<<< geri

 

 

ŞEYX SƏFİƏDDİN ƏRDƏBİLİ

 

Yetişdirdiyi tarixi şəxsiyyətlər və zəkalı qələm, söz, sənət adamları ilə dünya şəhərləri ilə rəqabətdə adı birincilər sırasında çəkilən Ərdəbil şəhəri və bu torpağın əzəli, əbədi sakinləri olan Azərbaycan türklərinin bəşər mədəniyyəti, ictimai fikir tarixinə bəxş etdiyi bənzərsiz, parlaq və təkrarolunmaz şəxsiyyətlərdən biri də Şeyx Səfiəddin Ərdəbilidir. O, Şeyx Səfiəddin ki, adı yaxın və uzaq məmləkətlərdə səkkiz əsrə yaxındır ki, kəramət sahibi olan şeyxlər və övliyalar içərisində hörmətlə yad edilir, yaratdığı Səfəviyyə təriqəti və bu təriqətin əsasları üzərində boy ataraq pərvazlanan, dünyanın ən möhtəşəm dövlətlərindən biri olan Azərbaycan Səfəvi dövləti bu gün də dünya tədqiqatçı və tarixçilərinin diqqətindən bir an da olsun yayınmır.
Mənbələrin verdikləri, biri digərini inkar etməyən səhih bilgilərə görə Şeyx Səfiəddin hicri-qəməri tarixinin 650-ci ilində /miladi tarixi ilə 1252-ci il/ Ərdəbil şəhəri yaxınlığında yerləşən Kələxoran kəndində anadan olmuşdur. Nəsil şəcərəsi yeddinci imam Musa əl-Kazimə /m.754-800/ qədər gedib çatan bu müqəddəs Şeyxin beşinci ulu babası Firuzşah Qızılbaş o nəsildən, sülalədən Ərdəbilə gələn və burada məskunlaşan əvvəlinci şəxs hesab olunur. Mənbələr Firuzşahın oğlunun Əvəz, Əvəzin oğlunun Məhəmməd, Məhəmmədin oğlunun Səlahəddin, Səlahədinin oğlunun Əminəddin, Əminəddinin oğlunun isə Səfiəddin olduğunu qeyd edirlər.
Müqəddəs və mömin bir ailədə dünyaya göz açan Şeyx Səfiəddinin atası Şeyx Əminəddin Cəbrayıl zəmanəsinin pərhizkar, nüfuzlu sufi şeyxlərindən və alimlərindən olan Xacə Kəmaləddin Ərəbşah Ərdə-bilinin müridlərindən, anası Dövləti xatun isə Ərdəbil yaxınlığında yerləşən Barı kəndində yaşayan tanınmış alim və mütəfəkkir Cə-maləddin Baruqinin qızı idi. Şeyx Əminəddin Cəbrayılın Dövləti xatun-dan yeddi övladı olmuşdur ki, Səfiəddin bunların beşincisidir. Mənbələrin bə’ziləri uşaqların yeddisinin də oğlan, bə’ziləri isə altısının oğlan, birinin qız olduğunu qeyd edirdilər. Mənbələrdə oğlan uşaqlarının adları aşağıdakı sıra ilə verilir: Məhəmməd, Rəşidəddin, İsmayıl, Səfiəddin, Yə’qub, Fəxrəddin.
Vüqarlı, mətin və təvəzökar ailə mühitində böyümüş, mükəmməl tərbiyə almış Səfiəddin altı yaşında ikən atası Şeyx Əminəddin Cəbrayıl vəfat etmiş, onun və digər qardaşlarının tərbiyəsi, əsasən, Dövləti xatunun öhdəsinə düşmüşdür.
