AZƏRBAYCAN DEMOKRATIK RESPUBLIKASININ DÖVLƏTÇILIK FƏALIYYƏTI

     
 

§2 Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları
və silahlı təcavüzü.

    Azərbaycan xalqı iki yüz ildən artıq müstəmləkə rejimi şəraitində yaşasa da milli azadlığına, dövlət müstəqilliyinə nail olmaq amalından heç vaxt dönməmiş, həmişə istiqlal arzusu ilə yaşamış, Azərbaycanın müstəqilliyi uğrunda əzmlə mübarizə aparmışdır.
    Azərbaycan Demokratik Respublikası xalqı bir daha özünə qaytarmış, onun milli yaddaşını bərpa etmiş, mübarizə əzmini gücləndirmişdir. Nəhayət, dünyada və Rusiyada gedən ictimai-siyasi proseslər Azərbaycana özünün müstəqilliyini bərpa etmək imkanı vermişdir.
    Azərbacanın müstəqil inkişaf yolu çox çətin və mürəkkəb şəraitdə keçmişdir. Müstəqilliyimizin ilk illərində bü özünü daha qabarıq göstərmişdir. Bu illərdə Azərbaycan, müstəqilliyimizin irəlləyişinə mane olan və onu ləncidən bir sıra çətinliklərlə qarşılaşmıdı.
    Azərbaycanın dövlətçilik fəaliyyəti üçün ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü ən təhlükəli faktor idi. Ermənilər iki cəbhədən Azərbaycan Demokratik Respublikasına qarşı silahlı təxribat aparırdılar. Bir tərəfdən Ermənistanda və Qarabağda azərbaycanlıların kəndlərini yandırır, talan edir, dinc əhalini qətlə yetirir, onları öz doğma yurdlarından zorla qovub çıxarır, digər tərəfdən Stepan Şaumyanın fitvası ilə Bakıda, Gəncədə və Qarabağda cəmləşən erməni separatçıları Azərbaycanı parçalıyıb onun bir hissəsini ilhaq etməyə çalışırdılar.
    Azərbaycan Demokratik Respublikasının yarandığı dövrdə respublikanın ərazisi 97,3 min.kv.km idi, daha 15,6 min.kv.km Azərbaycan ərazisi (Borçalı, Qarayazı, Sığnax, Şərur-Dərələyaz, Yeni Bəyazit və s.) Gürcüstan və Ermənis-tanla mübahisəli ərazilər sayılırdı. Şimalda Dağıstanda sərhəd Samur çayı və Baş Qafqaz sıra dağları boyunca müəyyən olunmuşdu. Qərbdə Gürcüstanla sərhəd xətti bu günkü sərhədlərimizə uyğun gəlirdi. Yeganə uyğunsuzluq Borçalı ilə Qazax mahalları arasındakı sərhəd xəttində idi. Bu xət Poyludan keçirdi, Ermənistanla sərhəd Göycə gölünə qədər cənuba doğru uzanır, Göycə gölünün tən ortasından keçir, Basarkeçəri və Zəngəzuru əhatə edirdi, Azərbaycan inzibati cəhətdən Bakı, Gəncə və Zaqatala quberniyalarına, habelə Qarabağ general-qubernatorluğuna bölünmüşdü. Hər quberniya özü də qəzalara bölünürdü.
    Ermənistan müxtəlif bəhanələrlə Azərbaycanın əzəli torpağlarına qarşı iddialar irəli sürür, onun ərazisinin bir hissəsini işğal etmək məqsədi ilə vaxtaşırı hərbi təcavüz aksiyaları həyata keçirirdi.
    Çarizmdən miras qalmış cərəzli inzibati ərazi bölgüsü yeni yaranmış Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları arasında sərhədlərin müəyyənləşdirilməsində kəs-kin ziddiyyətlərin meydana çıxmasına səbəb olmuşdur. Ermənilər keçmiş İrəvan quberniyasından əlavə Qazax qəzasının dağlıq hissəsini, Göycə mahalını, Gəncə qəzasının xeyli hissəsini, Cavanşir, Şuşa və Cəbrayıl qəzalarını, Naxcıvanı Azərbaycandan qoparmaq istəyirdilər.
