AZƏRBAYCAN DEMOKRATIK RESPUBLIKASININ DÖVLƏTÇILIK FƏALIYYƏTI

     
 

§ 2. Azərbaycan Demokratik Respublikasının hökuməti

    1918-ci ilin may ayının 28-də Milli Şura İstiqlal Bəyannaməsini qəbul etdikdən sonra müstəqil hökumətin yaradılmasını bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. Fətəli xan Xoyskinin təklifi ilə Azərbaycan Demokratik Respublikasının ilk müvəqqəti hökuməti aşağıdakı tərkibdə təsdiq edildi.


    1. Nazirlər Şurasının sədri və Daxili işlər naziri - Fətəli xan Xoyski (bitərəf).
    2. Hərbi nazir - Xosrov bəy Sultanov (Musavat).
    3. Xarici işlər naziri - Məmməd Həsən Hacınski (Musavat)
    4. Maliyyə və Xalq maarifi naziri - Nəsib bəy Yusifbəyli (Musavat)
    5. Ədliyə naziri - Xəlil bəy Xasməmmədov (Musavat)
    6.Ticarət və Sənaye naziri - Məmməd Yusif Cəfərov(bitərəf)
    7. Əkinçilik və Əmlak naziri - Əkbər ağa Şeyxulislamov (Hümmət)
    8. Yollar, poçt və teleqraf naziri - Xudadat bəy Məlikaslanov (bitərəf)
    9. Dövlət müfəttişi - Cəmo bəy Hacınski (sosialist)


    İlk hökumətin tərkibinə daxil olan doqquz nəfərdən dördü Musavat partiyasının, biri Hümmətin üzvü, üçü bitərəf, biri isə sosialist idi.
    Beləliklə, XIX əsrin əvvəllərində Şimali Azərbaycanda xırda feodal dövlətlər, xanlıqlar əvəzinə Azərbaycan xalqı özünün vahid müstəqil hökumətini yaratdı. İlk dəfə Şimali Azərbaycanda vahid, mərkəzləşmiş və müstəqil milli dövlət bayrağı dalğalandı və Azərbaycan xalqı bir bayraq altında birləşdi. Azərbaycan Demokratik Respublikasının xalqımızın dövlətçilik tarixində ən böyük və dəyərli xidmətlərindən biri də ölkənin və millətin birliyinin və vahidliyinin təmin edilməsinindən ibarət idi.
    Vahid, müstəqil, suveren Azərbaycan dövləti yaradılarkən hər şeyi sıfırdan başlamaq lazım gəldi. Çünki, heç bir hazır svil dövlət mexanizmi, qanunvericilik və idarəetmə orqanı, vahid dövlət fəaliyyəti təcrübəsi yox idi. 1918-ci il mayın 30-da dünyanın əsas dövlətlərinin xarici işlər nazirlikləri ADR-in yaradılması haqqında informasiya aldılar. İstambula, Berlinə, Vyanaya, Parisə, Londona, Romaya, Vaşinqtona, Sofiyaya, Buxarestə, Tehrana, Madridə, Haaqaya, Moskvaya, Stokholma, Kiyevə və Tokioya radioqramma göndərildi.
    Azərbaycan Respublikasının müvəqqəti paytaxtının Gəncə şəhərində yerləşməsi haqqında dünyanın əsas siyasi mərkəzlərinə rəsmi bəyanət göndərdikdən sonra ADR iyun ayının 16-da Gəncəyə köçdü . Müvəqqəti paytaxt e’lan edilmiş Gəncə şəhəri, başda General Fəriq Nuru paşa olmaqla 7 minlik türk qoşunu hissələrinin nəzarəti altında idi. Azərbaycan hökuməti adından Rəsulzadə, Xoyski və Hacınski Nuru paşa ilə danışıqlardan sonra Milli Şuranın buraxılması və bütün ölkə miqyasında hakimiyyətin müvəqqəti hökumətə verilməsi haqqında qərar qəbul edildi. Elə həmin gün müvəqqəti hökumət Fətəli xan Xoyskinin başçılığı altında iste’faya çıxdı.
