Təktərkibli cümlələr

Dastanların sadə cümlə sintaksisi hələ ilkin feodalizm dövründə təktərkibli cümlə növlərinin artıq normativ modellər üzrə ünsiyyətə xidmət etdiyini göstərir. Şəxssiz, qeyri-müəyyən şəxsli cümlələrlə yanaşı, ümumi şəxsli cümlələr, mübtəda qütbü əsasında formalaşan adlıq cümlələr də özünü real cümlə qəlibi kimi təsdiq etmişdir.