    Ermənilərin Azərbaycana qarşı irəli sürdükləri ərazi iddiaları Dağlıq Qarabağla, Qazax, Zəngəzur, Naxcıvan-Dərələyəz qəzaları ilə bağlı idi. Qəribədir ki, ermənilər o vaxt yaşadıqları ərazidən dörd dəfə böyük olan qonşu torpaqlarını zəbt etməyə çalışırdılar. Əslində ermənilərin ərazi iddialarının tarixi, coğrafi və əzəli sakinləri baxımından əsası yox idi.
    Ermənilərin ərazi iddiaları siyahısına daxil olan böl-gələrdən biri İrandan və Türkiyədən köçüb gələn daşnakların sığınacaq tapdığları Qarabağın dağlıq hissəsi idi. Tarixən əzəli Azərbaycan torpağı olan Qarabağda yalnız Azərbaycanlılar yaşamış və bu bölgə həmişə vahid vilayət olmuşdur. Qarabağın dağlıq və aran hissəyə bölünməsi ermənilərin keçən əsrin əvvəllərində bu bölkədə məskunlaşması ilə həyata keçirilmişdir. Ermənilərin Qarabağın dağlıq hissəsini işğal etmək cəhdləri Azərbaycan Demokratik Respublikası hökuməti tərəfindən dəf edilmiş və ölkənin ərazi bütövlüyü tə’min edilmişdir. Azərbaycan Demokratik Respublikası yaranan dövründə Qarabağda 470 min azərbaycanlı, 170 min erməni yaşayırdı . Yalnız Sovetlər vaxtında Qarabağın dağlıq hissəsi Dağlıq Qarabağ adı ilə rəsmləşmiş və burada yaşayan azərbaycanlılara və ermənilərə muxtariyyət verilmişdir.
    Ermənilərin mübahisəli torpaqlar e’lan etdikləri Gəncə quberniyasının Qazax qəzasının keçmiş Karvansara, indiki İcevan, qədim Çəmbərək bu günkü Krasnoselo, Dilican və Qaraqoyunlu dərələri əzəli Azərbaycan torpaqlarıdır. Erməni silahlı qüvvələri Azərbaycan Demokratik Respublikasına qədər bu torpaqları işğal edib mübahisəli hesab edirlər. Şübhəsizdir ki, yaşadığı ziddiyyətli şəraitdə Azərbaycan Demokratik Respublikasının Azərbaycan torpaqlarını azad etmək imkanı yox idi. Sovetlər yarandıqdan sonra rusların dəstəyi ilə ermənilər bu əzəli Azərbaycan torpaqlarının ilhaqını rəsmiləşdirdilər.
    Ermənilərin mübahisəli ərazi hesab etdikləri Zəngəzur qəzası əzəli azərbaycan torpağı kimi Gəncə quberniyasına daxil idi. Zəngəzurda yaşayan əhalinin böyük əksəriyyətini azərbaycanlılar təşkil edirdilər. Bu bölgədə yaşayan ermənilər keçən əsrin əvvələrində qonşu dövlətlərdən köçüb gəlmiş emənilər idi. Azərbaycan Demokratik Respublikasının süqutu zamanı ermənilər Zəngəzurun bir hissəsini işğal etdilər və sovetlər yaranarkən bu ərazi Ermənistana birləşdirildi və beləliklə Zəngəzurun Mehri royanu Naxcıvanı Azərbaycandan ayrı saldı.
    Ermənistanı daha çox maraqlandıran bölgə Naxcıvan və Şərur-Dərələyəz qəzaları idi. Naxcıvanın üç minillik tarixi göstərir ki, bu bölgə əzəli Azərbaycan torpağıdır, bu torpağın əsl sahibləri azərbaycanlılardır. Sonradan burada sığınacağ tapan ermənilər qonşu dövlətlərdən gəlmədirlər.
    1918-ci ilin iyun ayında imzalanan Batum müqaviləsinə əsasən Naxcıvan qəzası bütünlüklə, Şərur-Dərələyəz qəzasının birinci və ikinci polis məntəqələri, yeni Bəyazid qəzasının birinci və ikinci polis sahələri Azərbaycanın mübahisəsiz ərazisi hesab edildi .
    Daha sonra Paris sülh konfransı həmin əraziləri bütünlüklə Azərbaycanın tərkib hissəsi hesab etmişdir . Bu beynəlxalq təşkilatların qəbul etdiyi çoxsaylı qərarları göstərir ki, qatı millətçi ermənilərin Azərbaycana qarşı irəli sürdükləri ərazi iddialarının əsası yoxdur.