Dövləti xatun bir şeyx, alim qızı olaraq hərtərəfli təhsi almış türk xanımı idi və doğma Azərbaycan türkçəsindən əlavə, fars və ərəb dillərini də bilir, şe’rlər də yazırdı. Səfiəddin doğma türkcəmizi, fars və ərəb dillərinin qayda-qanunlarını çox gənc ikən anasının yanında və bəlkə də ondan öyrənmiş, yeniyetmə yaşlarında Qur’anı əzbərləmiş, ilahiyyat elmlərinin sirlərinə vaqif olmağa çalışmışdır. Qur’anın təfsirini anasından və yerli üləmalardan öyrənən gənc Səfiəddin günlərinin əksər hissəsini tanınmış sufi şeyx və alimlərindən olan Şeyx Cüneyd Bağdadinin şagird və müridləri olmuş iki müqəddəs şəxsiyyətin – Şeyx Fərəh Ərdəbili və Şeyx Əbu Səid Ərdəbilinin məzarları üstündə keçirər, ibadətlə məşğul olardı.
Ərdəbil mühitində öyrəndikləri, öyrənib yaddaşına yazdıqları artıq gənc Səfiəddini tə’”min etmədiyindən daha çox öyrənməyə marağı və fitri iste”’dadı olan Səfiəddin anasının razılığı və tövsiyəsi ilə həm həmin illərdə Şirazda yaşayan və təhsil alan qardaşı Rəşidəddini gör-mək, həm də görkəmli sufi şeyxi Şeyx Nəcibəddin Büzquş Şirazini zi-yarət etmək, ondan dərs almaq arzusu ilə Şiraza yollanır. Mə’lu-mat-la-ra görə bu zaman Səfiəddin təxminən 26-27 yaşlarında yetkin bir şəxs idi.
Şeyx Səfiəddin Şiraza yetişdiyi zamanlarda Şeyx Nəcibəddin Büzquş vəfat etmişdi və böyük sufi alimi ilə gələcək sufi şeyxinin görüşü, əfsus ki, baş tutmamışdır.
Şirazda olarkən Şeyx Səfi çox vaxt Madər Süleyman məscidində Şeyx Abdullah Xəfifin məzarı üstündə tikilən hücrədə, ya da Əbu Zürə Ərdəbilinin məqbərəsində yaşayır, zənaməsinin tanınmış alim və şairlərindən Rüknəddin Beyzavi, Rəziəddin Malaği, Əmir Abdullah, Şeyx Sə’di Şirazi ilə həmsöhbət olardı.
Şeyx Səfi həyatının Şiraz dövrü, Şirazda oturub-durduğu, həmsöhbət olduğu adamlar və Şirazın görkəmli elm, söz, sənət adamlarının ona heyranlığı, onu zəmanəsinin görkəmli mütəfəkkiri kimi qəbul etmələri barədə bir sıra maraqlı və ibrətamiz əhvalatlar nəql olunur ki, onlardan biri «Büstan» və «Gülüstan» adlı dünya şöhrətli əsərlərin müəllifi Müsləhəddin Şeyx Sə’di Şirazi ilə bağlıdır.
Sə’di ilə əlaqəsi olan əhvalatda Şeyx Səfiəddin dünyanın şeyxi, övliyaların günəşi, dinin rəhbəri, pak, müqəddəs adamların başçısı kimi təsvir olunur. Bildirilir ki, Ərdəbil onun adı ilə məşhur oldu və onun şən camalından Ərdəbil nurla doldu. Şiraza qədəm qoyandan sonra böyük Şeyx Sə’”di onunla həmsöhbət oldu.
«Ənisül-arifin» əsərindən alınmış və Şeyx Səfiyə həsr olunmuş bir şe’”rdən anlaşılır ki, Şeyx Sə”’di Şeyx Səfini «camalından cism, can işıqlanan» bir şəxs hesab edir və ondan soruşur ki, «İrfan çölünə düşməkdən istəyin nədir?»
Mə”’na göyündə uçan o qızıl tərlan /yə’ni Şeyx Səfiəddin/ sirrini Şeyx Sə”’diyə faş edəndən sonra /bu sirr, heç şübhəsiz ki, Şeyx Səfiəddinin daha çox öyrənmək və dünyanı daha yaxşı dərk etmək arzuları ilə bağlı ola bilərdi/ Şeyx Sə’”di ona heyran qalır və bildirir:Dedi: Sahibsən mə’”na xəzinəsinə,
Fikir aləmində çıxmısan zirvəsinə.