    Azərbaycan Demokratik Respublikasının faliyyətinin Gəncə dövrü onun ən gərgin dövrlərindən biri olmuşdur. Bu vaxt Milli Şurada və hökumətdə siyasi qüvvələrin kəskin fikir ayrılığı aydın duyulurdu. İlhaqçılarla (Ə.Ağayev) radikallar (N.Usubbəyov, M.Cəfərov...) arasında kəskin fikir ayrılığı baş vermişdir. Birincilər Milli Şuranı və hökuməti buraxmağı və yeni hökümət təşkil etməyi, Azərbaycanı konfederasiya formasında Türkiyə ilə birləşdirməyi, ikincilər isə radikal tədbirlər görməyi, yaranmış hökuməti saxlamaqla müstəqil siyasət yürütməyi tələb edirdilər. Bu vəziyyət sözsüz ki, istiqlalın siyasi böhranına gətirib çıxarmışdı. Bu Azərbaycanın istiqlalı tarixində “iyun böhranı” və ya “iyun irticası” kimi qiymətləndirilmişdi.
    Milli Şuranın, Məmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin və başqalarının siyasi yetkinliyi və prinsipial mövqeyi sayəsində “iyun böhranı” tezliklə aradan qaldırıldı.
    M.Ə.Rəsulzadənin sədrliyi altında 1918 il iyunun 17-də keçirilən Azərbaycan Milli Şurasının iclasında ikinci hökuməti təşkil etmək yenidən Fətəli xan Xoyskiyə tapşırıldı. İyun ayının 17-dən dekabr ayının 7-nə qədər fəaliyyət göstərən Azərbaycan Respublikasının ikinci hökumətinin tərkibi belə idi.
    1. Nazirlər Şurasının sədri və ədliyyə naziri - Fətəli xan Xoyski
    2. Xarici işlər naziri - Məmməd Həsən Hacınski.
    3. Xalq maarifi və dini e’tiqad naziri - Nəsib bəy Yusifbəyli.
    4. Daxili işlər naziri - Behbudağa Cavanşir.
    5. Əkinçilik naziri- Xosrov bəy Sultanov.
    6. Səhiyyə və sosial tə’minat naziri- Xudadat bəy Rəfibəyli.
    7.Yollar naziri- Xudadat Məlikaslanov.
    8. Ticarət və sənaye naziri - A.Aşurov.
    9.Maliyyə naziri - Əbdüləli bəy Əmircanov.
    İkinci hökumətin tərkibində dörd hüquq elmləri doktoru, üç tibb elmləri doktoru, bir filologiya elmləri doktoru var idi. Onların hamısı Avropanın və Rusiyanın ali məktəblərində mükəmməl təhsil almış azərbaycanlılar idi.
    1918-ci il iyunun 17-də Milli Şura özünün müvəqqəti buraxılması və bütün qanunverici və icraedici hakimiyyətin müvəqqəti hökumətin əlində cəmləşməsi haqqında iki qərar qəbul etdi. Qəbul olunan birinci sənəddə göstərilirdi ki, Azərbaycan Milli Şurası bütün hakimiyyəti F. Xoyskinin sədrliyi ilə yaradılmış hökumətə verir və ona tapşırır ki, öz hakimiyyətini qısa müddətdə çağrılacaq müəssislər məclisindən başqa heç kimə verməməlidir. İkinci sənəddə Müvəqqəti hökumətin hüquq və vəzifələrinin ümumi istiqamətləri göstərilirdi. Müvəqqəti hökumət hər vasitə ilə Azərbaycanın müstəqilliyini qorumalı, siyasi azadlıqlar, torpaq haqqında və başqa qanunları ləğv etməmək şərti ilə qalan məsələlərin həllində tam ixtiyar sahibi idi. Müvəqqəti hökumət 6 aydan gec olmayaraq müəssislər məclisinə seçkilər keçirib, hakimiyyəti ona təhvil verməli idi.
