Qrammatik xüsusiyyətlər

- ay şəkilçisi - Altay-monqol dillərinə məxsus müraciət bildirən söz və ya adlıq hal forması: aşquzay, işquzay sözlərində, Tarqitay, İşpakay adlarında olduğu kimi;
- it,-at,-ot - qədim türk cəm şəkilçisi: skol-ot; Massag-et sözlərində -ot, -et;
- lıq(-dıq) - isimdüzəldən şəkilçi; pontik skif sözü (bun ‘şorpa’, ‘horra’ və -dık (-lıq) şəkilçisi);
- ir -indiki zaman şəkilçisi: Goytosir allah adı goy/gok ‘göy’, ‘mavi səma’ və tes-ir ‘deşir’ sözündən;
- aq - fe’ldən ad düzəldən şəkilçi; Xonaxis sözünün kökü qonmaq fe’lindən -ax (-aq) şəkilçisi ilə Qonaq sözü (-is yunan şəkilçisidir); Pollak - ‘bələ-k’, ‘hədiyyə’, ‘bəxşiş (allahın hədiyyəsi)’ mə’nasında - bələmək sözündən;
-li - sifətdüzəldən şəkilçi; çav ‘ad-san’, ‘şöhrət’ və -li şəkilçisi ilə Çavli sözü;
-q,-k -sifətdən isimdüzəldən şəkilçi; Orik şəxs adı türkcə ari-q, ari-k ‘təmizkar’, ‘saf’, ‘ləkəsiz olan’ mə’nasında;
-an - cəm şəkilçisi: tur-an - türklər; tür-k və turan sözlərinin sinonimliyi;
-qun - fe’ldən ad düzəldən şəkilçi: Eskunay sözü es ‘əsmək’, - qun (-ğun) və -ay şəkilçilərindən - Coşqunay, Tolqanay adları kimi.
-laq - addan ad düzəldən şəkilçi: Eslak sözündə es türkcə ‘ağıl’ və ya monqolca işi ‘müdrik’ sözü və -lak şəkilçisi ilə ‘ağıllı’, ‘müdrik olan’;
-ra - Ap/op kökündən ap-ra/op-ra - ‘yırtmaq’, ‘dağıtmaq’, ‘məhv etmək’ (25; 368);
-ş - fe’ldən ad düzəldən şəkilçi: abra-ş/obra-ş sözündə -ş şəkilçisinin -si<isi<ici şəkilçisinin vəzifəsini yerinə yetirməsi: apra-ici apam - ‘dağıdıcı əcdadım’.
-xa - fe’l düzəldən şəkilçi: av(maq) - ov(maq) sözündən avxa (maq);
-la - fe’l düzəldən şəkilçi: paralat tayfa adı para (bir şeyin yarısı) sözündən paralamaq fe’li;
-t - tə’sirli fe’l düzəldən şəkilçi: avxa(maq) fe’lindən avxa-t(maq) (‘ram etmək, əhliləşdirmək’).Bu şəkilçi paralat tayfa adında da vardır: para-la-t - ‘paralatmaq, qat-qat ayırmaq’ mə’nasında. Hər iki halda -t şəkilçisi öz funksiyasını itirmiş və sözə daşlaşmış şəkildədir.