Dediyin yüksək o mə’”na yuvasına,
Acizdir Sə’”di quşu, çatmaz heç ona.
Ürəyim dərdlə doldu dediklərindən,
Acizəm onu dərin dərk etməyindən.
Lakin istərsən, mən öz şe”’r divanımdan,
Bir neçə inci verrəm öz varımdan.
Dedi: Candır təkçə bizim canımız,
Qeyrinə ondan yoxdur ehtiyacımız.
Haqq divanilə doludur bu ürəyim,
Başqa divanə mənim yoxdur diləyim.
Onun dərdilə vilayətə çatmışıq,
Həm bu canı, həm də dünyanı atmışıq.Bir müddət Şirazda yaşayan və burada ona anlamaq istədiklərini öyrətmək qüdrətində olan alimlərin olmadığını hiss edən Şeyx Səfi Əmir Abdullah və Şeyx Nəcibəddin Büzquşun oğlu Zəhirdəddin Büz-quşun məsləhəti ilə Gilana, Şeyx Zahid Gilaninin yanına yollanır. Onlar Şeyx Səfiyə bildirirlər ki, «səni ancaq Şeyx Zahid Gilani razı sala bi-lər».
Şeyx Cüneyd Bağdadidən sonra silsilə e’tibarı ilə doqquzunçu təriqət rəhbəri olan Şeyx Zahid Şeyx Cəmaləddin Təbrizinin, o da Şeyx Mahmud Əhərinin müridi olmuşdur.
Şeyx Səfiəddin Şeyx Zahid Gilani ilə görüşəndə Şeyx Zahid artıq altmış yaşında idi. Şeyx Səfi Şeyx Zahidlə görüşəndən sonra onun yanında qalmağa qərar verir və onun müridi olur. O, Şeyx Zahidin ölümünə qədər, təxminən iyirmi iki il onun yanında qalır və Şeyx Zahidin qızı Bibi Fatimə ilə ailə qurur. Şeyx Səfi Gilanda yaşadığı illərdə Şeyx Zahiddən elm və təriqət üsullarını öyrənməklə yanaşı, talış və gilək dillərini də öyrənir və gilək dilində şe’rlər də yazır.
Şeyx Zahid öləndən sonra (təxminən 1300-ci il) Şeyx Səfi doğma şəhəri Ərdəbilə qayıdır, Şeyx Zahidin canişini olaraq daimilik orada yaşamağa başlayır. Şeyx Səfinin Ərdəbildə yaşaması ilə bağlı olaraq Ərdəbil təriqət mərkəzinə çevrilir. Burada çoxlu mədrəsə və zaviyələr fəaliyyət göstərir, minlərlə alim və arif adamlar yetişir.
Təxminən iki yüz ilə qədər, daha doğrusu Şeyx Səfiəddinin nəvəsi Şah İsmayıl Xətai Təbriz şəhərində özünü şah e’lan edənə (1501-ci il) qədər Cənubi Azərbaycanda əsas təriqət mərkəzi, elm və irfan mə’bədi kimi baş şəhər rolunu oynayan Ərdəbildə 1300-cü ildən e’tibarən bir çox binalar inşa edilir, məmləkətin bütün yaxın, uzaq guşələrindən buraya elm, mə’rifət, təriqət öyrənmək istəyənlərin axını davam edir. Məhz bunun nəticəsi olaraq 200 ildən sonra Şeyx Səfiəddinin əsasını qoyduğu Səfəviyyə təriqətinin tərəfdarları və Səfəvi övladları hakimiyyətə yiyələnir və bir ucu Dəmir Qapı Dərbənd, bir ucu Bağdada gedib çatan böyük bir ərazini, imperiyanı 1736-cı ilə-Nadir şah Əfşarın özünü İran şahı e’lan etməsinə qədər şəriksiz olaraq idarə edirlər.