    Bu dövrdə Azərbaycanda siyasi vəziyyət çox mürəkkəb idi, ölkədə iki hakimiyyətlilik hökm sürdü. Bakıda və Bakı quberniyasının qəzalarında Bakı Xalq komissarları Sovetinin təşkil etdiyi Sovet hakimiyyəti mövcud idi. Gəncə şəhəri və Gəncə quberniyasının qəzaları Azərbaycan Demokratik Respublikası hökumətinin sərancamında idi. Bu iki hakimiyyət əslində bir-biri ilə vətandaş müharibəsi aparırdı. Müharibə aparmaq, habelə erməni-daşnaq təcəvüzkarlığından qorunmaq üçün hərbi köməyə böyük ehtiyacı olan Azərbaycan hökuməti Türkiyə ilə ittifaq bağlamağı qərara aldı.
    Bakıda Azərbaycan Demokratik Respublikasının hakimiyyətini qurmaq, müvəqqəti olaraq Gəncədə yerləşdirilmiş hökuməti Bakıya köçürmək birinci dərəcəli vəzifə kimi qarşıda dururdu. Bunsuz o zamanki şəraitdə Azərbaycan respublikası nəinki böyük dövlətlərin, heç öz qonşularının da təzyiqinə tab gətirə bilməzdi. Bunsuz Azərbaycanın ərazi bütövlüyünü, Azərbaycan dövlətinin yaşayıb möhkəmlənməsini tə’min etmək mümkün deyildi. Azərbaycan dövlətinin taleyi Bakı Soveti ilə labüd silahlı qarşıdurmanın nəticəsindən asılı idi.
    Bakı Sovetinin sərancamında olan daşnak qoşun hissələri özlərinin erməni komandirləri ilə birlikdə Azərbaycan Demokratik Respublikasına qarşı düşmən mövqe tutdular, eserlər, menşeviklər və daşnaklar Bakını türklərdən qorumaq bəhanəsi altında ingilisləri şəhərə də’vət etdilər. İyunun 31-də Sentrokaspi diktaturasının, eserlərin, daşnakların və menşeviklərin də’vəti ilə avqustun 4-də general Danstervil başda olmaqla Ənzəlidən Bakıya gəlmiş ingilis hərbi dəstələri burada möhkəmlənmək, şəhəri Azərbaycan dövlətindən ayırmaq, Türkiyə -Azərbaycan qoşunlarının Bakını tutmalarına imkan vermək üçün ümumi razılığa gəldilər. Lakin bu cəhd baş tutmadı, çünki Sentrokaspi diktaturası son dərəcə nüfuzsuz və qondarma bir hakimiyyət idi, ingilislər isə Bakıya o qədər də güclü qoşun gətirməmişdilər. Bu səbəbdən də Türkiyə-Azərbaycan hərbi hissələri Bakıya daxil olandan bir gün əvvəl ingilis qoşunları vahimə içərisində Ənzəliyə qaçdılar.
    1918-ci il sentyabrın 15-də Türkiyə və Azərbaycan hökumət qoşunlarının hissələri Bakıya daxil oldular. Bakı ADR hökumətinin iqamətgahına çevrildi və Şimali Azərbaycanın bütün ərazisi onun hakimiyyəti altına keçdi. İndiyə kimi bütün azərbaycanlıların siyasi, iqtisadi, mədəni və mə’nəvi mərkəzi olan Bakı Azərbaycanın inzibati paytaxtı oldu. Bakının paytaxt statusu alması və Bakı quberniyasında Azərbaycan Demokratik Respublikasının bərqərar olması Azərbaycan dövlətinin yaşayıb möhkəmlənməsində, onun dövlət ərazisinin müəyyənləşməsində əhəmiyyətli addım idi.