    Ermənistanla sərhəd məsələsinin qaydaya salınması sahəsində böyük çətinliklər mövcud olmasına baxmayaraq Azərbaycan respublikası bu problemləri sülh yolu ilə həll etmək üçün sə’ylər göstərirdi. Azərbaycan Milli Şurasının səlahiyyətli nümayəndəsi ilə erməni Milli Şurası arasındakı iclasında nəticəsi 1918-ci ilin may ayının 29-da Azərbaycan Milli Şurasının iclasında müzagirə edildi. Müzagirə nəticəsində İrəvan şəhərinin Ermənistan (Ararat) Respublikasının paytaxtına çevrilməsi güzəşti edildi. Sonralar bu güzəştin çox böyük səhv olduğu aydın oldu.
    Ermənistanın qatı millətçi iddialarına baxmayaraq Azərbaycan humanist qonşuluq prinsiplərinə dönmədən əməl edərək yenə ixtilafları dinc yolla həll etmək üçün Gürcüstan və Ermənistan hökumətlərinə birgə müşavirə keçirməyi təklif etdi. Bu məqsədlə 1918-ci ilin noyabrında Tiflisdə konfrans çağrıldı, lakin Ermənistan hökumətinin nümayəndəsi gəlmədiyi üçün konfrans baş tutmadı. 1919-cu il aprelin 25-də Tiflisdə siyasi, iqtisadi, maliyyə və ərazi məsələlərini tənzimləmək üçün üç qonşu respublikanın konfransı çağırıldı. Konfransda bir tərəfdən Azərbaycan və Gürcüstan, digər tərəfdən isə Ermənistan arasında fikir ayrılığı yarandı. Ermənistan birinci növbədə ərazi məsələlərini həll etməyi tələb edirdi. Denikin ordularının Dağıstanı tutması ilə əlaqədar konfransın işi yarımçıq dayandırıldı.
    Bu hadisə Ermənistanın millətçi və təcavüzkar siyasətinə tam uyğun gəlirdi. Çünki Azərbaycanın əzəli torpaqlarını zorla ilhaq etmək yolunu seçmiş təcavüzkar Ermənistan özünün əsassız iddialarını danışıqlar yolu ilə yox, silahla həll etmək istəyirdi.
    Çar Rusiyası bölgədə milli ədavəti qızışdırmaq və beləliklə də özünün hakim mütləq rolunu qoruyub saxlamaq məqsədi ilə torpağların tarixi mənsubiyyətini və orada yaşayan əhalinin milli tərkibini nəzərə almadan münaqişələr doğuran süni inzibati ərazi bölküsü yaratmışdı. Planlaşdırıldığı kimi Zaqafqaziyada bu prinsiplər əsasında yaradılmış qondarma inzibati ərazi bölküsü 1918-ci ildə müstəqillik qazanmış Azərbaycan, Gürcüstan və Ermənistan respublikalar arasında gərgin mübahisə doğurmuşdu.
    Ermənilər Gürcüstana böyük miqyasda ərazi iddiaları irəli sürür, bir sıra bölgələri zorla işğal etməyə çalışırdılar Ərazi iddialarından dönməyən Ermənistan özünü müdafiə edən Gürcüstana qarşı 1918-ci ilin sonunda müharibə e’lan etdi və ağır döyüşlərdə Borçalı qəzasının Cənub hissəsini (Lori və onun ətrafını) zəbt etdi.
    İlk günlər Azərbaycanla Gürcüstan arasında da ərazi mübahisələri var idi. Qarayazı, Borçalı və Sığnaq mahallarının elliklə azərbaycanlılar yaşayan 8,7 min kv.km ərazisi mübahisəli zona hesab edilirdi. Lakin bu iki dost ölkə arasında yaranmış mübahisələr kəskin ziddiyyətlər, gərgin konfliktlər və qarşıdurma səviyyəsinə gəlib çıxmamışdı. Mübahisə obyekti Borçalı, Qarayazı, Sığnaq və Zaqatala mahalı olsa da aparılan danışıqlar vasitəsi ilə ərazi və sərhəd məsələləri sülh yolu ilə həll edildi. Azərbaycanla Gürcüstan arasında 1918-ci ilin iyun ayının 27-də bağlanan sazişə görə Borcalı, Qarayazı, Sığnaq Gürcüstanın Zaqatala mahalı isə Azərbaycanın ərazisi hesab edildi və mübahisələrə son qoyuldu.