Bir təriqət rəhbəri olaraq Ərdəbildə yaşadığı 35 il ərzində Şeyx Səfiəddinin nüfuzu o qədər artır ki, dövrün hökmdarları onunla hesablaşmalı olur və məhz bu böyük ehtiram və nüfuz sayəsində Ərdəbil və onun ətrafı əmin-amanlıq mülkünə çevrilir, hətta Monqolların Xacə Rəşidəddin kimi çox şöhrətli bir vəziri ona mürid olmağı özünə şərəf bilir.
Şeyx Səfiəddin həyatının Ərdəbil dövrü barədə orta əsr tarixçisi Həmdulla Müstovfinin əsərində maraqlı məqamlar var. Həmdulla Müstovfi yazır: «Şeyx Səfiəddinin böyük hörməti və şöhrəti var idi. O, yüksək vəzifəli şəxslərlə oturub durardı. Monqollar ona hörmət etdiklərinə görə o, xalqa əzab-əziyyət verməyin qabağını çox alardı. Onun müridi olan vəzir Xacə Rəşidəddin ona bir məktub yazmışdır ki, o məktubdan bir parça aşağıda verilir.Şövqü uçdurur, uça bilərəmmi?
Fəraq sındırmış bu qanadlarımı.
Hücum etdikdə şövq ordusu mənə,
Ancaq göz yaşı gəlir köməyimə.
Allah, seçilmişinə məni çatdır,
Bunu etməyə ancaq sənsən qadir.
Onun işıqlı cəmalını artır,
Məndə məhəbbət, eşq odu yandır!
Cansız, qurumuş ağacına könlün,
Yenidən can ver vüsalilə onun.Şeyx Səfiəddinin tərcümeyi-halı, sülaləsi, rəftarı, mürşidlik icazəsi alması və təlqin dərəcəsinə çatması, şəcərəsi, söhbətləri, qeybi-kəlamları və nəsihətləri, bə’zi Qur’an ayələri və hədislər barədə izah və şərhləri, şe’rləri, mürşidlərinin adları və canişinləri və s. haqqında ən səhih və doğru mə’lumatlar, heç şübhəsiz ki, İbn Bəzzaz Ərdəbili ləqəbi ilə tanınan Təvəkküli ibn İsmayıl ibn Hacı Məhəmmədin yazdığı «Mükşifül-qülub və səfvətüs-səfa» («Qəlbləri açan və daha təmizləyən») adlı əsərində toplanmışdır. Bu əsər Şeyx Səfiəddinin ölümündən 22 il sonra, 1357-ci ildə Şeyx Səfinin oğlu Şeyx Sədrəddin Ərdəbilinin tapşırığı ilə qələmə alınmışdır.
Mənbələrdə «bütün dünya mürşidi, həqiqi aləmə yol tapmış övliyaların varisi, xalq, din və haqq yolu yolçularının başçısı» adlandırılan Şeyx Sədrəddin Ərdəbili 1304-cü il fevral ayının 27-də anadan olmuşdur. Atası vəfat edəndə 31 yaşında olan bu şəxs onun ölümündən sonra 59 il mürşidlik etmiş, Ərdəbildəki müqəddəs Şeyx Səfi məqbərəsi də məhz onun göstərişi və başçılığı altında on ilə inşa edilmiş, hətta məqbərənin proyektini də o, özü vermişdir.
Şeyx Səfiəddinin böyük oğlu olan Şeyx Sədrəddin Musa da atası kimi alim, murşid və şair idi və onun da nəvəsi Şah İsmayıl Xətai kimi türkçə divanının olması barədə mənbələrdə mə’lumat verilir.
Şeyx Sədrəddinin oğlu Xacə Əli Siyahpuş adı ilə məşhur olan Şeyx Sultanəli də təriqət rəhbəri olmuş, atası Şeyx Sədrəddin vəfat edəndən sonra onun yerinə keçmiş və 38 il rəhbərlik etmişdir. 1426-cı il mart ayının 15-də Məkkə şəhərində vəfat edən Siyahpuş orada dəfn edilmiş və məqbərəsi bu şəhərdə «Seyidəli Əcəm» adı ilə məşhurdur. O da atası və babası kimi alim, təriqət başçısı olmaqla yanaşı, həm də şair olmuş, əvvəldən axıradək təsəvvüf və ir-fani şe’rlərlə dolu olan divanı çox məşhur olaraq dildən-dilə gəz-miş-dir.