    Rusiya bolşeviklərinin iradəsini yerinə yetirən və daşnakların havadarlığı ilə hərəkət edən Bakı Kommunasının təxribatçılıq siyasəti Azərbaycan Demokratik Respublikasının istiqlal yolunda atdığı addımları çətinləşdirirdi. Bakı Kommunası erməni-daşnaq hərbi hissələrindən istifadə edərək istiqlalın mərkəzi Gəncə üzərinə hucum hazırlayırdı.1918-ci ilin ortalarında S.Şamuyanın əmri ilə Bakı Sovetinin silahlı dəstələri - 70 faizini erməni polkları təşkil edən Qızıl Ordu hissələri Z.Avetisyanın komandanlığı ilə Göyçaydan Gəncə istiqamətində hücuma keçdi.
    Yeni yaranmış respublika müsəlman könüllü dəstələrdən ibarət 600 nəfərlik hərbi qüvvəyə malik idi. Aydındır ki, müstəqilliyini e’lan etmiş ADR hökuməti bu qüvvə ilə öz ərazi bütövlüyünü və suverenliyini qoruya bilməzdi. Elə buna görə də Azərbaycan höküməti 1918-ci il iyunun 19-da Azərbaycanda hərbi vəziyyət e’lan etdi və 1918-ci ilin avqustunda bütün ölkədə xüsusi hərbi səfərbəyliyə başladı. Hökumət avqust ayının birində hərbi nazirliyi tə’sis etdi və bu məqsəd üçün 10 milyon manat pul ayırdı.
    Görülən tədbirlərin kifayət etməyəcəyini və ordunun yaranmasının çox vaxt tələb etdiyini nəzərə alan Nazirlər Şurasının sədri Fətəli xan Xoyski kömək üçün bir diviziyanın göndərilməsini Türkiyə hökümətindən xahiş etdi. Hərbi yardım haqqında Türkiyə ilə Azərbaycan Respublikası arasında bağlanmış dostluq müqaviləsinə əsasən Türkiyə höküməti Bakıya silahlı qüvvələr göndərilməsini öhdəsinə götürdü. V Qafqaz diviziyası (komandiri Mürsəl paşa) və XV Çanaxqala diviziyası (komandiri Nazim bəy) Azərbaycana gəldi. Azərbaycan korpusu ilə birlikdə bu hərbi hissələr Qafqaz İslam ordusu adı altında birləşdi və Nuru paşanın komandanlığı altında Göyçay ətrafında döyüşə girdi.
    1918-ci il iyunun 27-dən iyulun 1-dək davam edən Göyçay ətrafındakı döyüşlərdən sonra Bakı Sovetinin hərbi qüvvələri geri çəkilməyə məcbur oldu və Azərbaycan-Türkiyə hərbi hissələri sentyabr ayının 15-də Bakıya daxil oldular. Beləliklə, 1918-ci il iyulun axırlarında Bakı Kommunası özü də süqut etdi. Onun yerini əsasən eser, menşevik və daşnaq partiyalarının nümayəndələrindən ibarət Sentrokaspi diktaturası tutdu və cəmi 45 gün (1.08-14.09.1918) fəaliyyət göstərdi. Onun başlıca “xidməti” daim Azərbaycana göz tikən ingilisləri Bakıya də’vət etməkdən ibarət idi.
    1918-ci il avqustun 17-də ingilislər Bakıya gəldikdən sonra. Sentyabrın 14-nə kimi Bakıda Sentrokaspi və ingilis ağalığı davam etdi. Sentyabrın 15-də ADR-in hərbi hissələrini, üç gün ondan sonra isə Türk qoşunlarının Bakıya daxil olması ilə onların Bakıya, Azərbaycana ağalıq etmək planları puç oldu.