    Sağlam düşüncəli gürcü ziyalıları və siyasətçiləri dərk edirdilər ki, millətçi qüvvələrin Azərbaycana ərazi iddiaları tarixi, coğrafi və milli parametrlərə görə tamamilə əsassızdır. Onların yeganə dəlili ondan ibarət idi ki, 300 il bundan əvvəl qısa müddət ərzində Zaqatala bölgəsi Kaxetiya çarlığının tərkibinə daxil edilmişdi. Qərəzli məqsədlərlə bu bölgənin Kaxetiyaya birləşdirilməsinə baxmayaraq bu torpaqlar əzəli Azərbaycan ərazisidir, azərbaycanlıların doğma yurdlarıdır. Zaqatala dairəsinin əhalisinin 91,8 faizini azərbaycanlılar, 5 faizini gürcülər, 2,7 faizi ermənilər təşkil edirdi . Dairə əhalisinin 1918-ci ilin iyun ayının 28-də keçirdiyi toplantıda qəbul etdiyi qərara əsasən Azərbaycan Demokratik Respublikası hökuməti iyun ayının 30-da Zaqatala dairəsinin Azərbaycana birləşdirilməsi haqqında qərar qəbul etdi .
    Mübahisəli ərazilərin və sərhədlərin danışıqlar yolu ilə həll edilməsi Gürcüstanla Azərbaycan arasında tarixən yaranmış dostluğu yeni mərhələyə qaldırdı və gələcək mehriban qonşuluğun və əməkdaşlığın əsasını yaratdı.
    Azərbaycanın bütün humanist addımlarına məhəl qoymayan Ermənistan qatı millətçi və təcavüzgar yol tutaraq Azərbaycan torpaqlarında yaşayan azərbaycanlılara qarşı divan tutur, Azərbaycan kəndlərini talan edir, yandırır və dağıdırdı. Ermənistanın hökuməti silahlı daşnak dəstələrinin köməyi ilə İrəvan quberniyasını azərbaycanlılardan təmizlədi, 300 azərbaycanlı kəndini dağıtdı, Şuşa qəzasında 9 kəndi yandırdı.
    Ermənistan o zaman Naxçıvanı, Qarabağı, Zəngəzuru, Sürməlini, Ahılkələki, Borçalını, Qazağı, Qarabağı və başqa bölgələri əhatə edən “Böyük Ermənistan” yaratmaq iddiasında idi. Daşnaq generalları Andranikin, Dro və Nijdenin quldur dəstələri həmin mahallarda dinc əhaliyə qarşı əsil soyqırımı törətdilər. 1918-ci ilin yay və payızında onlar təkcə Zəngəzurda 115 azərbaycanlı kəndini dağıtmış, 8 minə qədər azərbaycanlını öldürmüş, 100 mindən çox adamı qaçqına çevirmişlər. Andranik paytaxtı Şuşa şəhəri olmaqla “Kiçik Ermənistan” yaratmaq istəyirdi.
    Qatı millətçilik siyasəti yenidən Ermənistanla mübahisəli məsələləri sülh yolu ilə həll etmək üçün istifadə edilən bütün siyasi-diplomatik vasitələr tükəndikdən sonra Azərbaycan Demokratik Respublikası hökuməti ölkənin müstəqilliyini və ərazi bütövlüyünü qorumaq üçün ciddi tədbirlər görmək məcburiyyətində qaldı. Azərbaycan Demokratik Respublikası hökuməti Qarabağın təhlükəsizliyini təmin etmək məqsədilə Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarından ibarət Qarabağ general-qubernatorluğunu yaratdı. 1919-cu ilin avqustunda Qarabağın Dağlıq hissəsində yaşayan erməni əhalisi ilə razılığa əsasən Azərbaycan Demokratik Respublikasının həmin torpaqlar üzərindəki suverenliyi tanındı.