Tarixin sonrakı mərhələlərində bu müqəddəs ocaqdan-Səfəvi nəs-lindən Şeyx Cüneyd, Şeyx Heydər, Şah İsmayıl, Şah Təhmasib, Sam Mirzə, Əlqas Mirzə, Şah Abbas və s. bu kimi çoxlu sayda elm, sənət xadimləri, məşhur sərkərdə, dövlət xadimləri və başçıları yetişmişlər ki, mübaliğəsiz olaraq Azərbacyan tarixini bu nəsilsiz təsəvvür etmək qətiyyət mümkün deyil.
1335-ci ildə, təxminən 83 yaşında Ərdəbil şəhərində vəfat edən, orada dəfn edilən, sonralar məzarı üzərində müqəddəs Şeyx Səfi məqbərəsi inşa edilən (o məqbərə ki, orada 1524-cü ildə Ərdəbil şəhəri yaxınlığında yerləşən Sayın gədiyində dünyasını dəyişən, milli varlığımızın ən böyük rəmzlərindən biri hesab edilən Şah İsmayıl Xətai babasının yatdığı torpağa tapşırılıb) Şeyx Səfiəddin Ərdəbili təriqət başçısı olmaqla yanaşı, şöhrətli alim və şair olmuşdur. Təəssüflər olsun ki, bir çox ensiklopedik təfəkkürlü söz və qələm sahiblərimiz kimi Şeyx Səfinin də elmi-bədii yaradıcılığı qədərincə öyrənilməmiş, mə’nalar xəzinəsi olan əsərləri çap, tərcümə və şərh olunaraq oxuculara çatdırılmamışdır.
E’tiraf edilməlidir ki, son onillikdə istər Cənubi, istərsə də Şimali Azərbaycanda milli kökə qayıdış daha çox keçmiş milli adət-ən’ənələrin bərpası və ana dilli, zaman-zaman arxiv və şəxsi kitabxana künclərində saxlanılan ədəbi-elmi abidələrimizin kəşfi ilə müşaiyət olunur ki, bu sahədə ən səmərəli fəaliyyət göstərən ziyalarımızdan biri Tehran Universitetləri türk dili və ədəbiyyatı ustadı doktor Hüseyn Düzgündür. Bu ciddi, zəhmətkeş və təvazökar alimin gərgin əməyi və sə’yi nəticəsində çap olunan bütün başqa əsərlər kimi, Şeyx Səfiəddin Ərdəbilinin «Qara məcmuə» adı ilə oxucuların müha-ki-mə-sinə verilən kitabı da, heç şübhəsiz ki, Azərbaycan ədəbi ictimaiyyətinə gözəl hədiyyə və bir ərmağandır. Biz Şeyx Səfinin yaradıcılıq aləmi, istək və duyğuları barədə mülahizələrimizi daha geniş və əhatəli tədqiqatda əks etdirmək ümidində olduğumuzdan, doktor Hüseyn Düzgünün Şeyx Səfiəddin Ərdəbilinin adı ilə çap etdirdiyi əsərləri bə’zi izah və şərhlər yazmaq, lüğətlər vermək şərti ilə olduğu kimi oxuculara çatdırmağa çalışdıq.
Qur’an ayələrinin tərcməsini Z.Bünyadov və V.Məmmədəliyevin tərcüməsi əsasında (Qu’ran, Azərnəşr, Bakı-1991) verdik. Ayələrin tapılması və ərəbcə mətnlərin tərcüməsində bizə yardımçı olmuş şərqşünas alimlər İ.Həmidova, M.Qəmbərliyə və A.Məmmədova min-nət-darlığımızı bildirir, ümid edirik ki, qədirbilən oxucular kitabın nəşrində yol verilə biləcək qüsurları bizə çatdıracaq və gələcək, mükəmməl nəşrin araya, ərsəyə gəlməsinə yardımçı olacaqlar.
İSLAM QƏRİBLİ.