    Noyabrın 16-da türk qoşunları Bakını tərk etdilər. Dekabrın 15-də turk qoşunları tamamilə Azərbaycan ərazisindən çıxdıqdan sonra hərbi nazirlik öz fəaliyyətində tam sərbəstlik əldə etdi. Artilleriya generalı Səməd bəy Mehmandarov hərbi nazir, Azərbaycan korpusunun komandiri, general-leytenant Əli Ağa Şıxlinski hərbi nazirin köməkçisi tə’yin edildi. 1919-cu il yanvarın 15-də hərbi nazirliyin yanında baş qərargah tə’sis edildi, onun rəisi general-mayor Əbdülhəmid bəy tə’yin edildi. 1919-cu il üçün nəzərdə tutulmuş dövlət büdcəsində ordunun yaradılmasına 3999,4 milyon manat və ya büdcənin 24%-zi ayrıldı. Məhdud imkanlara baxmayaraq, hərbi nazirlik böyük əzmlə ordu hissələrinin təşkili işinə girişdi.
    Göstərilən sə’ylər nəticəsində 30 minlik ordu yaratmaq mümkün oldu. 1919-cu ilin yazında Denikinin böyük hərbi hissəsi şimalda Azərbaycan sərhədlərinə yaxınlaşdı. Belə bir ağır şəraitdə parlament fövqəl’adə iclasında yaranmış mürəkkəb vəziyyəti müzakirə etdi, bütün hakimiyyətin Dövlət Müdafiə Komitəsinə verilməsi haqqında qərar qəbul etdi. Bu qərara əsasən ölkədə müharibə vəziyyəti e’lan edildi, mövcud hərbi hissələr könüllülər hesabına möhkəmləndirilərək Samur çayı hövzəsində yerləşdirildi.
    1918-ci ilin noyabr ayında Azərbaycan üçün yeni bir çətinlik yarandı. Birinci dünya müharibəsində məğlub olan Türkiyə sülh şərtlərinə görə Azərbaycandan öz qoşunlarını çıxarmalı oldu. Vəziyyətdən istifadə edən ingilislər 1918-ci il noyabrın 17-də qoşunlarını Bakıya yeritdilər.
    1919-cu il iyun ayının 16-da Tiflisdə Azərbaycanla Gürcüstan arasında hərbi müdafiə paktı imzalandı. Bu pakta görə Denikinin hücumuna mə’ruz qalan tərəf müttəfiqinin hərbi yardımına arxalana bilərdi. Paktın imzalanmasından sonra Gürcüstan tərəfindən əvəzi neft və neft məhsulları ilə ödənilmək şərti ilə Azərbaycan ordusuna silah, top və başqa hərbi ləvazimat verilməsi, Azərbaycan ordusuna gürcü zabitlərinin göndərilməsi, Azərbaycan zabitlərinin Gürcüstandakı hərbi məktəblərə, təhsilə e’zamı və s. haqqında gizli müqavilə bağlandı.Bu müqaviləyə görə Azərbaycana canlı qüvvə göndərilmsi haqqında tərəflər arasında razılıq əldə edildi.
    Müqavilənin şərtlərinə əsasən tezliklə general Murad Girey Tlxesin başçılığı ilə Tiflisə hərbi komissiya göndərildi. Danışıqlar nəticəsində komissiya Gürcüstandan 12 kiçik top, 12 dağ topu və bunlara lazımi qədər sursat, 3000 beşatılan tüfəng, 211 piyada və suvari qılınc, 795 nizə, 24 “maksim” pulemyotu, səfər mətbəxi və başqa hərbi ləvazimət aldı. Bu sənəd Azərbaycan parlamenti tərəfindən bəyənildi və iyunun 27-də təsdiq edildi.