    Erməni quldurlarının hücumlarının qarşısını almaq üçün Azərbaycan hökuməti bir sıra hərbi tədbirlər həyata keçirməyə başladı. 1919-cu ilin oktyabr ayında polkovnik Cavad Şıxlinskinin komandanlığı altında Azərbaycanın ordu hissələri Zəngəzurda olan erməni hərbi hissələrinə qarşı əməliyyatlara başladı. Döyüşlər bir aydan çox davam etdi. Azərbaycanın hərbi hissələri Dığ kəndi ətrafında ermənilərin möhkəmləndirilmiş istehkamlarını mühasirəyə alıb son hücuma hazırlaşdığı vaxt ingilislər işə qarışdılar və onların tə’kidi ilə hücum dayandırıldı. Noyabrın 23-də əldə edilmiş barışığa əsasən erməni hərbi hissələri Zəngəzur ərazisini tərk etməyə məcbur oldu.
    Zəngəzurda məğlub olan daşnakların silahlı qüvvələri döyüş meydanını Qarabağa və Gəncəbasara keçirdilər. Erməni millətçiləri 1920-ci ilin martında Novruz bayramı gecəsi Qarabağda, Gəncə və Qazax qəzalarında silahlı qiyam qaldırdılar, Xankəndinə hücum etdilər, Əskəran qalasını tutdular, Qarabağa yeganə keçidi bağladılar. Qaranlıq gecədə qəflətən hücuma keçən erməni silahlı dəstələri Xankəndi qarnizonunun 16 zabitini və xeyli əsgərini öldürdülər. Qarnizon rəisi general Qacarın başçılığı ilə kiçik şaşqınlaqdan sonra özünə gəlmiş ordu zabitləri tezliklə erməni hərbi dəstələrini Xankəndindən kənara atdılar. Lakin düşmən Əskəran qalasını ələ keçirərək Şuşaya hücuma hazırlaşırdı.
    Əskəran qalasını geri almaq və Qarabağda erməni qiyamını yatırmaq üçün Azərbaycan hökuməti general Həbib Səlimovun komandanlığı altında ordunun böyük bir hissəsini Qarabağa göndərməyə məcbur oldu. Azərbaycan ordusunun korpusu general-mayor Həbib bəy Səlimovun başçılığı altında erməni təcavüzünə qarşı əməliyyata başladı və aprelin 3-də daşnak qüvvələrini darmadağın edərək Şuşa və Xankəndinə daxil oldu. Əskəran qalası tezliklə azad edildi, erməni hərbi dəstələrinin başçısı Dəli Qazar öldürüldü, Qarabağ qiyamı yatırıldı.
    Vəziyyətin professional təhlili göstərir ki, ermənilərin ərazi iddiaları və onunla əlaqədar silahlı təcavüzü iki məqsəd güdürdü. Birincisi, əzəli Azərbaycan torpaqları hesabına Böyük Ermənistan imperiyası yaratmaq, ikincisi, Azərbaycanı parçalayıb dağıtmaq. Ermənilər böyük bir ərazidə—Qarabağda, Naxcıvanda, Zəngəzurda,Gəncəbasarda vaxtaşırı, bir birinin ardınca Azərbaycana qarşı silahlı təcavüz aksiyaları həyata keçirir, kəndləri yandırır, insanları qətlə yetirirdilər. Azərbaycan Demokratik Respublikası hökuməti iqtisadiyyat və dövlətçilik məsələləri ilə məşğul olmaq əvəzinə bütün imkanlarını erməni terrorçularına qarşı mübarizə tədbirlərinə yönəldirdi.
    Ermənilər silahlı təcavüzü genişləndirməklə daha bir təhlükəli məqsəd güdürdülər. Müxtəlif bölgələrdə törədilən hərbi münaqişələrin qarşısını almaq üçün Azərbaycan Demokratik Respublikası hökuməti ordu hissələrini Şimal sərhədlərindən qərbə göndərməyə məcbur olurdu. Bu yolla ermənilər şimal sərhədlərini müdafiəsiz qoymağa və qızıl ordunun müqavimətsiz Azərbaycana daxil olmasına şərait yaradırdılar. Təsadüfi deyildi ki, Qızıl ordu məhz Qarabağda, Gəncə və Qazax qəzalafında erməni qiyamları zamanı Azərbaycana hücüm etdi.
    Göründüyü kimi erməni daşnakları Azərbaycan Demokratik Respublikası hökumətinin dövlətçilik fəaliyyəti üçün gərgin vəziyyət yaradır, onun yaradığı siyasətinə mane olurdu. Azərbaycan Demokratik Respublikası hökumətinin səmərəli fəaliyyətini məhdudlaşdıran və onun süqütünü yaxınlaşdıran səbəblərdən biri ermənilərin silahlı təcavüzü, qiyamı və separatizmi idi.