüsusiyyətlərinə malik olsa da, mən həlimlik və dözümlülük suyu ilə onu söndürüb heç kəsi incitməmişəm.

Şərh – Yə’ni o Allahdır, şə’ni uca olan Allah ki, bənzərsiz və vahiddir, zatında və sifətlərində yeganədir. Və bu da maddi aləmdən ibarət olan dünyadır ki, büsbütün səhra və çöllukdur. Mənim qəlbimin istəyi bu idi ki, həqiqi məhbub olan şə’ni uca Haqqın məhəbbəti mənə məxsus olsun. Halbuki hər şəhər və hər vilayət Haqqın aşiq və müştaqlarının hay-küyü və səs-sədası ilə doludur.

Şeyx Zahidə – qəbri nurla dolsun! – xitabən buyurur:


Şərh – Yə’ni elə ki kamil ustad olan sənin dərgahına üz tutdum və pənah gətirdim, bütün ehtiyaclarım ödəndi və sənin diqqətin sayəsində ürəyim həzrəti – Mustafanın adı ilə dirçəldi. Sabah qiyamət günü məndən əməllərimi sorğu-sual edəndə, iki əlimlə həzrət Əliyi – Mürtəzanın və onun şərəfli nəslinin ətəyindən tutacağam.

Şərh – Həmd olsun Allaha ki, mənim şeyximin kəramət və səxavəti bütün taliblərə şamildir. Mənim vücudum məhəbbət atəşi ilə doludur, eşq və sevgi şö’ləsi ondan heç əskik olmur. Mən bütün Şamı və Şirazı açıq və gizli şəkildə kamil ustad sorağı ilə dolaşdım və aləmin bütün guşənişinlərinin yanında oldum. Mənim şeyxim cihad meydanındakı bütün ərənlərin başçısı və sərdarı imiş və mənim xəbərim yox imiş.

Yenə ustada xitabən buyurur:

Şərh – Yə’ni mənə həyat ver və ürəyimi mə’rifət nuru ilə dirilt ki, yoxluq və ölüm onun ətrafına dolanmasın. Mənə qulaq ver ki, hatiflərdən və ilhamlardan qeyb aləminin nidasını eşidim. Mənə dil bəxş elə ki, daim məhəbbətdən danışım və beləliklə, bütün deməli və eşitməli mətləblərdən agah olum.

Yenə də öz ustadının tə’rifində buyurur:

Şərh – Yə’ni sənin uca hümmətli ürəyin elə bir uca dağdır ki, zirvəsi görünmür. Sənin ülvi eşqin elə bir dirilik çeşməsidir ki, onun yolunu bağlamaq mümkünsüzdür. Sənin həlimlik və səbrin həmişə abad olan şəriət bağına bənzəyir. Sənin müqəddəs ruhun elə bir şahbazdır ki, onun uçuşunun həddi yoxdur və əgər təsadüfən qanad açarsa, iki dünyanı bir göz qırpımında seyr edər.

Şərh – Yə’ni ürək əhlinin sözləri, onların öyüd və nəsihətləri qulağımda sırğa (hərfən: durr) kimidir, həmişə onlara əməl edirəm, çünki bəndələrin əməllərini yazan iki katib həmişə çiynimdə oturub xeyir və ya şər, nə olursa, qeydə alırlar. Mən ərənlər təki ürəyimdə and içimşəm ki, haqqdan savayı heç nəyə diqqət yetirməyəcəyəm.

Şərh – Yə’ni mən vəhdət aləmində bəslənmişəm və vəhdət aləminin vəsfi daim dilimin əzbəridir. Odur ki, sə’yimin atını daim vəhdət aləmində çapıram və ürəyim vəhdət aləminin şövqü ilə doludur. Nə qədər ki, sağam, eşqdən nalə çəkəcəyəm.


3-3. KƏSRƏVİNİN İDDİASI

Qeyd etmək lazımdır ki, Əhməd Kəsrəvi və onun əlusaqları Şeyx Səfiəddin Ərdəbiliyə mənsub qoşabeytlərin giləkcə olduğunu anlamamışlar, onları məchul «Azəri ya zəbane-bastane-Azərbaycan» dilinə mənsub etmişlər və Azərbaycanda asimilizə siyasi hərəkətlərin öncüsü olmuşlar. Bu siyasi oyunun başçıları Tehranın rotari klubları və fəramasoneri lojların üzvləri və «pakdin»lər idilər və Kəsrəvinin peyğəmbərliyini qəbul edirdilər