    1919-cu ilin axırında Azərbaycan ordusu iki piyada diviziyasından ibarət idi. 1920-ci ilin yanvarında Baş idarə nəzdində 2 piyada diviziyası, piyada alayı və hər alayın tərkibində 1 ehtiyat batalyonu, 2 artilleriya briqadası, 1 süvari-dağ bölməsi, 3 suvari alayı, 1 minaaxtaran bölmə var idi. Partizan hərakatı üçün hazırlanan 15-20 min əsgər axrıncı yoxlama tə’limindən çıxmışdı. Ordu hissələrimiz Yalama—Xaçmaz—Bakı, Dilican—Qazax—Gəncə, Gorus—Şuşa—Yevlax istiqamətlərində yerləşdirilmişdi. Ermənistanla sərhəd zonasında və Qarabağda 4 batalyon, 1 suvari alayı və xüsusi milis dəstləri, Gəncədə ehtiyat batalyonu yerləşdirilmişdi. Ermənistanla sərhəd zonasını qorumaq üçün döyüş planı işlənmişdi: Tovuz—Ağstafa dəmir yolu xəttinin ətraf zonalarında, vəziyyət imkan verdikcə, vaxt itirmədən Dilicanda, Göycə gölünün sahillərində—Zod royonunda möhkəmlənməli. Planı baş idarəsinin rəisi imzalamışdı.
    Gənc Azərbaycan ordusunun ilk vəzifəsi Azərbaycan hökumətini tanımaq istəməyən Muğan respublikasını mərkəzi hakimiyyətə tabe etmək idi. 1919-cu ilin iyulunda bu respublikanın hərbi qüvvələri tərksilah edildi, sonra oktyabr ayında Azərbaycan ordusu Ermənistan ilə sərhədlərdə əmin-amanlığı bərpa etmək üçün müvəffəqiyyətli hərbi əməliyyatlar keçirdi.
    Azərbaycan ordusu öz gücünü Qarabağda Əskəran müharibəsi adlanan döyüşdə xüsusilə göstərdi. 1920-ci ilin martında Novruz bayramı geçəsi Ermənistandan göndərilən nizami ordunun göməyi ilə ermənilər qiyam qaldıraraq Əskərən keçidini tutdular və beləliklə Qarabağın dağlıq hissəsini Azərbaycandan ayırdılar. Qiyamı yatırmaq üçün Azərbaycan hökuməti Əskəran istiqamətində Səlimovun başçılığı ilə qoşun göndərdi. 1920-ci ilin aprelin 3-də səhər tezdən Azərbaycan ordusu hücuma geçib erməniləri darmadığın etdi və Əskəran üzərində Azərbaycan bayrağını bərpa etdi. Ertəsi gün Şuşa qalası da qiyamçılardan təmizlənarək gözətçi əskərlərə təhvil verildi. Azərbaycan ordusunun döyüş əməliyyatları qiyamçıların və nizami erməni hissələrinin məğlubiiyyəti ilə nəticələndi.
    Bir sıra uğurlara baxmayaraq xarici təzyiqlərlə və daxili ziddiyyətlərlə əlaqədar olaraq hökumət bir birinin ardınca istefaya gedirdi. Birinci və ikinci hökumət kabinetləri müvəqqəti idi. Onların hər ikisi bir qrup demokratik fikirli adamlar tərəfindən təsis edilmiş, Milli şuranın tapşırığı ilə yaradılmış, lakin parlamentdə təsdiq edilməmişdi, yalnız hökumətin üçüncü kabineti parlamentdə təsdiq edildi və qanunu legitimlilik qazandı.
    1918-ci ilin dekabr ayının 7-də Azərbaycan parlamentinin ilk təsis iclasında müvəqqəti hökumət istefa verdi. Lakin parlament yenidən başçılıq etməyi və nazirlər kabinetini yaratmağı Fətəli xan Xoyskiyə tapşırdı. Dekabrın 26-da Nazirlər Şurasının sədri hökumət proqramı və hökumətin tərkibi haqqında parlamentdə çıxış etdi. Hökumət proqramında Azərbaycan müstəqilliyini möhkəmləndirmək vəzifəsini ön plana çəkmişdi. Azərbaycan hökuməti koalisiyalı kabinə idi. Burada 3 nəfər rus naziri təmsil olunmuşdu. Hökumətin tərkibi aşağıdakı kimi idi.

    1. Nazirlər Şurasının sədri və xarici işlər naziri — Fətəlixan Xoyski.
    2. Daxili işlər naziri — Xəlil bəy Xasməmmədov.
    3. Maliyyə naziri — İ.Protasov.
    4. Yollar naziri —Xudadat bəy Məlikaslanov.
    5. Əddiyyə naziri — T.Makinski.
    6. Maarif və dini e’tiqad naziri — Nəsib bəy Yusifbəyli.
    7. Poçt-teleqraf və əmək naziri —Aslan bəy Səfikürdski.
    8. Hərbi nazir — Səməd bəy Mehmandarov.
    9. Sosial tə’minat naziri — R.Xoyski.
    10. Xalq səhiyyə naziri — Y.Gindes.
    11. Ticarət və sənaye naziri — Mirzə Əsədullayev.
    12. Dövlət müfəttişi —Məmməd Həsən Hacınski.
    13. Ərzaq naziri — G.Lizqar.
    14. Əkinçilik naziri —Xosrov bəy Sultanov

    1919-cu ilin mart ayının 14-də hökumət yenidən ist’efa verdi. Dördüncü hökumət kabinetinin təşkili Nəsibbəy Yusifbəyliyə tapşırıldı və o, aşağıdakı hey’ətdə hökumət yaratdı.

    1. Nazirlər şurasının sədri və daxili işlər naziri—Nəsib bəy Yusifbəyli.
    2. Maliyyə naziri—Ə.Həsənov.
    3. Ticarət və sənaye naziri—A.Əminov.
    4. Xarici işlər naziri—Məmməd Yusif Cəfərov.
    5. Yollar naziri—Xudadat bəy Məlikaslanov.
    6. Poçt-teleqraf naziri—Cəmobəy Hacinski.
    7. Hərbi nazir—Səməd bəy Mehmandarov.
    8. Sosial tə’minat naziri—V.Klenevski.
    9. Səhiyyəi naziri—A.Dastakov.
    10. Maarif və dini e’tiqad naziri—R.Kaplanov.
    11. Əkinçilik naziri—A.Qardaşov.
    12. Portfelsiz nazir—X.Amaspür. (Daşnaksütyun)
    13. Dövlət müfəttişi—Nərimanbəy Nərimanbəyli.
    14. Ədliyyə və əmək naziri—Aslanbəy Səfikürdski.
    15. Sonralar daxili işlər naziri—Xəlilbəy Xasməmmədov.

    1919-cu ilin dekabrın 14-də Nazirlər Kabinetinin sədri Nəsib bəy Yusifbəyli dördüncü hökumətin yeni hey’ətini təşkil etdi. 1920-ci ilin aprelin 1-ə qədər fəaliyyət göstərən bu kabinetdə bə’zi dəyişikliklər edilmişdi. Hökumətin tərkibi aşağıdakı kimi idi.

    1. Nazirlər Şurasının sədri—Nəsib bəy Yusifbəyli.
    2. Xarici işlər naziri—Fətəli xan Xoyski.
    3. Hərbi nazir—Səməd bəy Mehmandarov.
    4. Daxili işlər naziri—Məmməd Həsən Hacınski.
    5. Ədliyyə naziri—Xəlil bəy Xasməmmədov.
    6. Maliyyə nazirlər—R.Kaplanov.
    7. Maarif və dini e’tiqad naziri—Həlidbəy Şaxtaxtinski.
    8. Əmək və əkinçilik naziri—Əhmədbəy Pepinov.
    9. Yollar naziri eyni zamanda ticarət, sənaye və ərzaq üzrə müvəqqəti nazir—Xudadat bəy Məlikaslanov.
    10. Poçt-teleqraf naziri—Camobəy Hacınski.
    11. İctimai tə’minat və səhiyyə naziri — Musa bəy Rəfiyev.
    12. Dövlət müfəttişi—Heybətqulu bəy Məmmədbəyov.

    1920-ci il aprelin 1-də N.Yusifbəyli hökuməti istefa verməyə məcbur oldu. Ardı arası kəsilməyən təhlükəli təzyiqlər nəticəsində Azərbaycan Demokratik Respublikasının yaranması və fəaliyyəti çox gərgin siyasi şəraitdə keçirdi. Azərbaycan hökuməti respbulikanın ərazisi, dövlət sərhədlərini ədalətli, xalqın mənafeyinə uyğun şəkildə müəyyən edilməsi uğrunda mübarizə ciddi müqavimətlərlə üz-üzə gəlirdi.
    Nəhayət Àçÿðáàéúàí Äåìîêðàòèê Ðåñïóáëèêàñû parlamentinə hakimiyyətin bolşeviklərə verilməsi barədə ultimatum verildi. Àçÿðáàéúàí Äåìîêðàòèê Ðåñïóáëèêàñû parlamentinin M.Ə.Rəsulzadənin sədrliyi ilə 1920-ci il aprelin 27-də keçirilən sonuncu fövqəl’adə iclasında ultimatum kəskin və prinsipial müzakirə olundu. Müzakirə nəticəsində yaranmış vəziyyəətin reallıqlarını nəzərə alaraq nahaq qurbanlara yol verməmək üçün müəyyən şərtlərlə hakimiyyətin bolşeviklərə təhvil verilməsi barədə qərar qəbul edildi.
    Beləliklə, 1918-1920-ci illərdə yaranmış beynəlxalq şərait, Azərbaycandan olan Lenin tipli kommunistlərin Sovet Rusiyasına sədaqətli xidmətləri, Àçÿðáàéúàí Äåìîêðàòèê Ðåñïóáëèêàñû parlamentinin və hökumətinin bir sıra üzvlərinin bə’zən qətiyyətsizlik göstərməsi, onların daxilində sabit və möhkəm birliyin olmaması, erməni daşnaqlarının və daşnaqpərəst erməni kommunistlərinin Àçÿðáàéúàí Äåìîêðàòèê Ðåñïóáëèêàñûna qarşı təxribatçı işləri, Azərbaycan milli hökumətinin, onun rəhbər xadimlərinin, parlamentin yol verdiyi səhv və nöqsanlar nəticədə islam dünyasında ilk parlamentli respublika olan Azərbaycan Demokratik Respublikası süquta yetdi.
    Tarixən çox qısa müddət ərzində fəaliyyət göstərən demokratik respublika xeyli iş görsə də, lakin hökumətin e’lan etdiyi və nəzərdə tutduğu tədbirlərin bir çoxu həyata keçirilmədi. Bununla belə Demokratik Respublikanın yaranması mütərəqqi hadisə idi, o müsəlman Şərq ölkələrində respublika ideyalarının və hərakatlarının formalaşmasına tə’sir göstərmişdir. Azərbaycan Cümhuriyyətinin yaranması və milli dövlət quruculuqunun bərqərar edilməsi xalqımızın suverenliyini tə’min etdi, tarixi yaddaşının formalaşmasında müstəsna əhəmiyyətli mərhələ oldu.
    Azərbaycan Respublikasının müstəqiliyi haqqında 1991-ci il oktyabrın 18-də qəbul edilmiş Konstitusiya aktında deyilir ki, Azərbaycan Respublikası öz ərazisində tam dövlət hakimiyətinə malikdir və müstəqil dövlətə xas olan tə’sisatları-parlamenti, hökuməti, ordusu, maliyyə sistemi yaradılmış və fəaliyyət göstərir. Azərbaycan Respublikası bir çox xarici dövlətlər tərəfindən tanınmış və onlarla diplomatik münasibətlər yaratmışdır. Vaxtilə Məmmədəmin Rəsulzadə demişdi ki, tarix Azərbaycana bir dəfə imkan verdi, o bu imkandan istifadə edə bilmədi. Tarix ona ikinci imkanı da verəcək. Nəhayət ki, bu imkan bir daha verildi. İndi Azərbaycan Demokratik Respublikasının təcrübəsini, onun səhvlərini nəzərə almaqla milli istiqlaliyyətimiz qorununr, milli dövlətçiliyimiz daha da möhkəmlənir, müstəqilliyimiz əbədilik və dönməzdik xarakteri alır.